Севиндж  Шихалиева hekimtap.az

Севиндж Шихалиева

Отоларинголог (ЛОР)

13 лет опыта работы

Баку
SİNUSİT hekimtap.az

SİNUSİT

Автор: Otolarinqoloq Sevinc Şixaliyeva , Əlaqə: (+994) 51 430-00-45
7585

Опубликовано: 20.05.2020
Севиндж Шихалиева

Sinusit - burunun bir və ya bir neçə əlavə ciblərinin selikli qişasının iltihabıdır. Kəskin zökəm, qrip, infeksion xəstəliklər, həmçinin üz nahiyəsinin travmaları nəticəsində yarana bilir. Bundan başqa, xəstəlik virus və bakteriyalar fonunda da inkişaf edə bilər. Sinusit dedikdə,

  • frontit - burunun alın ciblərinin iltihabı;
  • haymorit - iltihabi proses üst çənə ciblərində inkişaf edir;
  • etmoidit - şəbəkəli labirintin iltihabı;
  • sfenoidit - əsas cibin iltihabı nəzərdə tutulur.  


Sinusitin yaranma səbəbləri hansılardır?

Sinusitin yaranmasına bir sıra faktorlar təkan verə bilər. Onlara aiddir:

1. Burun boşluğunun anotomik strukturunun anadangəlmə pozuntuları;

2. Hava keçidlərində polipozların inkişafı;

3. Allergik rinitlər;

 4. Burun arakəsməsinin əyilməsi;

5. Kəskin respirator virus infeksiyası;

6. Dişlərdə yaranan iltihabi proses və dişlərdə icra olunan cərrahi manipulyasiyalar.

 
Sinusitin növləri və əlamətləri hansılardır?

Sinusitin iki növu var: kəskin və xroniki. 

Kəskin sinusit zamanı pasiyentdə yüksək bədən hərarəti, burundan seliyin axması, burun tutulması baş, ağrıları və s. müşahidə oluna bilər. Bunlarla yanaşı, kəskin sinusit üz və göz nahiyələrində ağrılarla da özünü büruzə verə bilər. Ağrılar döyüntülər şəklində davam edir, öskürmə və asqırma zamanı şiddətlənir. Ağrıyan nahiyələrə təzyiq göstərildikdə daha da güclənir. 

Xroniki sinusit zamanı xəstəlik uzun müddət davam edir. Bu zaman iltihabi proses kəskinləşmə və remissiyalarla əvəz olunur.  Xroniki sinusitin əsas fərqli cəhəti - patologiyanın 3 aydan çox davam etməsidir. Patoloji proses nəticəsində adətən, burunun selikli qişası da zədələnir, ona görə də rinosinusit inkişaf edir. 

Xroniki sinusitin əlamətlərinə burundan patoloji axıntını, burun tənəffüsünün çətinləşməsini, dadbilmə və iybilmənin pozulmasını, alın nahiyəsində ağrıları aid etmək olar. Bunlardan başqa, ürəkbulanma, qulaqda ağrı, öskürək, diş ağrısı, ağızda pis qoxunun yaranması da sinusitin simptomlarındandır.  


Sinusitin müayinəsi necə aparılır?

Sinusitin əsas müayinə metodu burun boşluğunun endoskopiyasıdır. Onun vasitəsilə selikli qişanın vəziyyətini, burun boşluğunda iltihabın lokalizasiyasını, burun  boşluğunun daxili strukturunun vəziyyətini öyrənmək mümkündür. 

Bundan başqa, sinusitin diaqnostikasında rentgen kompüter tomoqrafiyasından və ya maqnit-rezonans tomoqrafiyasından da istifadə olunur.  


Sinusit necə müalicə olunur?

Sinusitin müalicəsi kompleks şəkildə aparılır. Onun əsas mahiyyəti selikli qişanın ödemini aradan qaldırmaqla mayenin təbii axmasını təmin etməkdir. Bunun üçün damardaraldıcı vasitələrdən istifadə olunur. Paralel olaraq, kortikosteroid, iltihab və allergiya əleyhinə, eləcə də antibakterial preparatlar da tətbiq edilir. 

Konservativ müalicə nəticə vermədikdə cərrahi müdaxilə göstərişdir. Onlardan ən effektlisi - funksional endoskopik sinus cərrahiyyəsidir (FESS). Bu zaman ciblərdən seliyin axmasını təmin edən təbii axarların işi bərpa olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az


Севиндж Шихалиева

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса