Sarı pilinq hekimtap.az

Sarı pilinq

6727
Автор: Kosmetoloq Nuranə Bağırova, Əlaqə: 055 280-54-75

Опубликовано: 08.01.2020
/papers/sar%C4%B1-pilinq-44669?locale=ru

Sarı pilinq nədir?

Sarı pilinq - üzün qısa müddətə bərpası ilə müşayiət olunan kimyəvi pilinq növüdür. Bu kosmetik vasitənin əsas tərkibi retinol turşusudur (A vitaminin süni analoqu). O, parlaq sarı rəngə malikdir, ona görə də preparat “sarı pilinq” adı ilə tanınır.  

Sarı pilinqin təsir mexanizmi

Bu pilinq növü şərti olaraq kimyəvi adlandırılıb, belə ki, onun epidermis və dermaya təsiri canlı hüceyrələri zədələmir.  Onun tərkibini təşkil edən turşu birləşmələri  dəriyə cavanlaşdırıcı təsir göstərir, onun səthindəki buynuzlaşmış ölü hüceyrələri aradan qaldırır, eləcə də dərinin dərin qatlarındakı hüceyrələrarası qarşılıqlı əlaqəni tənzimləyir. Bundan başqa, qeyd olunan pilinq növü dəri hüceyrələri reseptorlarındakı prosesləri stumullaşdırır və güclü antioksidant təsir göstərir. 

Sarı pilinqin nəticələri

Sari pilinq həyata keçirildikdən sonra aşağıdakı nəticələr alınır:

Toxumaların regenerasiya sürəti artır;
Elastin, kollagen, gialuron turşularının sintezi sürətlənir;
Dərinin üst qatı incəlir;
Qan dövranı stimullaşır;
Ayrı-ayrı piy vəzilərinin ifrazı normaya düşür;
Melanin ifrazı azalır.
Sarı pilinqin effektinin qalıcılıq müddəti 5 aydır.

Sarı pilinqin hansı üstünlükləri var?

Qısa müddətə bərpaolunma - 1 həftəyədək;
Ağırlaşma və allergiya riski yoxdur;
İstənilən tip dəriyə tətbiq etmək mümkündür;
25 yaşdan yuxarı hər kəs üçün yararlıdır;


Sarı pilinqə göstərişlər hansılardır?

Sarı pilinqə göstərişlər aşağıdakılardır:
Piqment ləkələri, çillər;
Qırışlar, fotoqocalma;
Məsamələrin genişlənməsi, çapıqlar;
Civzələr;
Keratoma.


Sarı pilinqə əks-göstərişlər hansılardır?

Sarı pilinqə bəzi əsk-göstərişlər də var. Onlara aiddir:

Hamiləlik və laktasiya;
Qaraciyər xəstəlikləri;
Dermatozlar;
Ziyillər;
Allergiya;
Rozaseya.

Sarı pilinqi ildə 2 dəfə həyata keçirmək tövsiyə olunur. Bu müddət hüceyrələrin funksiyalarını aktivləşdirmək, dərini cavanlaşdırmaq və kosmetik qüsurları aradan qaldırmaq üçün kifayət edir.