Эльфана  Сулейманова hekimtap.az

Эльфана Сулейманова

Терапевт, Oстеопат

12 лет опыта работы

Баку
Hamiləlikdə bel ağrıları
 hekimtap.az

Hamiləlikdə bel ağrıları

Автор: Osteopat Elfanə Süleymanova , Əlaqə: 050 302-82-56
4789

Опубликовано: 12.04.2020
Эльфана Сулейманова

Hamiləlik orqanizmin bir çox orqan və sistemlərinə yüklənmə ilə müşaiyət olunur.  Dayaq-hərəkət sistemi ən çox yüklənən sistemlərdəndir və hamiləlikdə bel ağrıları bir çox qadınları narahat edən şikayətlərdəndir.  Adi hallarda müxtəlif ağrıkəsicilərdən istifadə etmək mümkün olsa da hamiləlik zamanı əks göstərişlər çoxdur və ağrıkəsicilərdən istifadə  zamanı xüsusilə ehtiyatlı olmaq gərəkdir.Hamiləlikdə yaranan bel ağrıları zamanı alternativ müalicə üsulları köməyinizə çatacaqdır.  

Hamiləlikdə bel ağrılarının yaranma səbəbləri

Hamiləlikdə yaranan bel ağrıları həm fizioloji, həm də müxtəlif xəstəliklərin səbəbi kimi yarana bilər. Hamiləliyin özü aşağıdakı mexanizmləri işə salır:  

  • Qadının çəkisinin artması;
  • Uşaqlığın ölçülərinin artması;
  • Ağırlıq mərkəzinin önə doğru yerdəyişməsi;
  • Onurğa sütununun formasının dəyişməsi
  • Çanaq sümüklərinin böyüməsi.

Bütün bu əlamətlər hamiləlikdə onurğa sütununa yüklənmənin artmasına, əzələlərin gərginləşməsinə və ağrının yaranmasına səbəb olur. Relaksin hormonunun hamiləlikdə artmaslı vəziyyəti daha da ağırlaşdırır. Bağların elastikliyin artmasına, dölün doğuş yollarından rahatlıqla keçməsinə xidmət edən relaksin hormonu, onurğa sütununda  fəqərələrin ətrafındakı bağların da boşalmasına səbəb olur və bu zaman fəqərəarası disklərin zədələnməsi üçün şərait yaradır. Bu faktorların təsiri hamiləliyin son aylarında daha çox nəzərə çarpır. 

Hamiləliyin erkən mərhələlərində yaranan bel ağrıları, qadında əvvəlcədən hər hansı bir fəqərə sütünu problemi, ginekoloji patologiya və ya həzm sistemi xəstəliklərinin olması haqqında məlumat verir. Məhz ona görə də erkən mərhələdə yaranan bel ağrıları zamanı mütləq həkim qəbulunda olmaq məsləhətdir. 

Hamilələrdə bel ağrılarının diaqnostikası

Hamilələrdə bel ağrılarının diaqnostikası üçün rentgen və kompyuter tomoqrafiya (KT) istifadəsi əks göstəriş olduğu üçün digər obyektiv müayinə üsullarına üstünlük verilir. Maqnit rezionans tomoqrafiyada (MRT)  şüalanma riski olmasa da nadir hallarda istifadə olunur. 

Kompleks diaqnostik müayinələrə aşağıdakılar aiddir:

  • Qanın ümumi və biokimyəvi analizi;
  • Sidiyin ümumi analizi;
  • Qanda hormonların təyini;
  • Ultrasəs müayinə.

Osteopat həkimin diaqnostik üsulları hamilələrdə bel ağrısının müayinəsində effektiv və təhlükəsizdir, eyni zamanda ilkin səbəbi tapmağa yardım edir. Beləki, hamiləlikdə bel ağrılarının səbəbi daxili orqanlarda olan patologiyalar, əvvəllər keçirilmiş olan hər hansı bir cərrahi əməliyyatın qalıq əlamətləri olan çapıqlar, bitişmələr və ya, uşaqlıqdan mövcud olan qamət pozulmaları, şmorl düyünləri və ya ətraflarda olan hər hansı bir travma ola bilər.

Hamiləlikdə bel ağrılarının xüsusiyyətləri 

Əvvəldə də qeyd etdiyim kimi hamiləlikdə bel ağrıları zamanı dərman vasitələrindən istifadə xüsusilə ehtiyatlı olmalıdır, ana və döl üçün həyati vacib göstəriş olmadıqca ağrıkəsicilərin istifadəsi məhdudlaşdırılmalıdır.

Hamiləlikdə bel ağrıları zamanı alternativ üsullar öz effektivliyini sübut etmişdir:

  • müalicəvi idman ;
  • massaj;
  • akupunktura;
  • nəfəs hərəkətləri, meditasiyalar;
  • xüsusi bandajlardan istifadə.

Lakin hər bir alternativ üsulun da istifadəsindən öncə həkim məsləhəti və həkim təyinatı olması mütləqdir !


Hamiləlikdə bel ağrılarının müalicəsi                             

Hamiləlikdə yaranan istənilən lokalizasiyalı ağrıların müalicəsində osteopatiya fəsadsız və ən effektiv üsuldur.Osteopatiya səbəbin dəqiq tapılmasına və ağırının  aradan qaldırılmasına, daha öncələrdən yaranmış və bədənə mənfi təsir edən travmanın və ya iltihabın fəsadlarının aşkarlanmasına yönəlmişdir. Həkim osteopat ağrının yaranma mənbəyini aşkarlayıb onu aradan qaldırmaq üçün müalicə planı hazırlayacaqdır.  Adətən hamiləlikdə bel ağrıları hamiləliyin üçüncü trimestrində yaransa da, əsas səbəbləri daha erkən vaxtlara təsadüf edir Düzgün yanaşma ilə osteopatik proseduralar hamiləliyin istənilən dövründə ziyansızdır və hamiləlikdə yaranan bel ağrısını effektiv yolla aradan qaldırır. 

 Əlbəttə profilaktika müalicədən yaxşıdır prinsipini üstün tutaraq  hamiləliyə hazırlaşdığınız müddətdə və ya ümumilikdə beldə ağrılarınız olmasa belə osteopata müraciət etməniz daha yaxşı olardı. Beləliklə siz təkcə bel ağrılarından deyil, hamiləlik toksikozundan, yuxusuzluqdan, varikoz damarların çıxmasından, qəbzlikdən və hamiləkdə yarana biləcək digər problemlərdən sığortalana bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az 


Эльфана Сулейманова

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса