Uşaqlarda skarlatina
Skarlatina – qızdırma, intoksikasiya, angina və çox miqdarda nöqtəvari səpgilərlə müşayiət olunan kəskin infeksion xəstəlikdir. Bu xəstəliyə daha çox 2-10 yaşlı uşaqlar tutulurlar.
Skarlatina törədicisi A qrupu steptokokklarıdır. Böyrək zədələnməsi (qlomerulunofrit), angina, xroniki tozillit, revmatizm və s. xəstəlikləri yaradan da bu bakteriyalardır. Skarlatinaya yoluxma orqanizmdə ona qarşı immunitet olmadıqda baş verir.
İnfeksiyanın mənbəyi skarlatina və ya angina xəstəsi, yaxud da stereptokokk daşıyıcısı olan “sağlam insandır”. İnkubasiya dövrü, adətən, 1-10 gün arasındadır.
İnfeksiya hava-damcı yolu ilə keçir (asqırdıqda,öskürdükdə və s. ). Bundan başqa, skarlatinaya qida məhsulları, ümumişlək qablar, paltarlar və s. yollarla yoluxmaq olar.
Selikli qişaya düşən streptokokk burun-boğazda iltihabi dəyişikliklər yaradır. Mikrob çoxlu miqdarda zəhərli eritrotoksin maddəsi ifraz edir və onlar qana düşərək eretrositləri sıradan çıxarır. Nəticədə bütün orqanizmin intoksikasiyası (zəhərlənməsi) baş verir.
Bunun sayəsində bütün orqanlarda, eləcə də selikli qişalarda kiçik damarlar genişlənir, bu da xarakterik səpgilər yaradır.
Eritroksin dərinin üst qatını – epidermisi sıradan çıxararaq, nahamarlıq yaradır.
Xəstəliyin birinci həftəsinin sonunda steptokokka qarşı immunitet yaranır.Antitellərin sintez və toplanması sayəsində yaranmış toksikoz azalmağa başlayır və səpgilər tədricən çəkilir.
Skarlatina kəskin formada başlayır – temperatur qəfil 39C-yədək qalxır, uşaq baş ağrısından, ürəkbulanma, halsızlıq və udqunan zaman möhkəm ağrıdan şikayətlənir. Birinci sutkanın sonu, ikinci sutkanın əvvəlində xırda, göynəmə verən səpgi yaranır və bir neçə saat ərzində demək olar ki, bütün bədəni örtür.
Skarlatinanın vacib əlamətlərindən biri – səpgilərin bir araya gəlməsi sayəsində yaranan tünd qırmızı zolaqların təbii qatlar nahiyəsində (qasıq qatlarında, dirsək qatlarında, qoltuqda) lokallaşmasıdır. Toxunduqda dərinin quru və kələ-kötür olması hiss olunur.
Xəstənin ağzına nəzər saldıqda al-qırmızı iltihablı qişa, damaqda irinləmə və dilin moruğu rəngdə olması qeydə alınır.
Bundan başqa, səpgilər yanaqlarda, daha az - alın və gicgah nahiyəsində yayılır. Lakin, səpgilər burun-dodaq üçbucağına sirayət etmir və həmin nahiyə avazımız rəng alır – bu, skarlatinanın daha bir xarakterik əlamətidir.
Skarlatinanı həkim təyin etdiyi antibiotiklərlə müalicə edirlər. Müalicə adətən 10-14 gün davam edir. Xəstəliyin ağır formalarında uşaq xəstəxanaya yerləşdirilə bilər.
Antibiotiklərdən başaqa, antihistamin preparatlar, kalsium qlükonat və vitaminlər təyin edilir. Yerli olaraq müxtəlif preparatlar və xalq təbabəti reseptləri ilə də müalicə aparılır.
Mövzu ilə bağlı video:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az