N.Hüseynov Rusiya Revmatoloqlar Assosiasiyasının idarə heyətinin üzvü, Avrasiya Revmatoloqlar Cəmiyyətinin üzvü, Avropa Enzimoterapevtlər Liqasının reqional təmsilçisidir.
100-dən artıq elmi məqalə, elmi-metodik tövsiyyənin müəllifidir.
N.Hüseynov elmi-pedaqoji fəaliyyəti dövründə bir sıra yeni steroidli və qeyri-steroidli, xondroprotektor, antirevmatik preparatları, immun preparatları və polienzim preparatları klinik sınaqdan keçirmiş, onların təsir mexanizmini və müalicəvi üstünlüklərinin fərqini öyrənmişdir. Alınmış nəticələrə görə yeni dərman preparatlarının təbabətdə tətbiqinə dair həsr olunmuş müxtəlif Simpozium və Konfranslarda məqalə ilə çıxış etmişdir.
1978-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib.
1979-1980-ci illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun nəzdində “iki illik kursun” ingilis bölməsini bitirib. Alimin Moskva həyatı 1981-1991-ci illəri əhatə edir. Moskva şəhərində SSRİ Tibb Elmləri Akademiyasının Elmi-Tədqiqat Revmatologiya İnstitutunun direktoru, dünya şöhrətli alim, akademik V.A.Nasonovanın (Alimin ölümündən sonra adını əbədiləşdirmək üçün, ET-Revmatologiya İnstitutuna onun adı verilmişdir.) rəhbərliyi altında revmatologiya üzrə aspirantura və doktorantura keçərək 1985-ci ildə həmin institutda namizədlik, 1990-cı ildə isə doktorluq dissertasiyası müdafiə edib.
Revmatizm
Revmatoidli artrit
Bexterev xəstəliyi
Reaktiv artrit
Osteoartroz
Podaqra
Osteoporoz
Qirmizi qurd eşənəyi
Sklerodermiya
Dermatomiozit
Şeqren xəstəliyi
Vaskulitlər
Reyno sindromu
Bursit
Daban mahmizi-şpor
1991-ci ildə N.Hüseynovun təşəbbüskarlığı və elmi şuranın 9277 saylı qərarı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Reabilitasiya İnstitutunda ilk ixtisaslaşdırılmış “ARTROLOJİ” şöbə yaradır və şöbənin rəhbəri vəzifəsinə seçilir. Şöbədə aparılan bütün elmi-tədqiqat işlərinə rəhbərlik edir.
1996-cı ildən hal-hazırki vaxta qədər Azərbaycan Tibb Universitetinin fizioterapiya kafedrasının professoru vəzifəsində elmi-pedaqoji fəaliyyətini davam etdirir.
“Neft və qaz sənayesində çalışan işçilərin sağlamlığının qorunması dövlət proqramının” həyata keçirilməsi məqsədi ilə, Nadir Hüseynov 2000-ci ildə ixtisaslaşdırılmış “Revmatologiya və Endokrinologiya” şöbəsinin rəhbəri kimi, Mərkəzi Neftçilər Xəstəxanasına dəvət olunur və 10 il müddətində yorulmadan orada çalışaraq, göstərdiyi xüsusi xidmətlərə görə 2008-ci ildə Azərbaycan Respublikası Dövlət Neft şirkətinin fəxri fərmanı ilə təltif olunur.
2004-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində “SETAL-Revmatik Xəstəliyə Tutulmuş Gənclərə Kömək” İctimai Birliyini yaradaraq ona rəhbərlik edir və bu qrup xəstə gənclərə kömək əlini uzadır.
N.Hüseynov 2011-ci ildə “AYAN” MMC təsis edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 089272 saylı lisenziyası əsasında özəl Revmatoloji klinika yaradaraq, əhaliyə istisaslaşdırılmış Revmatoloji tibbi xidmət göstərir.