Gərginlik baş ağrıları dedikdə, kəllə sümüyü nahiyəsində ikitərəfli və tədricən bütün başı əhatə edən ağrılar nəzərdə tutulur. Bəzən bu ağrılar boyun və çiyinə də yayıla bilir.
Halqavari “sıxılma” hissi – uşaqlarda gərginlik baş ağrısının simtomlarından biridir.
Qeyri-medikamentoz profilaktika və müalicə metodları ilə yanaşı, həkimlər balaca pasiyentlərə sakitləşdirici vasitələr təyin edirlər. Onların vasitəsilə emosional fon normallaşdırılır, stress, qorxu, təşviş və yuxusuzluq kimi əlamətlər aradan qaldırılır. Belə ki, bütün bunlar gərginlik baş ağrıları yaradan faktorlardır.
Orqanizmi stress faktorlarından qoruyan kompensator-müdafiə mexanizmini qaydaya salmaq üçün həkim yumşaq sakitləşdirici xassəyə malik dərman preparatı təyin edə bilər.
Gərginlik baş ağrılarının əlamətləri aşağıdakılardır:
Əgər tutmalar 30 gün ərzində 15 dəfədən çox müşahidə edilərsə, xroniki gərginlik baş ağrısı diaqnozu qoyulur.
Gərginlik baş ağrılarının yaranma mexanizmləri sonadək öyrənilməyib, lakin həkimlər ağrı yaradan bəzi səbəbləri müəyyənləşdiriblər:
Mütəxəssislər, həmçinin, irsi fatoru da qeyd edirlər – gərginlik baş ağrıları daim baş ağrılarından, məsələn, miqrendən əziyyət çəkən anaların uşaqlarında daha çox müşahidə edilir.
Diaqnoz hərtərəfli müayinədən sonra qoyulur. Nevropatoloq uşağı müayinə edir, baş palpasiya olunur və ağrının xarakteri - davam etmə müddəti, intensivliyi, periodikliyii müəyyənləşdirilir. Valideynlərə bu epizodları qeydə almaq tövsiyə edilir.
Ağrı hissinin digər xəstəliklərlə (məsələn, şiş, hormonal pozuntu və s.) və ya travmalarla əlaqədar olub-olmadığını müəyyənləşdirmək vacibdir. Bu məqsədlə balaca pasiyentə analizlər və instrumental müayinələr (USM, MRT və s.) təyin edilə bilər.
Gərginlik baş ağrılarının müalicəsi fərdi qaydada aparılır və kifayət qədər vaxt tələb edir (səbəbindən asılı olaraq terapiya bir neçə ayadək davam edə bilər). Müsbət nəticə almaq üçün kompleks yanaşma – medikamentoz, massajlar, fiziki yüklənmələr – həyata keçirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az