Şövgü Salahov hekimtap.az

Şövgü Salahov

Дерматовенеролог

21 лет опыта работы

Баку
Mərkəzdən qaçan eritema
 hekimtap.az

Mərkəzdən qaçan eritema

Автор: Dermatoveneroloq Şövgü Salahov, 055 557-79-29
2969

Опубликовано: 22.01.2021
Şövgü Salahov

Mərkəzdən qaçan eritema nədir?
     
Fiqurlu eritemalar,anular(halqavari) və ya dəyişkən şəkilli eritemalı səpgilər ilə seyr edən və müxtəlif sistemik xəstəliklərlə yanaşı  gedə bilən dəri xəstəliyidir.Mərkəzdən qaçan eritema bu qrup xəstəliklər arasında ən çox rast gəlinəndi.                  

Mərkəzdən qaçan eritema etiologiyası 
 
Xəstəliyin yaranmasında daha çox müxtəlif dərman preparatlarının(salisilatlar,antimalyariya,simetidin,amitriptillin,qızıl vəs) qəbulu səbəb ola bilər. Eləcədə bir çox xəstəliklərdə və ya öncədən yarana bilir. Bu qrupdan olan xəstəliklər : Xərçəng xəstəliyinin (qan xəstəlikləri,məmə ,ağciyər,həzm sistemi xərçəngi xəstəlikləri)ilkin əlamətləri kimi,dəri infeksiyaları(göbələk,kandidalar,virus xəstəlikləri,mikobakteriyalar və s) xəstəliklərində,bağırsaq parazitlərində,hormonal pozulmalar olan xəstəliklərdə(mensturasiya,hiperparatiroid),hamiləlıikdə və sistemik xəstəliklərdə həm xəstəliklərlə eyni vaxtda həmdə yuxarıda qeyd olunan xəstəliklərdən öncə bir xəbərdarlıq işarəsi kimi meydana gələ bilər. Eləcədə tam sağlam insanlarda rast gəlinir yaxud da əsas səbəbi aydınlaşdırmaq olmur.   Daha çox yaz və payız aylarında özlüyündən yaranıb və yoxa çıxan bir formasıda məlumdur.                

Mərkəzdən qaçan eritemanın əlamətləri

Hər yaş qruplarında yarana bilir,idiyopatik gedişli olan MQE qadınlarda daha çox rast gəlinir. Bədənin bir çox sahəsində səpgilərə rast gəlinsədə daha çox sevdiyi yerlər gövdə, qalçalar, bud, aşağı və yuxarı ətraf nahiyələridir. Eritemalı,ödemli papul şəklində yaranan səpgilər zamanla kənarlara doğru halqavari böyüyərək mərkəz hissədən sağalmağa başlayır ama təkrar olaraq yenidən mərkəz hissədən  yeni səpginin yaranması və eynilə kənarlara doğru byüməni,genişlənməni müşahidə edirik.İki kliniki forması məlumdur. Səthi və dərin. Səthi formada səpginin kənar hissəsi dəridən çox da qabarıq deyildir və içərisi incə qabıqlanma ilə örtülüdür. Səpgilərin ən əsas özəlliyi asimmetrik olaraq kənarlara doğru böyüməsidir ki gün ərzində 2-3 mm böyüyərək 2-3 həftədə 5-6 sm ölçüyə çatır və inkişafını dayandıraraq tədricən solmağa başlayır.Bu böyümüş və inkişafını dayandırmış səpginin  ortasından yenidən alovlanma ola bilir və yaxudda yenidən başqa bir yerdən yeni element yarana bilər.MQE nın dərin forması isə kənarları daha qabarıq və azacıq iltihablıdır bəzən də az ağrılı ola bilər.Xəstəlik bəzən 2-3 həftə içərisində özlüyündən tam sağalar bəzən də xroniki gedşlii olub vaxtaşırı yeni səpgilərlə özünü göstərə bilər. Çox zaman fiqurlu eritemanın başqa formaları ilə çox oxşar olur(eritema kronikum miqrans,eritema giratum repens,eritema marginatum) və buna görədə mütləq differensasiya etmək lazımdır.Eritemanın qaşınmaması və öncədən  yavaşca kənarlara doğru böyüməsi və sonra uzun bir müddət sabit qalması MQE lehinədir.Xəstəliyin önəmli bir özəlliyidə illər boyunca yeni səpgilərin yaranması və bəzən bunu 10 illər belə çəkməsidir.          

Eritemanın növləri

Fiqurlu eritemaların MQE qədər çox yayılmasada bir neçə başqa növləri də vardır. Eritema kronikum migrans. Bu növ İxodes gənələrinin dişləməsindən sonra yaranan formadır ki bu zaman diaqnozı  dəqiqləşdirdikdə təcili olaraq antibiotik müalicəsinə başlanmalıdır. Vells sindromu,bu eritemalar müxtəlif antigenlərə qarşı yaranan reaksiyadır ki səbəbdən asılı olaraq qanda müxtəlif dəyiıikliklər(eozinofiliya və s)ola bilir eləcədə qızdırma və oynaq problemləri də rast gəlinir. Bu halda səbəb infeksiyalardirsa antibiotiklər yox əgər daha dirəncli forma olarsa dapson və steroid preparatlar istifadə olunur.             

Xəsətəliyin diaqnozu
       
Əsasən kliniki əlamətlərə görə və xəstəliyin gedişinə görə təyin edilir ama bəzən differensasiyada çətinlik yaranarsa dəri biopsiyasına baş vurulur. Qeyd etdiyimiz kimi səpgilərin anidən yaranması,sürətlə halqa və ya yarımhalqa şəklində böyüməsi bəzən çox az da olsa qaşıntılı olması və bir səpginin solduğu bir zamanda yenilərinin yaranması MQE xəstəliyinin lehinədir.             

Eritemanın müalicəsi           

Mərkəzdən qaçan eritemalrda hansıki səpgilər özlülüyundən itib getmir və təkrarlaşır o zaman altda yatan xəstəlikləri  araşdırmaq lazımdır. Bu xəstəlikləri və ya səbəbləri yuxarıda qeyd etmişik. Tapılan səbəbə əsasən xəstəlik müalicə olunur və bu zaman səpgilər çox rahat şəkildə ortadan götürülür. İdiyopatik gedişli formalarda isə ilk növbədə yerli steroid kremlərdən daxilə təyin olunan antihistamin preparatlardan istifadə edilir. Xəstəliyin dirəncli formalarında steroid preparatlar daxilə təyin olunur.     Xəstəliyin profilaktikası. Çox da önəmli deyildir yalnız qeyd etmək lazımdır ki yaranan eritemalar özü çox da narahatçılıq yaratmasa belə hansısa bir başqa və ciddi bir xəstəliyin ilkin əlaməti ola bilər. Bu üzdən dərinizdə yaranan hansısa bir səpgilərə,qaşıntılara,qabıqlanmalara və s.kimi əlamətlərə daha diqqətlə yanaşmaq və həkim məsləhəti almaq lazımdır. Bu sizi gələckdə böyük bir təhlükədən qoruya bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az


Şövgü Salahov

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса