Vaginoplastika
 hekimtap.az

Vaginoplastika

5790
Author: Plastik cərrah T.Ü.F.D. Elşən Nəsibov , Əlaqə: (+994) 55 212-88-34

Published: 17.03.2020
Elşən Nəsibov

Vaginoplastika Əməliyyatı Nədir?

Hər bir qadında vagina başqa-başqa uzunluqda və genişlikdə ola bilər. Vagina toxumasının özəllikləri və keyfiyyətindən asılı olaraq yığılma və genişlənmə xüsusiyyəti var. Bu xüsusiyyət hər bir qadının təbii doğuş edə bilməsi üçün normal bir haldır. Yenə doğuşlarla bağlı uşaqlıq yolu yan divarlarında çatlar, ya da dərinləşdikdə yırtıqlar ola bilir, vagina normadan çox artıq genişlənə bilir. Hansı ki, cinsi əlaqə zamanı vaginanın darlığı həm kişi, həm də qadınlar üçün çox önəmlidir. Normada qadınlar cinsi əlaqə zamanı vaginanın yan divar əzələlərini yığaraq vaginanı darlaşdıra bilərlər. Ancaq çox doğuşu olan qadınlarda bu əzələlər boşalır. Bir çox qadınlar bu əzələləri necə gücləndirməyi bilmirlər.

Vaginadakı genişlik kişilərdə cinsi yaşayış zamanı aldıqları həzzi azaldır. Vaginanın çox geniş olması zamanı içəriyə hava qaçaraq cinsi əlaqə zamanı qaz çıxarma tərzində səslər yarada bilir və bu da hər 2 tərəfə olduqca pis duyğular yaşadır. Qadınlar problemin nə olduğunu və nədən qaynaqlandığını bilmədiklərindən, ya da utandıqlarından dolayı hələ də həkimlərinə bu tip problemlərini söyləməyə çəkinirlər. İndiki çağlarda isə bu tip problemləri konservativ, ya da cərrahi müalicə ilə düzəldə bilirik. Elə bu məqsədlə vaginada aparılan əməliyyatlara Vaginoplastika deyilir.

Vaginoplastika əməliyyatı anatomik quruluşundan, öndə sidik kisəsi, arxada düz bağırsaq ilə qonşu olan ciddi bir zonada aparıldığına görə vaginal cərrahiyyədə böyük təcrübəsi olan ginekoloq cərrah tərəfindən aparılmalıdır. Bu səbəblə də genital estetika sahəsində yetərincə təcrübəsi olmayan həkimlər və özəlliklə də genital zonada profesionallığı olmayan plastik cərrahlar tərəfindən genital estetik əməliyyatlar aparılmamalıdır.

Əməliyyat ümumi anesteziya altında aparılır. Bu əməliyyatın müddəti əməliyyat olunacaq zonaya və görüləcək işlərə görə dəyişir. Vaginoplastika əməliyyatı başlıca olaraq 45 dəq-1,5 saat çəkir. Bu zaman sorulan saplardan istifadə edildiyinə görə postoperasion dövrdə sap sökülməsindən söhbət gedə bilməz. Xəstə haradasa 1,5-2 ay sonra cinsi həyatına qayıda bilir.

Qadınların vaginaplastika əməliyyatını seçməsinin səbəb

Əksər qadın vaginoplastika əməliyatını vaginada yaranmış anormal hissiyyat - “bollaşma” hissi səbəbi ilə istəyir. Qadınlar cinsi əlaqə zamanı azalan sürtünmə səbəb ilə daha az zövq aldıqlarını, daha çətin orqazmın yaranmasını bildirirlər. Vaginaplastika cinsi əlaqə zamanı sürtünməni artırır. Əməliyyat sanrası əlaqə zamanı hər iki cins dəyişikliyi hiss edir.

Vaginaplastika əməliyyatının riskləri haqqında

Hər bir cərrahi əməliyyatda olduğu kimi bu əməliyyat zamanı xəstədə qanaxma və infeksiya riski vardır. Qanaxma olarsa əməliyyat zamanı dayandırılır, infeksiya riski isə əməliyyat zamanı və sonrası təyin olunan antibiotiklə qarşısı alınır. Xəstədə normadan artıqda daralma ola bilər. Lakin normal keçən əməliyyat zamanı bu rast gəlinmir.

Vaginoplastika əməliyyatı vaginanın vəziyyətinə görə 1-1.5 saat davam edir.

Cərrahi əməliyyat həm yerli, həm də ümumi anesteziya ilə icra oluna bilir.

İlk 2 gün əməliyyat nahiyəsində yüngül ağrı və rahatsızlıq olur. Əməliyyatdan sonra xəstəyə antibiotik və ağrıkəsici təyin olunur (5 gün). Tikiş üçün istifadə olunan saplar sorulan olduğu üçün xəstə tikiş sökdürmür. Əksər xəstə bir gün xətəxanada qalır və iki gün sonra isə işinə qayıda bilir. Bəzi xəstələrdə isə bu 5 gün çəkir.

Əməliyyatdan sonrakı dövr

Əməliyyatdan sonra əməliyyat nahiyəsində agrı müşahidə olunmur. Əməliyyatdan sonra xəstəyə antibiotik (5 gün) və antiseptiklərlə yerli yuyunmalar təyin edilir. Ağrıkəsicilərin təyin olunmasına ehtiyac olmur. Tikiş üçün istifadə olunan saplar sorulan olduğu üçün bu tikişlər sökülmür.

Əməliyyatdan 4-6 həftə sonra cinsi əlaqənin olmasına icazə verilir.

Bu əməliyyatlar cütlüklərin cinsi münasibətinə necə təsir edir?

- Qadınlar özlərinə daha çox güvəndikləri üçün cinsi əlaqədədə aktiv olurlar. Əvəllər ayda bir dəfə cinsi əlaqə yaşayan cütlüklər əməliyyatdan sonra həftədə 1-2 dəfə münasibətdə olmağa başlayırlar. Vagionaplastika təkcə estetik görüntünü yaxşılaşdırmır, həm də cinsi həyata müsbət təsir edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az