Магамед  Керимов hekimtap.az

О враче

Fleqboloq Məhəmməd Kərimov, hal-hazırda Səhiyyə Nazirliyinin Cərrahi profilli ixtisaslar üzrə Sertifikasiya və Attestasiya Komissiyalarının sədri, Azərbaycan Tibb Universitetinin Cərrahiyyə üzrə İxtisaslaşdırılmış Elmi Şurasının, eləcədə bir çox başqa şura və komissiyaların üzvüdür. Müasir cərrahiyyənin müxtəlif sahələrində fəaliyyət göstərən cərrah, alim hazırda pedoqoq kimi öz işini davam etdirir. Apardığı əməliyyatlar döş qəfəsi, qarın boşluğu üzvlərinin, eləcədə endokrin və damar sisteminin müxtəlif xəstəliklərini əhatə edir, öz müasirliyi və mürəkkəbliyi ilə seçilir. Professor M. M. Kərimovun əsərləri bu gün dünyanın bir çox samballı beynəlxalq mənbələrində nəşr edilir, özü isə Azərbaycan cərrahiyyəsini dünyanın əksər ölkələrində - Amerika Birşləşmiş Ştatları, Almaniya, Fransa ( dəfələrlə ), İtaliya (dəfələrlə), Hollandiya, İsrail, Avstriya, Çexiya (dəfələrlə), Sloveniya, Türkiyədə (dəfələrlə) müxtəlif konqres və simpoziumlarda ləyaqətlə təmsil edib. Ümumdünya Damar Cərrahları Assosasiyası, Dünya Fleboloji Forumu, Avropa Cərrahlar Cəmiyyəti, Avropa Damar Cərrahları Assosiasiyası və bu kimi bir çox mötəbər beynəlxalq cəmiyyətlərin üzvüdür. Professor M. M. Kərimov bu gün yaradıcılığın məhsuldar dövrünü yaşayır. Aktiv cərrahi və elmi fəaliyyətlə məşgul olan, Azərbaycanda cərrahiyyənin bəzi sahələrinin əsasını qoyan və ən son yenilikləri tətbiq edən novator cərrahdır. Bunlara endovenoz cərrahiyyə - varikoz xəstəliyinin müxtəlif formalarının Lazer, Radiotezlikli dalğalar, Exoskleroterapiya müalicəsi , Babasil xəstəliyinin ən son müalicə üsulu olan THD (transanal hemorroidal dearterilizasiya ) əməliyyatları aid ola bilər. Bu müalicə üsulları bu gün dünyada istifadə olunan ən son, qeyri invaziv, kəsiksiz və ağrısız metod olub, özünün yüksək effektivliyi ilə seçilirlər.Professor M.M. Kərimov 2013 - cü ilin sentyabr - oktyabr aylarında Azərbaycan cərrahiyyəsini dünyanın iki beynəlxalq miqyaslı mötəbər forumlarında ləyaqətlə təmsil edib. İlk forum 9 - 16 sentyabrda ABŞ-nın Boston şəhərində Dünya Damar Cərrahları Assosasiyasının XVII Konqresi olub. Konqres Damar Cərrahiyyəsinin son naliyyətlərinin geniş müzakirəsinə həsr olunmuş və həkimlərə çox faydalı məsləhət və tövsiyyələr verilib. Digər Forum 27 sentyabr - 2 oktyabr 2013 tarixlərində İtaliyada Roma şəhərində keçirilən Avropa Damar Cərrahları Assossasiyasının XXI Konqresi olub. Bu Konqresdə Professor M. Kərimov "Varikoz Xəstəliyinin Müalicəsində Lazerin tətbiqi" mövzusunda çıxış edib və bu sahədə Azərbaycan Cərrahiyyəsinin böyük uğurunu Beynəlxalq ictimaiyyətə çatdırıb. 2013-cü ilin ən böyük uğuru kimi 14 dekabrda Oksigen Klinik Xəstəxanasında ilk dəfə ən son nəsil Lazerlə ( Radial Lazer ) aparılan cərrahi əməliyyatı qeyd etmək olar. Belə ki, son 2-3 il ərzində dünyada yeni kəşf edilmiş Radial tipli Lazerlərin tətbiqinə xüsusi önəm verilməkdədir. Bu növ Lazer özünün çox yüksək effektliyi, təhlükəsizliyi, eləcə də tam ağrısız olması ilə səciyyələnir. Bu da əməliyyata məruz qalmış xəstələr tərəfindən çox yüksək qiymətləndirilir. Professor Kərimov M. son dünya konqresindən qayıtdıqdan sonra rəhbərlik etdiyi Fleboloji bölümlə bu ideyanın Azərbaycana gətirilməsi üzərində intensiv çalışmağa başlamış və qısa müddət ərzində ( təqribən 3 ay ) onun reallaşmasına nail olub. Artıq bir neçə xəstədə bu müasir üsul uğurla tətbiq edilmiş və alınmış ilkin nəticələr xəstələr tərəfindən çox yüksək qiymətləndirilir.

Образование

1980-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitunu Lenin təqayüdü ilə bitirib.

1985-ci ildə həmin İnsititutda müsabiqə yolu ilə aspiranturaya daxil olub və 1988-ci ildə dünyaca məhşur damar cərrahı, akademik A. V. Pokrovskinin rəhbərliyi altında “Aşağı ətrafların damar mənşəli trofiki xoralarının idarəolunan abakterial mühitdə cərrahi müalicəsi” mövzusunda namizədlik dissertasiyası müdafiyə edib.

1995-ci ildə həmin kafedranın dosenti seçilmişdir. M. M. Kərimov 2005-ci ildə akademik M. İ. Davudov və professor Ç.M. Cəfərovun elmi məsləhətçiliyi ilə “Qida borusu xərçənginin cərrahi müalicəsi və proqnoz amilləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

 

Опыт работы

1980-1983-cü illərdə təyinatla Sumqayıt şəhərində 1 saylı xəstəxanada həkim-cərrah işləyib.
1983-cü ildən əmək fəaliyyətini Moskva şəhərində SSRİ Tibb Elmlər Akademiyasının A.V.Vişnevski adına Cərrahiyyə İnstitunda davam etdirib.
1989-cu ildən Azərbaycan Tibb Universitetinin Ümumi Cərrahlıq kafedrasında assistent vəzifələrində çalışmağa başlayıb. 
M.M. Kərimov 2010-cu ildən ATU-nun Ümumi Cərrahiyyə kafedrasının professorudur. Professor M. M. Kərimov 2006-cı ildə Azərbayacan Respublikası Səhiyyə Nazirliyinin Baş cərrahı təyin edilib.

Магамед Керимов

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса