Жаля  Караева hekimtap.az

Жаля Караева

Невролог

14 лет опыта работы

Баку
Aqorafobiya hekimtap.az

Aqorafobiya

Автор: Nevroloq Jalə Qarayeva , Əlaqə: 050 363-10-02
4919

Опубликовано: 24.04.2018
Жаля Караева

Aqorafobiya – evdən çıxmaqdan, marketə daxil olmaqdan, izdihamlı və ictimai yerlərdə olmaqdan, qatarla, avtobusla, təyyarə ilə tək səyyahət etməkdən qorxmaqdır.

Aqorafobiyanın şiddəti fərdlər arasında önəmli dərəcədə dəyişə bilir. Məsələn, şiddətli aqorafobiyası olan biri evi tərk edə bilmədiyi halda, digəri uzun məsafəni problemsiz gedə bilir.

Əlamətləri əsasən 3 yerə ayrılır:

– Fiziki
– Koqnitiv
– Davranış

Aqorafobiyanın fiziki simptomları əsasən sizi  narahat edən situasiyanın içinə düşdüyünüzdə meydana çıxır. Bununla belə aqorafobiyalı bir çox insan fiziki simptomlara nadir hallarda məruz qalır, çünki belə insanlar onları narahat edən vəziyyətdən qaçmağa çalışırlar.

Aqorafobiyanın fiziki əlamərləri panik atakın əlamətləri ilə bənzər ola bilər.

 – Tez- tez ürək döyünməsi
 – Tez-tez nəfəs almə(hiperventilyasiya)
 – İsti və ya tərli hiss etmə
 – Özünü xəstə hiss etmə
 – Ürək ağrısı
 – Udma aktında çətinlik
 – İshal
 – Baş gicəllənmə

Aqorafobiyanın koqnitiv əlamətləri fiziki əlamətlərlə əlaqəli olan, bəzən də əlaqəli olmayan duyğu və düşüncələrdir.

Koqnitiv əlamətlər aşağıdakı formalarda ola bilər:

 – Panik atak tutması sizi başqalarının yanında utandıracaq duruma salacaq düşüncəsi
 – Panik atak yaşam üçün təhlükəlidir –məsələn ,tutma zamanı ürəyiniz dayanacaq və nəfəs ala bilməmə qorxusu düşüncəsi
 – Ağlın itirilmə düşüncəsi
 – İctimayətdə kontrolunuzu itirmə qorxusu
 – İnsanlar qarşısında titrəmə və qızarma
 – İnsanlar mənə baxır kimi düşüncələr

Panik atakla əlaqəli olmayan psixoloji əlamətlər də vardır:

 – Başqalarının yardımı olmadan işləyə bilməyəcəyini və həyatda qala bilməyəcəyini hiss etmək
 – Evdə tək qalma qorxusu (monofobiya)
 – Xüsusi bir narahatçılıq hissi və ya qorxu   
 – Davranış əlamətləri

Aqorafobiyanın davranışla əlaqəli əlamətləri arasında:

 – Toplum olan yerlərdən qaçmaq
 – Ev sahibi olmaq-uzun müddət evdən çıxmamaq
 – Hər hansı bir yerə getdiyində yanında etibar edə biləcək birini götürmək 
 – Evdən çox aralanmaqdan qaçınma

Bəzi insanlar onları narahat edən vəziyyətlərlə üzləşməmək üçün özlərini buna məcbur edirlər, lakin buna cəhd edərkən belə daxili olaraq bir qorxu və narahatlıq hiss edirlər.

Tibbi tövsiyyə:

Əgər sizdə aqorafobiyanın əlamətlərinin olduğunu düşünürsüzsə, mütəxəssis yardımı alın!

Aşağıda göstərilən hər hansı bir əlamətə sahibsənizsə, tibbi yardım almağınız məsləhət görülür.

 – Ürək agrısı
 – Nəfəs darlığı
 – Baş gicəllənməsi
 – Bayılma
 – Səbəbsiz  arıqlama
 – Ürək doyünmələri
 – Depressiya
 – İntihar düşüncəsi və ozunə zərər vermə

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. 


Жаля Караева

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса