Vaxtından əvvəl klimaks və ya menopauza nədir? hekimtap.az

Vaxtından əvvəl klimaks və ya menopauza nədir?

3144
Author: Endokrinoloq Ilahə Əliyeva

Normal fizioloji proses olan klimaks və ya menopauza, eger 40 yaşdan tez başlayarsa vaxtından qabaq klimaks olaraq adlandırılır. 
 Səbəbləri: İrsi meyllik, genetik xəstəliklər, zərərli vərdişlər, siqaret, alkoqol və narkotik maddələrin istifadəsi, stress faktor, virus və bəzi infeksion xəstəliklər, autoimmun xəstəliklər, uşaq dünyaya gətirməyən qadınlar, histerektomiya, yumurtalıqlarda icra olunan əməliyyatlar, ginekoloji orqanların onkoloji xəstəliklərinə görə aparılan şüa və ya kimyəvi terapiya. Bəzən isə səbəbi bilinmir ki, bu da idiopatik vaxtından qabaq klimaks adlanır.

Simptomlar:
Psixoemosional sferada dəyişiklik, depressiya həyacan, təşviş, yuxusuzluq, əsəbilik, istigəlmələr,gecə tərləmələri, aybaşı pozğunluğu, cinsi istəyin azalması, ağrılı cinsi əlaqə 

Diaqnoz:
40 yaşdan daha erkən başlayan və 4 aydan çox davam edən menstrual pozğunluq, estrogen defisiti simptomları varsa mütləq müayinədən keçmək lazımdır. Diaqnozun dəqiqləşdirilməsində qanda FSH hormonun səviyyəsi ölçülür.
 Ağırlaşmaları: Osteoparoz (sümüklərin əriməsi), ürək-damar xəstəlikləri riskinin artması, koqnitiv funksiyanın zəifləməsi, sonsuzluq və s.

Müalicə:
Müalicə diaqnoz dəqiqləşdirildikdən sonra həkim tərfindən hər xəstəyə yanaşı xəstəlikləri də nəzərə alınaraq fərdi olaraq təyin olunur. Müalicədə məqsəd xəstənin həyat keyfiyyətini yüksəltməklə yanaşı həm də ağırlaşmaların qarşısını almaqdır.