Эльфана  Сулейманова hekimtap.az

Эльфана Сулейманова

Терапевт, Oстеопат

12 лет опыта работы

Баку
Boyun ağrıları
 hekimtap.az

Boyun ağrıları

Автор: Osteopat Elfanə Süleymanova , Əlaqə: 050 302-82-56
3355

Опубликовано: 30.04.2020
Эльфана Сулейманова

Boyunda ağrılardan azad olmaq: gümrahlığın, iş qabiliyyətinin, həyat keyfiyyətinin artması deməkdir. 

Bu günlərdə boyun ağrıları geniş  yayılmış bir problemdir. Bu problemin nəticəsi olaraq yorğunluq, halsızlıq, əhvalın pis olması kimi şikayətləri tez-tez eşidirik. Hətta azyaşlı uşaqlar arasında da boyun ağrılarından şikayətlənənlərə rast gəlirik. Uşaqlar boyun ağrılarından azad olmaq üçün tez-tez başlarını yana çevirir və daha sonra rahatlıq tapırlar. 

Uzun bir müddət narahat vəziyyətdə əyləşsək, başımız yana çətinliklə dönəcəkdir. Bəzilərimiz bu simptomları müvəqqəti hesab edirik və bir az dincəldikdən sonra  özümüzü yaxşı hiss etsək də, bu vəziyyətlərə  təkrarlana bilir.   

Bir çoxlarımız ortopedik yastıqlardan, boyun idman hərkətlərindən, müxtəlif ağrıkəsici məlhəmlərdən, isti boyun bağlarından istifadə etsək də şikayətlər aradan qalxmır. 

Boyun ağrılarının yaranma səbəbi

Boyun ağrıları çox ciddi bir problemin göstəricisi ola bilər. 

Boyun nahiyəsi onurğanın ən hərəkətli nahiyəsidir. Gün ərzində insan  başı ilə ortalama 1000-ə yaxın hərəkət edir və belə yüklənmənin qarşısında şikayətlərin olması gözləniləndir. Əsas səbəb isə əzələlərin həddən artıq gərginləşməsi, travma və ya soyuqlamadır. Xüsusilə boyun ağrıları daha çox boyun osteoxondrozu ilə əlaqəli olur. Əzələ spazmı nəticəsində yerini dəyişən fəqərələr sinirləri  və beynə gedən damarları  sıxır. Beynə arterial qan axını çətinləşdiyi kimi, venoz qanın da beyindən axını çətinləşir və başda dolğunluq hissi yaranır. 

Boyun ağrıları zamanı simptomlar

Boyun ağrıları nəticəsində hansı simptomlar yaranır:

  • Baş ağrıları
  • əllərdə hissiyyatın azalması;
  • qulaqda küy;
  • başgicəllənmə;
  • səndəlləyici yeriş;
  • yuxusuzluq.

Boyun ağrılarının nəticəsi olaraq  boyunla əlaqəli olan bir çox daxili orqanlarda, limfatik sistemdə, ürək qan-damar sistemində, qalxanvari vəzin fəaliyyətində disfunksiyalar yarana bilir. Bu şikayətlərdən ən çox rast gəlinən həzm sistemi şikayətləri:  boyundan çıxan azan sinirin nervus Vagus və diafraqmal sinirin nervus Phrenicus fəaliyyətinin pisləşməsi hesabına qarında meteorizm, öd kisəsinin və bağırsaqların işində funksional pozulmalar şəklində özünü göstərir. 

Boyun ağrıları xüsusilə müəllimlər, daim kompyuter arxasında əyləşən ofis işçiləri arasında, planşet smartfon və müxtəlif  qadcetlərdən istifadə edən insanlarda tez-yez rast gəlir.Peşə və həyat vərdişləri hesabına boyun fəqərələri daimi məcburi vəziyyət alırlar. Hər gün təkraralanan əzələ spazmları yerli qan və limfa axınını pozur.  
 

Boyun ağrılarının diaqnostikası:

Pasientdə: kəskin, güllə kimi yayılan, inildəyici,yandırıcı, pulsasiya edən ağrılar adətən ikitərəfli və ya birtərəfli əzələ bərkiməsi ilə müşaiyət olunur.  

Bəzən boyun ağrıları digər orqanların  xəstəliklərilə əlaqədar ola bilər:

  • ağciyərlər;
  • qalxanvari vəz;
  • yuxarı tənəffüs yolları;
  • bronxial astma;
  • immun sistemin disfunksiyası;
  • kəmərləyici dəmrov;
  • boyun limfadeniti
  • müxtəlif nevralgiyalar.

Müalicənin düzgün aparılması  üçün düzgün diaqnoz vacibdir. 

Osteopat həkim boyun ağrılarının mənşəyini axtararaq, əzələ bağ aparatının, ligamentoz gərginlikləri, bədənin ümumi vəziyyətinin adaptə olunmuş disfunksiyalarını aşkarlayır, onların daxili orqanlarla əlaqəsinin, kəllə sümükləri, dişləm, görmə aparatının boyun fəqərələrinə təsirini araşdırır. Müayinə osteopat həkimin həssas əlləri vasitəsilə aparılır. Nahiyə aşkarlandıqdan sonra nahiyəyə uyğun insturmental müayinə (USM, rentgen və ya  MRT) ehtiyac olarsa laborator müayinələr aparılır. 

Osteopat həkimin həssas əlləri xəstəliyin əsas səbəbini düzgün diaqnostika etməyə, səbəbin boyun osteoxondrozu və ya digər problemlərlə əlaqədar olduğunu aşkar etdikdən sonra onlara müvafiq müalicə üsullarına başlayır. Məsələn boyun və kürək nahiyəsində olan ağrılar sağ tərəfli olarsa qaraciyər problemləri, sol tərəfli ağrılar isə öd kisəsi disfunksiyaları ilə əlaqəli ola bilər. 

Boyun ağrılarının müalicəsi

Osteopatiya ilə boyun ağrılarının müalicəsi möcüzə deyil, xüsusi tibbi müalicə üsuludur. 

Boyun ağrıları zamanı osteopat ənsə nahiyəsində boyun fəqərələri ətrafında əzələ və bağ aparatının işini balanslaşdırır. Onurğa boyunca zərif osteopatiya proseduralarından sonra qan dövranı normallaşır və onurğanın elastikliyi bərpa olunur. Proseduralar adətən həftədə bir dəfə təkrarlanır. Yeni doğulmuş uşaqlardan başlayaraq ahıl yaşlı insnalara qədər tətbiq etmək mümkündür. Osteopatik korreksiyanın heç bir yan təsiri yoxdur və təhlükəsizdir. Bir neçə osteopatiya proseduralarından sonra boyun fəqərələri normal hərəkətliliyini bərpa edir. 

Boyun ağrıları aradan qalxdıqdan sonra pasientin həyat keyfiyyəti yaxşılaşır, yuxu rejimi normallaşır, sinir sistemi oyanıqlığı azalır. Pasient daha dözümlü olur, iş qabiliyyəti artır, immun sistemi güclənir.

Osteopatiya proseduraları hər bir pasientə individual olaraq seçilir və onun daxili orqanlarında olan disfunksiyalar da aradan qaldırılır. 

Pasient ağrıkəsici məlhəmlər, həblər və ya uzunmüddətli fizioprosedurlaradan azad olur.

Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az    


Эльфана Сулейманова

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса