Жаля  Караева hekimtap.az

Жаля Караева

Невролог

14 лет опыта работы

Баку
Onurğa ağrıları hekimtap.az

Onurğa ağrıları

Автор: Nevroloq Jalə Qarayeva , Əlaqə: 050 363-10-02
34281

Опубликовано: 15.03.2018
Жаля Караева

Onurğa ağrıları nədir?

Onurğada olan ağrılar öz xarakterinə görə üç yerə bölünür: Birincisi qeyri-spesifik ağrılardır. Bu zaman onurğa ətrafı nahiyələrdə - dəridə, əzələdə, dərialtı piy qatında müəyyən problemlər ola bilər ki, onların yaratdığı ağrılar onurğa ağrısı kimi qəbul oluna bilər. Əslində onurğada heç bir prosess yoxdur, sadəcə dəridə, əzələdə, dərialtı piy qatında problem var.

İkinci tip ağrılar – radikulopatiya ağrılarıdır. “Radikulo” – sinir kökü deməkdir, “patiya” – patoloji proses mənasını verir. Bu, o deməkdir ki, pasiyentin onurğasında degenerativ dəyişikliklər var.

Osteoxandroz, protruziya, disk yırtıqları və s. xəstəliklər zamanı pasiyentdə radikulopatiya ola bilər. Məsələn, tutaq ki, onurğada disk yırtığı varsa, həmin disk yırtığı sinir kökünə təmas edir, orada kompressiya yaradır həmin sinir kökünün birləşərək yaratdığı nahiyədə olan dəyişiklikləri sinir kökünün sıxılması verir.

Üçüncü növ ağrılar onurğa beynində və daxili üzvlərdə olan patologiyalarla əlaqədar ağrılardır. Tutaq ki, kiçik çanaq orqanlarında iltihabi proses var və bunun nəticəsində yaranan ağrılar çanağın arxa divarına ötürülür və pasiyent bel-omba və sağrı nahiyəsində ağri hiss edir. Bunu düzgün differensasiya edib, onurğa ağrılarından ayırd etmək olar.

Radikulopatiya ağrıları

Məqalədə, əsasəsən, onurğaların özü ilə əlaqədar olan radikulopatiya tipli ağrılardan danışılacaq. Təbii ki, bu ağrılar onurğanın hansı nahiyəsində olmasından asılıdır. Tutaq ki o, boyun nahiyəsində olarsa, həmin simptomatika boyun, baş və yuxarı ətraflarda özünü büruzə verəcək, onurğanın döş nahiyəsində bütün gövdə nahiyəsini, ağrılar onurğanın bel-omba nahiyəsində lokalizə olarsa, bel-omba, sağrı nahiyəsi və aşağı ətrafları əhatə edir.

Onurğada baş verən distrofik-degenerativ dəyişikliklər boyun nahiyəsində olarsa, ağrılar əvvəlcə boyunda əmələ gəlir, ağrı başqa yerə irradiasiya etmir. Xəstələr adətən bunu bir soyuqdəymə ağrısı kimi qəbul edib, müxtəlif növ məlhəmlərdən yararlanırlar, istilik prosedurlarından istifadə edirlər.

Əgər proses müalicə olunmursa, artıq arxa boyun simpatik düyün sindromu yaranır. Bu dövrdə ağrılar artıq baş nahiyəsinə irradiasiya edir. Pasiyent boyunda olan ağrılarla bərabər, başında da ağrılar hiss edir.

Xəstəlik yenə də müalicə olunmazsa, çiyin-kürək, çiyin-əl sindromları əmələ gəlir. Bu zaman proses onurğa sütununun boyun nahiyəsində getsə də, ağrıyan çiyin nahiyəsi və əl nahiyəsi olur. Hətta, bəzən boyun nahiyəsində ağrı hiss olunmur. Əgər xəstəlik yenə də müalicə olunmazsa, ön pilləli əzələ sindromu yaranır.

Bu zaman döş qəfəsinin yuxarı nahiyəsindəki ön pilləli əzələlərdə ağrılar yaranır. Xəstəlik bu dövrdə də müalicə olunmazsa, fəqərə arteriyası sindromu başlayır. Bu, çox ağır bir sindromdur. Pasiyent artıq normal yeriyə bilmir, yıxılır, qusur, başında ağrılar, qulaqlarında küy müşahidə edilir.

Eyni dəyişikliklər onurğanın döş nahiyəsində olarsa, proses artıq gövdə nahiyəsində gedir. Əvvəlcə ağrı onurğanın ətrafında, sonra təxminən gövdənin ortasına qədər yayılır, nəhayət bütün gövdəni əhatə edir. Bu dövrdə olan ağrılar zamanı xəstə güman edir ki, onun hansısa daxili orqanı ağrıyır və başqa mütəxəssislərə müraciət edir və yanlış müalicələr aparılır. Düzgün ünvana müraciət edtdikdən sonra xəstəlik differinsasiya olunur və lazımi müalicə təyin edilir.

Radikulopatiyanın bel-omba ağrıları əhali arasında çox geniş yayılıb. Bu təbii anotomik quruluşla və insanların fiziki işlə məşğul olması ilə əlaqədardır. Bu zaman bel-omba nahiyəsində stenoz, yəni onurğa kanalının daralması əmələ gəlir. Daralmaya səbəb qığırdıqlarda baş verən dəyişikliklə əlaqədar osteofitlərdir. Buna el arasında duz yığılması da deyilir. Həmin o sümük törəmələri onurğa kanalının içərisinə doğru çıxıntılı vəziyyətdə olur, onurğa beyini ilə təmas edərək daralma yaradır.

Protruziya

İkincisi protruziyadır. Disklərdə olan pulpoz nüvə ətrafında fibroz halqalarda müəyyən biokimyəvi proseslər gedir və onun qabarması baş verir. Məhz bu qabarmanın hesabına kanalda daralma əmələ gəlir.

Daha bir səbəb onurğada sürüşmədir. Önə və ya arxaya sürüşmə zamanı da stenoz yarana bilər.

Sarı bağların hipertrafiyası

Sarı bağların hipertrafiyasını da qeyd etmək lazımdır. Bəzən bu zaman yaranan simptomatika disk yırtığı simptomatikasından daha güclü olur. Belə olan hallarda çox adam birbaşa disk yırtığından şübhələnir. Amma əslində bu, sarı bağların hipertrafiyasıdır. Pasiyent özünü möhkəm soyuğa verərsə, uzun müddət soyuq şəraitdə yaşayarsa, uzun müddət soyuq şəraitdə işlədikdə sarı bağların hipertrafiyası yaranır və burada heç bir disk yırtığından söhbət getmir.

Faset sindromu

Bel-omba nahiyəsində olan ağrılarından faset sindromunu da misal göstərmək olar. Bu, onurğada üst fəqərə ilə və alt fəqərəni birləşdirən oynaqlar var, buna faset oynaqlar deyilir. Onurğada distrofik-degenerativ dəyişikliklər baş verəndə bu oynaqlar da kənarda qalmır. Orada baş verən spesifik dəyişikliklər sayəsində faset sindromu yaranır. Xəstələrdə xüsusən qasıq nahiyəsində, sağrı nahiyəsində ağrılar hiss olunur.

Üçüncü növ radikulopatiya ağrıları omba-qalça birləşməsinin disfunksiyasıdır. Bu zaman baş verən ağrılar da onurğaya, aşağı ətraflara irradiasiya edir.

Radikulopatiya ağrılarının müalicəsi

Müalicəyə gəlincə, ən əvvəl müxtəlif  ağrıkəsicilər vasitəsilə ağrı aradan qaldırılır. Radikulopatiya ağrılarının sinir kökündə iltihab prosesi olduğundan iltihab əleyhinə qeyri-steroid preparatlardan istifadə olunur.  Radikulopatiya olan yerlərdə mikrosirkulyasiya pozulduğundan onu stimullaşdıran, venoz axınını sürətlərdən  dərman vasitələrindən istifadə olunur, habelə ödem əleyhinə xüsusi preparatlar istifadə edilir. Ağrı aradan qaldırıldıqdan sonra xəstəlik səbəbə uyğun olaraq fizioterapevtik yolla müalicə edilir.   

Onurğa ağrılarından əziyyət çəkənlərə ağır fiziki işlə məşğul olmaq, hündürlükdən tullanmaq, ani hərəkətlər etmək, soyuq hava şəraitində işləmək, soyuq qida məddələri və içkilər qəbul etmək, spirtli içki içmək və siqaret çəkmək tövsiyə olunmur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az


Жаля Караева

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса