Osteopatiya
Osteopatiyanın iş prinsipini ənənəvi dünya görüşünə malik olan həkimlər belə tam anlamır.
Misal üçün, sol pəncənin travmasından sonra baş nədən ağrıyır? Pasiyent həmin pəncəyə ehtiyatla yanaşmağa başlayır, çanağın hesabına ağırlığı o biri pəncənin üzərinə salmağa başlayır. Əvvəlcə heç nə baş vermir. Müəyyən müddətdən sonra sağ çiyin və sağ dirsək ağrımağa başlayır. Daha sonra boyun da bu sıraya “qoşulur” və baş ağrıları başlayır.
Buradan belə qənaətə gəlmək olar ki, baş ağrısının səbəbi – pəncənin travmasıdır. Çıxış yolu – pəncəni müalicə etmək və yanlış “əzələ yaddaşı”nı aradan qalıdırmaqdır və baş ağrısı keçib gedir.
Sehirbazlıq, magiya, şarlatanlıq! Adi insanlar və təəssüf ki, bir çox həkimlər osteopatiyaya bu cür yanaşırlar. Lakin buna baxmayaraq, osteopatiya osteoxandroz, qıcıqlanmış bağırsaq sindromu, enurez və bir çox başqa xəstəlikləri dərmansız müalicə etməyə qadirdir.
– Sümük, oynaq, əzələ, damarlar və daxili orqanlar arasında balansın tənzim oluması;
– Qan, limfa, onurğa beyin və hüceyrəarası mayenin sərbəst hərəkətini təmin etmək;
– Funksiyanın struktura, strukturun isə funksiyaya qarşılıqlı təsiri.
Ona görə də xoş və ağrısız təsir göstərən ostepatiya adi massjdan xeyli mürəkkəb bir prosesdir.
Çünki osteopat fiziki faktorlardan başqa, emosional faktorları da nəzərə alır. Belə ki, onların fəsadları heç də fiziki travmalardan geri qalmır.
Daha bir misala baxaq: Siz işə “güclə”gedirsiniz, heç nədən zövq almırsız. Bunun nəticəsi – qıcıqlılıq, əsəb, depressiya və özünüreallaşdırma problemləridir.
Elə düşünməyin ki, orqanizm bunları sizə “bağışlayacaq”. Sadalanların fonunda öd kisəsi və mədə, eləcə də qaraciyər “özünü pis aparmağa başlayır”. Osteopat sizə yeniş iş verməyəcək, amma fəsadların aradan qaldırılmasına kömək edəcək.
I mərhələ. Hazırlıq
Səhhətinizə dair olan bütün tibbi sənədləri – tibbi kartları, çıxarışları, analiz cavabları və s. toplayın. Çünki osteopat müayinə zamanı orqanizmdəki bütün problemlərdən xəbardar olmalıdıdr.
II mərhələ. Sorğu
Həkim sizin şikayətləri dinləyir, hansı xəstəliyin nə zaman yarandığını,hansı dövrdə kəskinləşdiyini dəqiqləşdirir. Həmçinin, osteopatiyaya əks-göstərişlərin olub-olmadığını müəyyənləşdirir.
III mərhələ. Diaqnostika
Osteopatiyada diaqnostikanın bir çox texnikaları mövcuddur. Həkim sizdən əyilməyi, dikəlməyi, yanlara əyilməyi xahiş edə bilər. Bundan başqa, passiv vəziyyətdə oynaqların mütəhərrikliyi yoxlanıla bilər. Həkim daha çox gərginləşən və dartılan nahiyələri müəyyənləşdirib, kəllə sümüyünün vəziyyətini dəyərləndirir.
IV mərhələ. Müalicə
Həkim daha çox problemli nahiyələri axtarır və müəyyən hərəkətlərlə toxumaların boşalmasına nail olur. Sümüklərin, orqan və oynaqların düzgün vəziyyətə qaytarılması həkimin əlləri vasitəsilə yumşaq və dinamik şəkildə həyata keçirilir. İstənilən halda, xəstəlikdən asılı olmayaraq, seans vaxtı pasiyent xoş hisslər yaşayır, seans başa çatdıqdan sonra isə yüngüllük hiss edir.
Dayaq-hərəkət aparatı: onurğanın ayrı-ayrı hissələrinin osteoxondrozu və bunun ağırlaşmalarını – yırtıq və protruziyalar, əzələ spazmları, ağrılar, yastıpəncəlik, skoliozlar.
Mərkəzi sinir sistemi: doğuş travmalarının fəsadları, baş ağrıları,baş gicəllənməsi, pəltəklik, tiklər və enurez.
Periferik sinir sistemi: radikulitlər, radikulopatiyalar.
LOR: xroniki tonzillit.
Qan dövranı xəstəlikləri: hipertoniya xəstəlikləri.
Tənəffüs sistemi: bronxial astma.
Həzm orqanları sistemi: öd kisəsi, öd yollarının diskeneziyayası, xroniki qastrit, xolesistit, xroniki qəbizliklər.
Sidik-cinsiyyət sistemi: menstrual tsiklin pozuntusu, sonsuzluq, impotensiya.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az