Uşaqlarda laringit (İnaq)
 hekimtap.az

Uşaqlarda laringit (İnaq)

27237
Author: Pediatr Xəyalə Nağıyeva

Published: 16.08.2018
HekimTap Pro

Uşaqlarda laringit nədir?

Uşaqlarda laringit – qırtlağın selikli qişasını və səs tellərini əhatə edən iltihabi prosesdir. Laringitə əsasən, erkən və məktəbəqədər yaş dövründə olan uşaqlarda rast gəlinir. Pediatriyada laringitə 2 yaşa qədər kəskin respirator xəstəlikli uşaqların 34%-də rast gəlinir.

Uşaqlarda laringit adətən, traxeit və bronxitlə yanaşı gedir. Laringit fonunda uşaqlarda yuxarı tənəffüs yollarnın kəskin obstruksiyası inkişaş edə bilər ki, bu da təxirəsalınmaz yardım tələb edir. Beləliklə, aydın olur ki, laringit heç də yngül xəstəlik deyil və valideynlər, pediatr, eləcə də uşaq otalarinqoloqlarından ciddi yanaşma tələb edir.

Uşaqlarda laringitin səbəbləri

Uşaqlarda laringitin inkişafı infeksion, allergik, konstitusional, psixo-emosional və digər faktorlarla əlaqədar ola bilər. Ədətən, uşaqlarda laringit virus təbiətli olur və qrip, sadə herpes, qızılca, adenovirus və başqaları tərəfindən törədilir.

Uşaqlarda bakteriya etiologiyalı laringitlərə daha az rast gəlinir, lakin onların gedişatı daha ağır olur. Belə hallarda törədici qismində b tip hemofil çöpü, stafilokokk, pnevmokokk, A qrup hemolitik streptokokk, Borde-Janqu çöpü və s. çıxış edir. Difterya əleyhinə vurulan peyvəndlərin syəsində difteriya laringitinə çox nadir hallarda rast gəlinir.

Uşaqlar laringitdən əsasən, soyuq aylarda əziyyət çəkirlər. Buna soyuqdəymə, burun tənəffüsünün pozulması, hipovitaminoz, immunitetin zəifləməsi, rinit, faringit, adenoidit, tonzillit səbəb ola bilər. Limfatiko-hipoplastik datezli uşaqlar laringitə daha meyillidirlər.

Uşaqlarda laringitin simptomları

Kəskin laringitin kliniki əlamətləri kəskin respirator virusa yoluxmadan 2-3 gün sonra inkişaf etməyə başlayır. Uşaq halsızlıqdan, qırtlaqda ağrıdan, boğazda qıcıqlanmadan şikayət edir. Hərarətin yüksəlməsi (37.5C-yədək), baş ağrısı, tənəffüsün itiləşməsi və çətinləşməsi qeydə alına bilər. Laringit zamanı uşağın səsi qəfildən dəyişir: zəifləyir və ya itir, xırıltılı olur – disfoniya və ya afoniya inkişaf edir. Quru, 3-4 gün sonra nəm öskürək müşahidə edilir, bəlğəm ayrılır. Uşaqlarda ağırlaşmamış kəskin laringit adətən, 5-10 gün davam edir.

Xroniki laringitə yuxarı yaşlı uşaqlarda rast gəlinir. Xarakterik xüsusiyyətləri keçici və ya dayanıqlı disfoniya, səs yüklənməsi zamanı halsızlıq, boğazda qıcıqlanma, reflektor öskürəkdir. Laringitin kəskinləşməsi zamanı bu əlamətlər güclənir.

Uşaqlarda laringitin diaqnostikası

Laringit diaqnozu qoymaq üçün anamnez göstəriciləri və kliniki mənzərə kifayətdir. Uşağın xüsusi otolarinqoloji müayinəsinə farinqoskopiya, rinoskopiya, otoskopiya, limfatik boyun düyünlərinin palpasiyası aiddir.  

Laringitin instrumental diaqnostikasında başlıca üsul larinqoskopiyadır. Bu zaman hiperemiya, şişkinlik, qırtlağın selikli qişasına petexial qansızmalar, səs fonasiyası zamanı səs büküşlərinin qalınlaşması və tam qapanıb-qapanmamsı müəyyənləşdirilir.

Uşaqlarda laringitin müalicəsi

Uşaqlarda laringitin terapiyası müalicəvi-qoruyucu tədbirlərdən – yataq rejimi, səs sakitliyi, temperatur komfortu, nəmliyin normallaşdırılmasından ibarətdir.

Bundan başqa pəhriz gözlənilməli, soyuq, isti sular, qıcıqlandırıcı qidalar, qazlı sular rasiondan çıxarılmalıdır.

Laringit zamanı ilıq qələvi mayelərin qəbulu, boyun nahiyəsinə sarğıların, isidici kompreslərin qoyulması, dərman inqalyasiyaları, xardal kağızlarının (qoriçnik) qoyulması yaxşı müalicəvi effekt verir.

Bundan başqa, uşaqlara fizioterapevtik prosedurlar (ultrasəs tezlikli terpiya, qırtlaq nahiyəsinə elektrofarez, mikrodalğa terapiyası, fonoforez və s.) təyin edilir.

Uşaqlarda laringitin medikamentoz müalicəsi virus əleyhinə və ya mikrob əleyhinə, bəlğəmgətirici və öskürək əleyhinə vasitələrlə həyata keçirilir.

Larngit zamanı yerli antiseptik təsirə malik preparatlardan da geniş istifadə olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az