Şövgü Salahov hekimtap.az

Şövgü Salahov

Дерматовенеролог

21 лет опыта работы

Баку
Ziyillər-dərinin virus infeksiyaları-HPV (Human papilloma virus) hekimtap.az

Ziyillər-dərinin virus infeksiyaları-HPV (Human papilloma virus)

Автор: Dermatoveneroloq Şövgü Salahov, 055 557-79-29
4542

Опубликовано: 20.09.2020
Şövgü Salahov

Ziyillər insan papilloma infeksiyalarının bir növüdür. Ziyil (verruka) Human papilloma viruslara (HPV) bağlı olaraq yaranan,epiteldə hiperplaziya və həddindən çox keratin toxuma sintez edən xroniki gedişli infeksiyadır. İki yüzdən artıq tipi olan bu DNA virusunun hardasa 20-yə yaxın tipi insanlarda infeksiyaya səbəb olur. Fərqli HPV tipləri bədənin fərqli bölgələrində infeksiya yaratmaq gücündədir. Xəstəlik yoluxduqdan sonra 6 aya qədər inkubasiya dövrü keçə bilər bu üzdən xəstəliyin kimdən və nə vaxt keçməsini təyin etmək  mümkün olmur.Xüsusilə əlin arxasında,ovuclarda,barmaq və dırnaq ətrafında yerləşməklə birlikdə dəri və selikli qişaların istənilən bir yerində rast gəlinə bilər.İlk ziyilin yaranmasından sonra xəstəliyin əkilmə yolu ilə yayılması düşünülməkdədir.                             

Ziyillərin etiologiyası
       
Klassik tip(Verruka vulqaris) olan ziyillərin başlıca törədiciləri HPV 1, 2, 4, 7, 27 və 57 dir.  Ayaq ziyillərində(Verruka plantaris) daha çox HPV 1 və 63 tipidir. Anogenital ziyillərdə HPV  6, 11, 44 və daha çox təhlükəli sayılan(xərçəngönü) 16, 18 tipləridir. Yastı ziyillər (Verruka plana) HPV 3, 10, 28, və 49 a bağlı yaranır. Məktəb dövründə olan uşaqlarda daha çox yayılmışdır. Həm ailə fərdləri arasında həm məktəbdə rahat yoluxma olur. Bəzən heyvanlardan da insan keçə bilir(qəssablarda daha çox). Qeyd etdiyimiz kimi virus mənşəlidir və xüsusi tip viruslar birbaşa insandan insana,xəstə heyvandan çox asanlıqla keçə bilər. Ziyillərin yayılmasına uşaqlarda barmaq əmmə vərdişi  çox kömək edir, hansıki daima dərinin tamlığı pozulduğundan həm barmaqlara həm ağız boşluğuna asanlıqla yayıla bilər. Eləcədə genital ziyillər çox rahatlıqla cinsi əlaqə zamanı yayılır.                                                     

Ziyillərin əlamətləri
             
Tipik ziyillər dəridən qabarıq, 3-10 mm boylarında,yuvarlaq və ya polisiklik, dəri rəngində və ya biraz daha tünd rəngli, üzəri nahamar, sərt törəmə şəkilində olur. Yalnız dərinin epidermis qatını zədələdiyindən müalicə olunduqdan sonra dəridə çapıq yaranmır. HİV infeksiyası ilə yoluxmuş insanlarda genital nahiyədə ziyillərin sayı artmışdır. Ziyillər yerləşdiyi bölgəyə uyğun olaraq müxtəlif formalarda özünü göstərir.                                                        
Ziyillərin növləri                 

Klassik ziyillərin(Verruka vulqaris) formasını yuxarıda qeyd etmişdik. Ayaq ziyilləri(verruka plantaris)  yastı formada, dəridən çox da  qabarıq olmayan amma əllədikdə əl altında nahamar, kələ kötür bir törəmə hiss olunur. Bir neçə ziyil bir yerdə görünür və ya birləşməyə meyilli olur. Bəzən ziyillərin içində dermistə yerləşən və tromboza uğrayan xırda kapilyarlarla bağlı qara-qırmızı nöqtələr görünə bilər. Filiformis formalar daha çox üzdə,durun dəlikləri ətrafında,göz qapaqları, boyun bəzən də dodaqlarda  yerləşəir .İncə və ya qalın saplı,ucunda hiperkeratotik (çox sərt) çıxıntılar olur. Genital ziyillər (Verruka anogenitalis) genital bölgədə, dəri rəngində, tünd qəhvəyi rənglərdə və çirkli ağ rənglərdə ola bilir. Qruplaşımiş və ya dağınıq formada genital bölgədı yayılan bu ziyillər daha yumşaq, mərcanvari, bəzən xoruz pipiyini xatırladan və çox sürətlə həm yoluxdurmağa və həmdə yayılmağa meyillidir. Yastı ziyillər (Verruka plana) adından göründüyü kimi yastı formada olur və daha çox üz, boyun,əlin arxasında rast gəlinir. Xüsusilə uşaqlarda rast gəlməsi daha çoxdur. Xəstələrdə bir neçə ədəddən yüzlərlə  və daha çox sayda törəmələr görünə bilər. Yastı ziyillərin üzəri hamar formada olur.                       

Ziyillərin müalicəsi         

Ziyillərin müalicəsində fərqli yöntəmlərdən istifadə olunur ki ən çox yayılan üsul ziyilin bədəndən uzaqlaşdırmaqdır.Bu isə krioterapiya (quru buz vasitəsilə dondurmaq) ilə, lazer müdaxiləsi yaxud elektrokoaqulyasiya ilə kəsib götürməkdir. Bundan başqa xüsusi keratolitik preparatlar vasitəsilə ziyilləri məhv etmək olur. Amma ən diqqət etdiyimiz məqam ziyilləri (xüsusilə anogenital yerləşən) götürməzdən əvvəl onların hansı tip olmasını dəqiqləşdirmkdir. Çünki qeyd etdiyimiz kimi bəzi tiplər (16,18 və s) xərçəngönü sayılır. Bu baxımdan ziyilin tipini təyin etdikdən sonra ya tam uzaqlaşdırılır yaxudda  vaxtaşırı müayinələrə cəlb olunur (məsələn qadınlarda uşaqlıq boynu xərşəngi yarada bilər) ki başqa fəsadların qarşısı alınsın. Eləcədə xəstələrə orqanizmin müqavimətini artırmaq üçün müəyyən qrup preparatlar təyin olunur.                          

Ziyillərin profilaktikası             

Virus xəstəlikərində eləcədə ziyillərdə pofilaktika çox önəmlidir. Çünki bu birbaşa xəstə insandan yoluxur. O üzdən  münasibətdə olduğunuz insanlara sadə təmas zamanı onların əlində, üzündə ziyillərin olub olmamasına diqqət etmək xüsusuilə cinsi yaxınlıq zamanı genital bölgədə ziyillərin olmasına diqqət etmək lazımdır. Bundan başqa vaxtaşırı həkim müayinəsində olmaq lazımdır çünki çox hallarda qadınlarda vaginada ziyillərin olmasıni bilməyə bilərlər. Nəmli və dərinin tamlığını pozan şəraitlərdən qaçınmalı, vaxtaşırı dezinfeksiyaedici vasitələrdən istifadı etməli, eləcədə orqanizmin müqavimətini daima yüksək saxlamaq (düzgün qidalanma, idman etmək, açıq havada gəzmək) lazımdır.

 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az 


Şövgü Salahov

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса