Kontur plastikası
 hekimtap.az

Kontur plastikası

6083
Автор: HT

Опубликовано: 23.07.2019
/papers/kontur-plastikas%C4%B1-44436?locale=ru

Kontur plastikası nədir?

Kontur plastikası – yaşla bağlı dəyişikliklərin – burun-dodaq qırışlarının, göz ətrafında həlqələrin, mimik qatların, dəri dartılmalarının və s. aradan qaldırmaq üçün tətbiq olunan qeyri-cərrahi kosmetik prosedurdur.  Prosedur zamanı effektiv və təhlükəsiz olan preparatlardan – gialuron turşusundan hazırlanmış müxtəlif gellərdən istifadə olunur.Yaş ötdükcə üzün ayrı-ayrı nahiylərində həcm itkisi baş verir, bunun nəticəsində isə qırışlar əmələ gəlir. Kontur plastikasının başlıca məqsədi bu çatışmazlıqları aradan qaldırmaqdır. Yeniyetmə və gənclik yaşlarında insanın dərisi hamar, yumşaq və elastik olur. Bu, əsasən, üzdə dərialtı piy qatının bərabər paylanması sayəsində mümkün olur. İnsan yaşlandıqca piy toxumasını tədricən itirir - o, yanaqların alt nahiyəsi və çənəaltı hissəyə yığılaraq, yerini dəyişir. Bəzi hallarda yaşla əlaqədar dəyişikliklər həcmin total itirilməsinə gətirib çıxara bilər.

Kontur plastikasının növləri :

1.Dodaqların korreksiyası

İnsan üzində yaşlanma əlamətlərindən biri dodaqların nazikləşməsi və kiset qırışlarının (dodaq ətrafındakı qırışlar) əmələ gəlməsidir. Məhz fillerlərin peşəkarlıqla tətbiq olunması bu estetik çatışmazlıqları aradan qaldırmağa, dodaqların konturlarını bərpa etməyə, eləcə də onlara həcm verməyə gözəl imkanlar yaradır. Kontur plastikası vasitəsilə, həmçinin, dodaların asimmetriyasını aradan qaldırmaq mümkündür.

2.Almacıqların korreksiyası

İnsan yaşlaşdıqca almacıq nahiyəsindəki dəri də müəyyən dəyişikliklərə məruz qalır - qırışır və ya sallaqlaşır, nəticədə almacıqlar həcmini itirmiş olur. Almacıqların korreksiyası məqsədilə daha qatı fillerlərdən istifadə olunur. Bu cür doldurma uzunmüddətli effekt verir (bir ilə yaxın), almacıqların dərisini dartır, onlara gözəllik və təravət verir.

3.Göz-burun şırımı korreksiyası

Yaşlanma özünü göz-burun şırımında da göstərir. Burada baş verən neqativ dəri dəyişiklikləri gözlərin altında tünd rəngli həlqələrin əmələ gəlməsinə (bu da piy toxuması çatışmazlığı səbəbindən yaranır) səbəb olur. Göz-burun şırımı qırışları  burunun daxili küncündən başlayaraq, aşağı istiqamətdə uzanır. Dərinin belə forma alması üzə yorğun və qəmgin ifadə verir. Bir neçə il əvvəl bu problemin aradan qaldırmağın yeganə üsulu - blefaroplastika idi. Müasir kosmetologiya sayəsində bu estetik çatışmazlığı cərrahi üsulla deyil, gialuron turşusu əsasında filler doldurması vasitəsilə ilə korreksiya etmək imkanı var.

4.Burunun korreksiyası

Müasir kosmetologiya tədricən plastik cərrahiyyənin “ərazilərini zəbt etməyə” başlayıb. Bir neçə il əvvəl burun korreksiyasını yalnız cərrahi üsulla həyata keçirmək mümkün idisə, bu gün kosmetoloji vasitələr rinoplastikanı demək olar ki, tam əvəz edir. Düzdür, fillerlər vasitəsilə burun formalarında radikal dəyişikliklər etmək çətindir, lakin bir çox qüsurları aradan qaldırmaq mümkündür. Burunun kontur plastikası onun simmetriyasını bərpa etməyə, müəyyən batıqlıqları aradan götürməyə, burun ucunun formasını dəyişməyə və s. imkan yaradır. Burun - aktivliyi az olan orqandır, ona görə də preparat gec sorulur və uzun müddətli effektini itirmir. Burun korreksiyasında 2-3 prosedurdan sonra burun lazımi formanı alır və həmin formanı itirmir.

5.Qaş formalarının dəyişdirilməsi

Qaşların dərisi çox nazik və həssas olduğundan üzün digər nahiyələri ilə müqayisədə qocalmaya daha meyillidir. Qadınların əksəriyyəti bu problemlə üzləşir. Fillerlər və sapların köməyi ilə qaşların ətrafında yaranan qırışları asanlıqla aradan qaldırmaq mümküdür. Qaşların korreksiyasında müxtəlif qatılıqlı fillerlərdən istifadə olunur.   

6.Alnın kontur plastikası

Kontur plastikası alın nahiyəsinin də korreksiyasında geniş istifadə olunur. Lakin bu korreksiya metodunda təkcə fillerdən istifadə kifayət etmir. Mükəmməl və uzunmüddətli effekt almaq üçün gialuron və botulotoksin kombinasiyası tətbiq edilir. Dərin qırışları aradan qaldırmaq üçün sıxlığı çox olan gellərdən istifadə olunur. Prosedur 10-12 ay müddətində effektini itirmir.

7.Üz ovalının bərpası

Yaşlanma üzün ovalında da əhəmiyyətli izlər buraxır. Gialuron turşusundan istifadə etməklə üz ovalında yaranmış estetik çatışmazlıqları asanlıqla aradan qaldırmaq olar.Üz ovalının bərpası aşağıdakı nəticələri göstərir:

- Üz daha gənc görünür;
- Vizual olaraq, boyun daha uzun görünür;
- Yanaqların sallaqlığı aradan qalxır, yanaq öz formasını alır;
- Dərin burun-dodaq büküşləri hamarlanır;
- Yanaqların sallaqlığı aradan qalxır, almacıqlar lazımi formaya salınır;
- İkiqat buxaq korreksiya olunur;
- Üz dərisinin boşluğu aradan qalxır.

 Kontur plastikası vasitəsilə MD kodlarla üzün cavanlaşdırılması

Bəzən  düzgün texnika ilə icra olunmayan kontur plastikası orta üzün ön plana çıxması və xoşagəlməz görüntünün yaranması ilə nəticələnir. Bu zaman MD kodların hesbına üzün düzgün praporsiyalarla korreksiyasi həyata keçirilir.  Nəticədə çökmüş gicgah, həcmini itirmiş və önə gəlmiş yanaq, gözaltı çuxurlar, burun-dodaq şırımı və üz ovalı öz düzgün formasını alır. Ən önəmlisi isə üzün öz əvvəlki, yaşlanmamış formasına qayıtmasıdır. Kontur plastikası vasitəsilə nəticələr qısa zamanda əldə olunur, bununla belə, uzun müddət effektini itirmir. Bu qeyri-cərrahi və maddi cəhətdən əlçatan korreksiya metodu hər bir qadının ürəyincə olacaq.

Gözəlliyinizi əminliklə kontur plastikasına etibar edə bilərsiniz.

Daim gözəl qalmağınızı arzulayıram!