Алмаз  Сафарова hekimtap.az

Алмаз Сафарова

Невролог

25 лет опыта работы

Баку
Karpal tunel sindromu hekimtap.az

Karpal tunel sindromu

Автор: Nevroloq Almaz Səfərova , Əlaqə: 050 541-50-50
3799

Опубликовано: 25.12.2019
Алмаз Сафарова

Karpal tunel sindromu nədir?

Karpal tunel sindromu - bilək nahiyəsində orta sinirin sıxılması nəticəsində yaranan geniş yayılmış nevroloji xəstəliklərdən biridir. Bu sindrom daha çox 30-50 yaşlı qadınlarda rast gəlinir. Risk faktorlarına bilək oynağının revmatoid artriti, şəkərlii diabet, hipotireoz, amiloidoz və müxtəlif səbəblərdən yaranmış bilək kanalının ödemidir. Bununla yanaşı, sindrom biləyin çoxsaylı açılıb-bükülmə hərəkətləri tələb olunan işlərdə çalışan insanlarda - kompüterdə çox çalışan, toxuculuq, dərzilik, ifrat ev işləri görən və s. insanlarda rast gəlinir.

Karpal tunel sindromunun əlamətləri hansılardır?

Karpal tunel sindromu zamanı əl və biləkdə sancılar və keyimə müşahidə edilir. Əsasən, baş, şəhadət və orta barmağın ovuc hissəsində, bəzən isə bütün əldə özünü göstərir. Pasiyentlər adətən, gecə keyimə və giziltili ağrıdan oyanır. Gecikmiş mərhələlərdə əzələ atrofiyası müşahidə edilə bilər. 

Karpal tunel sindromunun diaqnostikası necə aparılır?

- Klinik qiymətləndirmə
- Neyrofizioloji müayinə (ENMG)

Klinik qiymətləndirmə xəstənin şikayətlərinə əsaslanır. 

Karpal tunel sindromunun əsas müayinə metodu - ENMG hesab olunur.  
ENMG müayinə - diaqnozun qoyulması, sinir zədələnməsinin subklinik növlərinin müəyyən edilməsi və optimal müalicə seçimi baxımından böyük əhəmiyyət kəsb edir. Bundan başqa, ENMG vasitəsilə karpal sinir sindromunun dərəcəsi (yüngül, orta, ağır) təyin olunur və bunlara uyğun olaraq, müalicə taktikası seçilir. Xəstəliyin dərəcəsi yüngül olarsa, konservativ müalicə üsulu, ağırlaşmış hallarda isə cərrahi müdaxilə tələb edilir. ENMG müayinə, həmçinin, xəstəliyi proqnozlaşdırmaq və dinamikasını müəyyənləşdirmək üçün gözəl vasitədir. 
ENMG müayinə zamanı sensitivlik (həssaslıq) - 93%, spesifiklik isə 97% təşkil edir. Bundan başqa, diaqnozun dəqiqləşdirilməsi üçün  “Tinel” və “Falen” testlərindən istifadə olunur. 

Karpal tunel sindromunun müalicəsi necə aparılır?

Karpal tunel sindromunun müalicəsi aşağıdakı üsullarla həyata keçirilir:

- İmmobilizasiya;
- Birincili xəstəliyin müalicəsi;
- Qlükokortikosteroidlər və anestetiklərin yeridilməsi;
- Cərrahi üsul.

İlk növbədə, əsasən gecələr, bilək oynağı neytral vəziyyətdə immobilizasiya (fiksə) olunmalıdır. Əsas xəstəliyin (şəkərli diabet, artrit və hipotireozun) müalicəsi simptomları əhəmiyyətli dərəcədə yüngülləşdirə bilər. 
Qeyd olunan üsullar kömək etməyən halda, bilək kanalına birbaşa deksametazon və lidokain qarışığı vurulur. Simptomatika residivləşərsə və atrofiya əlamətləri müşahidə olunarsa, bilək kanalının endoskopik yolla cərrahi dekompressiyası həyata keçirilir.


Алмаз Сафарова

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса