Uşaqlarda boy geriliyi
 hekimtap.az

Uşaqlarda boy geriliyi

6189
Автор: Nabat Ağayeva

Опубликовано: 07.11.2017
/papers/1268?locale=ru

Boy inkişafı genetik, hormonal, qida, mühit və s. faktorların qarşılıqlı təsiri nəticəsində baş verir. 2 yaşadək uşaqlarda boy inkişafı qidalanmadan asılıdır. 2 yaşdan sonra isə boyu hormonlar tənzim edir. Məktəb dövründə boy inkişafı erkən yaşlara nisbətən ləng və stabil olur. Cinsi inkişaf başladıqda isə boy sürəti artır. Boy inkişafını qiymətləndirmək üçün hər dəfə eyni boy ölçəndən istifadə etmək lazımdır. 2 yaşa qədər uşaqlar uzanıqlı vəziyyətdə, 2 yaşdan sonra isə ayaq üstdə ölçülməlidir.

Bəzi irsi xəstəliklər, hormonal çatışmazlıqlar, xroniki xəstəliklər, sümük xəstəlikləri, KİSTİK-FİBROZ və s. boy geriliyinə səbəb olur. Daimi stressdə olan, az yatan, gecə işıqlı otaqda yatan uşaqlarda da boy geriliyi ola bilər.

Boy gerilikləri əksər hallarda müalicə vasitəsilə aradan qaldırıla bilər. Vacib məsələ boy geriliyini vaxtında aşkarlamaq və düzgün müalicə etməkdir. Müalicə nə qədər tez başlarsa, o qədər effektli olar. Yaş artdıqca boy geriliyini aradan qaldırmaq olmur. Həkim təyinatı olmadan boyu uzatmaq üçün uşaqlara vitamin, kartan, kalsium və s. dərmanlar vermək olmaz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.