Spinal Stenoz (Onurğa kanalı darlığı) hekimtap.az

Spinal Stenoz (Onurğa kanalı darlığı)

2931
Author: Uzman Dr. Vüqar Quliyev

Published: 15.03.2019
Vugar Guliyev

Onurğa kanalının stenozu (daralması)

Onurğa kanalının bel nahiyyəsinin daralması və sinirlərin sıxışması nəticəsində yaranan xəstəliyə “lomber spinal stenoz” və ya “lomber dar kanal” digər adıyla bel kanal darlığı deyilir. Onurğada kanalın daralması bel osteoxondrozunun irəliləməsinin nəticəsidir (və ya ağırlaşmasıdır).

Bel kanal darlığında xəstənin şikayəti

Bel dar kanalı olan xəstələrin şikayəti bel ağrısıyla birlikdə ayaqlarda keyləşmə, uyuşma, yanğı, göynəmə hissiyyatı və əzələ zəifliyi müşahidə olunur. Bu tipli xəstələr yürüyərkən, gəzərkən ayaqlarda uyuşuqluqlar və ağrı artır və nəticədə oturub dincəlməyə ehtiyac duyurlar.

Bel kanal darlığının diaqnozu

Dar kanal şikayətləri olan xəstə həkimə müraciət etdiyində öncəliklə xəstənin tam olaraq şikayəti dinlənilir, anamnez toplanılır, nevroloji müayinə edilir. Ardından həkimin istəyindən asılı olaraq rentgenoqrafiya (X-Ray), komputer tomoqrafiya (KT) və maqnit rezonans tomoqrafiya rezonans (MR) müayinələr istənilir.

Onurğada dar kanalın müalicəsi

Xəstəliyin başlanğıc mərhələsində konservativ müalicələr icra olunur. Konservativ müalicələr ilə onurğanın bel nahiyəsində olan dar kanal ancaq daha ağrısız və funksional olacaqdır. Konservativ müalicəyə dərman müalicəsi (steroid preparatlar) fizioterapevtik müalicə və müalicəvi idman növləri aid edilir.

Konservativ müalicələrə cavab verməyən xəstələr, sidik ifrazı və bağırsaq ifrazı funksiyalar pozulanlar, ayaqlarda ciddi uyuşuqluq, yandırma, göynətmə və s. hissi pozuntuları olanlar, əzələ gücü zəifliyi, yürümə məsafəsi azalan və həyat keyfiyyəti kəskin dərəcədə pozulan xəstələr cərrahi əməliyyata namizəddirlər.

Onurğa kanalı darlığında cərrahi əməliyyatın məqsədi kanal darlığını yaradan faktorun aradan qaldırılmasıdır. Bu tipli cərrahi müdaxiləyə oburğa cərrahiyyəsində “lomber dekompressiya” adı verilir. Onurğa beyninə və sinirlərə olan kompressiya ortadan qaldırılaraq ayaqlaralara gedən sinirlər azad edilir, bunun sayəsində geri dönüşü olmayan sinir zədələnmələrinin qarşısı alınmış olur.