Жаля  Караева hekimtap.az

Жаля Караева

Невролог

14 лет опыта работы

Баку
Miqren hekimtap.az

Miqren

Автор: Nevroloq Jalə Qarayeva , Əlaqə: 050 363-10-02
4984

Опубликовано: 18.05.2018
Жаля Караева

Miqren nədir?

Miqren müalicəsi mümkün olan nevroloji xəstəlikdir. Miqren hormonlarının aktiv olduğu qadınlarda kişilərə nisbətən daha çox müşahidə edilir. Qadınların təxminən 20 faizi, kişilərin isə 8 faizi miqren xəstəliyindən əziyyət çəkirlər.

Miqrenin diaqnostikası

Əgər baş ağrılarınız krizlər halında ortaya çıxırsa bu ağrıya miqren ağrısı deyə bilərik. Miqren krizləri bəzi insanlarda ildə 1-2 dəfə, bəzilərində isə ay ərzində dəfələrlə görünür. Əksər baş ağrıları şiddətli formada baş verir.

Digər baş ağrılarından fərqi isə ürək bulantısı, bəzən qaytarma və səs, işıq, qoxulara olan həssaslıqdır.

Ancaq miqren diaqnozu üçün həkim müayinəsi əsas şərtdir.

Miqrenin səbəbləri

Əsas səbəblərin başında isə genetik faktorlar durur. Ailənizdən birində miqren varsa, sizin də miqren xəstəsi olmaq riskiniz 40 faizdir. Həm anası, həm atası miqren olan bir insan isə 75 faiz risk daşıyır.

Miqren ağrılarının digər səbəblərindən biri də hormonal dəyişikliklərdir. Bu səbəbdən ən çox qadınlarda görünür. Xüsusilə də menstruasiya zamanlarında ağrılar daha da şiddətlənə bilər. Həmçinin bulantı, qusma, işığa və səsə həssaslıq yarana bilər. Adətən tək tərəfli güclü ağrılar baş verir.

Miqrenin əlamətləri

Miqrenin ən böyük əlaməti şiddətli ağrılardır. Hətta o qədər güclü ola bilər ki, şəxs yerindən qalxa bilməyəcək vəziyyətə gələr. Miqrendəki baş ağrısı göz və ya gözün arxasında da hiss edilir. Alın, başın arxa tərəfi və qulağın arxası miqren ağrılarının ən çox hiss edilən nahiyələridir.

Baş ağrıları ilə yanaşı depressiya, həddindən çox sevincli olmaq, durğunluq, diqqət azlığı, danışan zaman yaranan çətinlik, əsnəmə, yatmaq istəyi, qəbizlik, ishal da miqrenin əlamətləri sırasındadır. Ən çox bilinən digər əlaməti isə qoxulara qarşı həssaslıq hissidir. Bunlar miqrenin şiddətini də artıra bilir.

Miqrenin Aurası

Miqrenin əlamətlərindən biri də “auralar”dır. Şiddətli baş ağrısından öncə görülən bəzi nevroloji əlamətlərə “aura” deyilir. Miqren aurası başlamazdan öncə, ağrının başladığı zaman və ya ilk zamanlarında olur. Olduqca qısa müddətlidir. 10 ilə 30 dəqiqə ərzində 20 dəqiqə kimi çəkir.

Əl və dildə və ya ağız, çənədə uyuşma baş verə bilər.

Miqren növləri

Miqren növləri doğru müalicə üçün əsasdır. Miqrenin doğru dəyərləndirilməsi üçün mütləq şəkildə miqren olub-olmadığı təsdiqlənməlidir. Auralı ve aurasız növləri vardır.

Ən çox görülən növü isə aurasız miqrenidir.

Miqreni tətikləyən (artıran) faktorlar

Bu insandan-insana dəyişir. Pendir və şokolad kimi bəzi qidalar da miqren ağrılarını artıra bilər.

Həmçinin, düzgün qidalanmamaq və ya kifayət qədər su içməmək də miqren ağrılarını artıra bilər. Yuxu da digər əsas məsələlərdəndir. Belə ki, yaxşı yuxu yatmamaq ağrıları artıra bilər.

Çox parlaq və yanıb sönən işıqlar, kəskin qoxular və iqlim dəyişiklikləri miqreninizi artıra bilər.

Bununla yanaşı psixoloji vəziyyətlər, qadınlardakı hormonal dəyişikliklər də öz təsirini göstərə bilər.

Miqrenə müsbət təsir göstərən qidalar olmasa da, şiddəti artıran yeməklərdən uzaq durulmalıdır. Kakao, quru lobya, mərcimək, dəniz məhsulları, spirtli içkilər, hazır ət, toyuq suyu bulyonları, pendirlər, qəhvə, əncir, quru üzüm, avokado, banan, və s. kimi qidalar miqren ağrılarını şiddətləndirir.

Miqrenin müalicəsi necə aparılır?

İlk olaraq diaqnoz qoyulmalıdır. Mütəmadi olaraq baş verən ağrılar zamanı isə ikincili başağrılarını inkar etmək üçün başın tomoqrafiyası həkimlər tərəfindən tövsiyə edilir.

Uyğun müalicə ilə xəstələr miqren krizlərindən xilas ola bilərlər. Həmçinin, miqrenə təsir göstərən faktorlardan da uzaq duraraq ağrıları azaltmaq olar.

Miqrenə görə həyat tərziniz olmalıdır, bu olmasa dərmanlar çox da effektli olmaya bilər.

Gündəlik həyatınızda bunlara diqqət etməlisiniz:

 – Mütəmadi idman etmək;
 – Stresdən maksimum dərəcədə uzaq durmaq;
 – Spirtli içkilərdən imtina etmək;
 – Az və ya çox yatmamaq;
 – Baş ağrılarının nə zaman olduğunu dəqiqləşdirmək;
 – Uyğun çəkidə qalmaq;
 – Miqren müalicəsində dərmandan istifadə mütləq şəkildə həkimin tövsiyəsi ilə qəbul edilməlidir.

Bulantınız varsa, bulantı və miqren üçün dərmanları eyni anda istifadə etməyiniz mümkündür. Ancaq digər şəxslərin tövsiyəsi ilə dərmandan istifadə yolverilməzdir.

Miqren dərmanları nə qədər tez qəbul edilərsə bir o qədər faydalı olar. Ağrıları hiss etdiyiniz anda içilməlidir.

Əgər miqren dərmanları effekt vermirsə, krizlər artırsa bu zaman qoruyucu müalicə üsulunu sınamalısınız. Bunlar ağrıkəsici dərmanlardan fərqlidirlər.

Xəstəyə uyğun müalicə planı hazırlanmalıdır

Miqren şikayəti olanların keçmiş hekayəsi araşdırılmalı, baş və boyun hissələrinin müayinələri aparılmalı və xəstəyə uyğun müalicəyə başlanılmalıdır. Əzələlərin də yoxlanılmasında fayda var.

Xəstənin sudan istifadəsi, necə qidalandığı, stress dərəcəsi, ətraf faktorlar dəqiqləşdirilməlidir.

Miqren ağrıları digər xəstəliklərə bənzəyə bilir. Aparılan araşdırmalara görə, xəstələrin 53 %i psixogenik və ya xəstəlikdən sonra psixoloji problemlər səbəbilə baş ağrısından əziyyət çəkirlər. Bu səbəbdən bütün xəstələrə eyni yanaşmaq doğru deyil.

Miqreni olanlar hansı idman hərəkətləri etməlidirlər?

Aparılan araşdırmalara görə, miqrenə bəzi yüngül hərəkətlər müsbət təsir göstərə bilər.

Yüngül hərəkətlər miqren krizlərinin müddətini və şiddətini azalda bilər və miqrenin qoruyucu müalicəsində faydalı ola bilər. Yoqa, üzgüçülük, rəqs, gəzinti bu hərəkətlərdən sayılır.

Miqren depressiyaya səbəb ola bilərmi?

Xronik miqren ağrıları insanlarda depressiyaya rastlanılır. Xronik miqrenin diaqnozu ilk 3 ay  ərzində qoyula bilər. Həmçinin iki gündə bir və ya daha tez krizlər baş verirsə, buna xroniki ağrılar demək olar. Miqrenin müalicəsi zamanı depressiya hallarının da ortadan qaldırılması əsas rol oynayır.

Hansı qidalar miqren krizlərinə səbəb olur?

Yuxarıda qeyd etdiyimiz kimi pendir, spirtli içkilər, şokolad və s. qidalar ağrıları şiddətləndirir.

Rokfor, kifli, ağ pendir, mozzarella daha çox miqreni olan insanlara mənfi təsir göstərir.

Qırmızı şərab, viski, sampan miqrenin “dostudur”. Tez təsir edə bilir.

Çox soyuqda qalmaq da miqreni artıra bilən faktorlardandır.

Bununla yanaşı:
 – Meyvə quruları
 – Mayalı qidalar
 – Banan, portağal, kivi , ananas və s. meyvələr
 – Xurma, əncir, üzüm
 – Ət bulyonları
 – Dadlandırıcılar da miqren şiddətini artıran qidalardan hesab olunur.

Kafein miqrenə müsbət təsir göstərir?

Kafein miqrenə müsbət təsir göstərir. Miqren dərmanınıza kafein əlavə etsəniz bu, baş ağrılarına 40 faiz daha çox müsbət təsir göstərər.

Ancaq kafein tərkibli qidaların da digər baş ağrısı dərmanları kimi çox istifadəsi rebound baş ağrısına səbəb ola bilər. Həmçinin, kafein tərkibli dərmanlar faydalı olsa da kafeinli qidalar tövsiyə edilmir.

Bütün dərmanlar həkim nəzarətində verilməlidir.

Hər zaman sağlam olun!


Mövzu ilə bağlı videolar:

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.


Жаля Караева

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса