FİBROADENOMA NƏDİR?
Fibroadenoma süd vəzilərin xoşxassəli törəməsidir. Bu törəmə birləşdirici(üstünlük təşkil edən) və vəzli toxumalardan ibarətdir.Sağlam toxumaların proliferasiyası zamanı formalaşır. 15-35 yaşında olan qadınlarda daha tez-tez rast gəlinir(pik 20-24 yaş). Hormonlara həssas olan törəmədir və qadının həyatında olan hormonal dəyişikliklərə bağlı olan periodlar (cinsi yetişkənlik, hamiləlik, laktasiya, menopauza) fibroadenomaya təsir edib, onun proqress və reqressinə səbəb ola bilər. Fibroadenoma 10% qadınlarda rast gəlinir.
FİBROADENOMANIN ƏMƏLƏ GƏLMƏ SƏBƏBLƏRİ:
Tam olaraq bilinmir, amma genetik faktorlar, hormonal pozğunluq, bəzi hormonların qəbulu və s. təsir edə bilər.
FİBROADENOMANİN SİMPTOMLARI:
-süd vəzidə törəmənin əllənməsi
Törəmə:
-aydın əllənən;
-dəri ilə əlaqəsi olmayan;
-hərəkətli;
-bərk-elastik konsistensiyalı;
-müxtəlif ölçülü;
-ağrısız olur.
FİBROADENOMANIN NÖVLƏRİ:
1)yetişməmiş (yumşaq, tam formalaşmamış, tez böyüyən). Fibroadenomanın bu növü əsasən yeniyetmələrə xarakterikdir.
2)yetişmiş (bərk-elastik konsistensiyalı, aydın kapsulası olan, asta böyüyən və ya böyüməyən). Əsasən 20-40 yaşında qadınlara xarakterikdir.
Fibroadenomaların histoloji klassifikasiyası:
1)intrakanalikulyar
2)perikanalikulyar
3)qarışıq(intra və perikanalikulyar)
4)yarpaqvari(filloid).Yarpaqvari fibroadenomanın 10-15% bədləşmə təhlükəsi var.
Fibroadenomalar tək və çoxsaylı,birtərəfli (ipsilateral) və ikitərəfli (bilateral) olur.
FİBROADENOMANIN DİAQNOSTİKASI:
-mammoloqun baxışı;
-ultrasəs müayinəsi;
-mammoqrafiya (40 yaşından yuxarı olan qadınlara);
-maqnit-rezonans tomoqrafiya (MRT);
-biopsiya (incə iynə aspirasion və ya tru-cut)+patomorfoloji müayinə.
FİBROADENOMANIN MÜALİCƏSİ:
1)nəzarət (kontrol müayinələr)
2)cərrahi əməliyyat
Cərrahi əməliyyata göstərişlər:
-filloid quruluşlu törəmələr (ölçüsündən asılı olmayaraq)
-böyük ölçülü törəmələr ( >2 - 2,5sm)
-törəmənin sürətlə böyüməsi
-ağrılı olması
-xəstənin təkid etməsi.
FİBROADENOMANIN PROFİLAKTİKASI:
Fibroadenomanın birincili profilaktikası yoxdur, ikincili profilaktikası-qadının vaxtlı vaxtında müayinə olunmasıdır. (öz-özünü müayinə, mammoloqun baxışı, usm və s.)