Şövgü Salahov hekimtap.az

Şövgü Salahov

Дерматовенеролог

21 лет опыта работы

Баку
Dərinin üst qatının(epidermisin) zədələnməsi ilə gedən xəstəliklər
 hekimtap.az

Dərinin üst qatının(epidermisin) zədələnməsi ilə gedən xəstəliklər

Автор: Dermatoveneroloq Şövgü Salahov, 055 557-79-29
9747

Опубликовано: 23.02.2021
Şövgü Salahov

İxtiozlar   

İxtioz nədir?   

Yunancadan tərcümədə balıq anlamına gələn bir söz olub,quruluq, hiperkeratoz, və qabıqlanma nəticəsində dərinin balıq pullarına bənzər görünüm aldığı xəstəlikdir. İxtiyoz vulqaris daha çox yayılmış növ olub demək olarki hər 25 doğuşdan bir təsadüf olunur və bu ixtiyoz xəstəliyinin ən yüngül forması kimi dəyərləndirilir.Xəstəliyin yaranması genetik olub bəzi xromosomlorda olan defektlərlə əlaqəlidir. İxtiyoz vulqaris növü ilk 3-6 aylarda özünü biruzə verir və vücudumuzun demək olar ki çox hissəsini incə, quru, boza çalan rəngdə qabıqlarla örtür. Pulcuqlara bədənin hər sahəsində rast gəlinsədə daha çox dizlərdə,dirsəklərdə daha bəlirgin olur. Xəstəlik gənclik illərində daha zəifləməkdə olub ömür boyu davam edir. Yay aylarında daha da azalmaqda olub qış ayalrında həm quruluq, həm də qaşınma arta bilər. Bəzi şiddətli formalarda başın tüklü hissəsi, üz nahiyəsi tutula bilər və əllərdə daha dərin çatlamalar, qaşınma, göynəmə hissi yaradar. Xəstələr ömür boyu xəstəliyin şiddətindən,formasından asılı olaraq nəmləndirici kremlərdən,məlhəmlərdən istifadə etməlidir. Bəzi ağır formalarda əgər xəstə  hamiləlik düşünmürsə və ya  artıq həmilə qalmayacaqsa asitretin qrup preparatlardan istifadə edib müəyyən müddətə remissiyalar almaq olar.         

Dəri soyulması - Peeling skin                 

Dəri soyulması nədir? 

Dərinin buynuz qatının davamlı olaraq özü özlüyündən soyulması şəklində bir xəstəlikdir.       

Dəri soyulmasının etiologiyası   

Etiopatogenez tam olaraq öyrənilməsədə genlərdə ressesif keçən və mutasiya nəticəsində anormal filagrinin yaranmasıdır. Bunun nəticəsində keratin qatın başqa qatlarla yapışması pozulur və mütəmadi olaraq dəridə soyulma baş verir. Xəstəlik doğuşdan yaranır və lap kiçik yaşlarda özünü biruzə verir. Demək olar ki çox insanlarda bütün həyatı boyu davam edir. Bədənin istənilən sahəsində rast gəlinə bilər ama daha çox əllərdə və ayaqlarda rast gəlinir. Bu zaman dərinin üst hisəsi incə qabıqlanmalar halında tökülür. Dəri soyulmasının əlamətləri.  Xəstəlik əsasən simmetrik yaranır yəni hər iki əlin və ya ayağın dərisində eləcədə bədənin,gövdənin hər iki tərəfində əmələ gəlir.Dəridə iltihab demək olar ki rastlanmır ama çox nadir də olsa dəri soyulması ilə yanaşı azacıq iltihablı dəri müşahidə oluna bilər. Xəstələrin dərisində azacıq qızarıqlıq və vezikulyasiya(sulu xırda qabarcıqlar) olur. Eksfolyasyon (dərinin sürətlə qopması) isə çox şiddətlidir. Xəstəlik ilin bütün fəsillərində yaransa belə daha çox yay aylarında şiddətlənir. Xəstəliyin akral formasında əsasən əl və ayaqların üst hissəsi zədələnir və çox az da olsa qaşıntı ilə müşayət oluna bilər. Dəri soyulmasının xüsusi bir müalicə sxemi yoxdur ancaq mütəmadi olaraq nəmləndirici kremlərdən istifadə etmək,ikincili infeksiyalar və göbələk yaranmasının qarşısını almaq üçün yerli və daxilə tayin olunan preparatlardan istifadə etmək lazımdır.     

Əl-Ayaq keratodermaları     

Ovucun içində və ayaq altı nahiyədə buynuz qatın qalınlaşması hesabına yaranan xəstəlikdir. Bir çox xəstəliklər (PRP, əl-ayaq psorizaı, xroniki ekzema, göbələk xəstəlikləri və s) zamanı ikincili olaraq belə hallar yarana bilir. Eləcədə heç bir yanaşı xəstəlik olmadan da əl və ayaqda həddindən artıq dərinin qalınlaşması və kobudlaşması əmələ gələ bilər.Bəzən də daxili orqan xəstəlilərinin bəziləri (kardiomiopatiyalar, qida borusu xərcəngi və s) zamanı ikincili olaraq belə hallara rast gəlinə bilər. Xəstəlik doğuşdan və eləcədə erkən yaşlardan yarana bilir. Genetik olaraq da bəzi xromosomlarda olan defektlər nəticəsində belə xəstəliyə rast gələ bilərik və çox az da olsa ailənin bir neçə üzvündə eyni vaxtda görünə bilən bir hallar olur. Əl və ayaqlar əsasən simmetrik zədələnir. Zədələnən sahələr çox qalın,kobud və fissurlu (dərin çatlamalar) olur. Çox zaman sarımtıl rəngə çalan bu dəridə olan kobudlaşma çox şiddətli ağrı verərək xəstənin əmək qabiliyyətini aşağı salır.Zədələnmiş dəri sağlam dəridən kəskin sərhədlə fərqlənir. Əgər səbəb olan xəstəlik varsa mütləq dəqiqləşdirilib müalicə olunmalı yox əgər genetik meyilli səbəbdən yaranıbsa xəstə ömür boyu nəmləndirici kremlərdən ,məlhəmlərdən istifadə etməli və travmalardan uzaq durmalıdır.        

Keratozis pilaris   

Bu xəstəlik xalq arasında qaz dərisi kimi məşhurdur. Xəstəlik daha çox yuxarı ətraflərın bazu nahiyəsinin bayır hissəsində olur və zamanla arta və azala bilir. Qadınlarda kişilərə nisbətən 2 dəfə çox rast gəlinir. Kosmetoloji defekt yaradan bu xəstəlik başqa heç bir narahatçılıq yaratmır və çox zaman idiopatik gedişlidir və altda yatan bir xəstəlik lə əlaqəsi yoxdur. Dərinin nahamar görünüşü,quru olması, bəzən daha çox qabararaq  əllə sürtdükdə əli dalaması kimi əlamətləri olur. Dərini nəm tutmaq və hava şəraitinə,geyimlərə diqqət etməklə uzun müddətli sakitləşmə əldə etmək olar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az


Şövgü Salahov

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса