Рена  Абдуллаева hekimtap.az

Рена Абдуллаева

Онколог

28 лет опыта работы

Баку
Süd vəzilərin kistaları
 hekimtap.az

Süd vəzilərin kistaları

Автор: Onkoloq-mamoloq Rəna Abdullayeva
14675

Опубликовано: 27.11.2019
Рена Абдуллаева

Süd vəzi kistaları nədir?

Süd vəzilərin maye tərkibli boşluq şəklində olan xoşxassəli törəməsidir.Əksər kistalar süd vəzilərin axarlarının içində maye toplanması və axarın tıxanması nəticəsində əmələ gəlir(lokal genişlənmiş və dəyişikliyə məruz qalmış axar hissəsi).Hər yaşda rast gəlinir.Ölçüləri müxtəlif olur.

Süd vəzi kistalarının əmələ gəlmə səbəbi:

-stress, emosianal sarsıntılar;
-zehni və fiziki yüklənmə;
-artıq çəki;
-hormonal pozğunluqlar;
-menstrual siklin pozulması;
-hormonal preparatların qəbulu;
-zədə;
-ultrabənövşəyi şüaların təsiri.

Süd vəzi kistalarının simptomları:

Bəzən siptomsuz olur və təsadüfi müayinə zamanı aşkarlanır.

-törəmənin əllənməsi (makrokistalara xarakterikdir);
-ağrı, yanğı  hissiyatı, ağırlıq hissi (fəsadlaşmış kistaların əlamətidir);
-dəridə qızartı, yerli, ümumi hərarətin qalxması, ağrının kəskinləşməsi (iltihablaşmış kistaların əlamətidir);
-gilədən ifrazatın gəlməsi (axar kistaları olduqda müşahidə olunur ).

Süd vəzi kistalarının növləri:

-atipik kistalar;
-fibroz kistalar;
-piy kistaları;
-axar kistaları;
-çox kameralı kistalar;

Ölçüsünə görə:

-mikrokista   <1 – 1,5sm
-makrokista   >1,5 -2sm

Sayına görə:

-solitar -tək kista
-polikistoz -çoxsaylı kistalar (ipsilateral-bir süd vəzidə,bilateral-hər iki süd vəzidə)

Süd vəzi kistalarının diaqnostikası:

-mammoloqun baxışı;
-ultrasəs müayinəsi;
-mammoqrafiya;
-maqnit-rezonans tomoqrafiya(MRT);
-incə iynə aspirasion biopsiya sitoloji müayinə ilə;

Süd vəzi kistalarının fəsədlaşması:

-iltihablaşma;
-kapsulanın tamamlığının pozulması;
-bədləşmə.

Süd vəzi kistalarının müalicəsi:

-nəzarət,vaxtaşırı müayinə olunması(bəsit mikrokistalara aiddir);
-konservativ müalicə(kistanın yaranma səbəblərini və  fəsadlarını aradan qaldırmaq məqsədi ilə);
-kistanın aspirasiyası(bəsit fəsadlaşmamış makrokistalara aiddir);
-cərrahi əməliyyat(fəsadlaşmış və şübhəli kistalara aiddir).

Süd vəzi kistalarının profilaktikası:

-mütəmadi müayinə olunma;
-sağlam qida;
-stressdən uzaqlaşma;
-hormonal pozğunluğun müalicəsi;
-cinsi həyatın tənzimlənməsi.


Рена Абдуллаева

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса