REVMATOİD ARTRİT hekimtap.az

REVMATOİD ARTRİT

5713
Author: Revmatoloq-Osteopat Əli Əlizadə, Əlaqə: (+994) 50 367-41-47

Published: 24.06.2020
Ali Alizade

Revmatoid artrit – birləşdirici toxumanın naməlum mənşəli autoimmun xəstəliyidir. Xroniki eroziv artrit (sinovit) və daxili orqanların sistem zədələnməsi ilə müşayiət olunur.


Revmatoid artritin klassifikasiyası:

-
Seropozitiv revmatoid artrit;
-Seroneqativ revmatoid artrit;
-Revmatoid artritin xüsusi kliniki formaları;
-Felti sindromu;
-Böyüklərdə Still xəstəliyi.
-Ehtimal olunan revmatoid artrit.
 

Kliniki mərhələyə görə təsnifat:
-Çox erkən mərhələ: xəstəlik 6 aydan az müddətdir başlayıb;
-Erkən mərhələ: xəstəlik 6 ay – 1 il arası başlayıb;
-Simptomların aşkarlanma mərhələsi: xəstəlik 1 ildən çox başlayıb;
-Gecikmiş mərhələ: xəstəlik 2 ildən çox başlayıb + kiçik və iri oynaqların aydın destruksiyası (III—IV rentgenoloji mərhələ), ağırlaşmaların olması.

Xəstəliyin aktivlik dərəcəsinə görə təsnifatı: remissiya, aşağı, orta və yüksək dərəcəli aktivlikli növləri var.

Rentgenoloji mərhələyə görə təsnifat:  

I – oynaq ətrafı osteoporoz;
II – oynaq ətrafı osteoporoz + oynaq yarığının daralması, tək-tək eroziyalar ola bilər.                                                                                     III - əvvəlki mərhələnin əlamətləri + çoxsaylı eroziyalar + oynaqda yarımçıxıqlar;                                 
IV - əvvəlki mərhələnin əlamətləri + sümük ankilozu. 
                                                                               
Funksional siniflər:

I sinif – xəstə özünə qulluq etməyi bacarır, peşəsi üzrə fəaliyyət göstərir. 

II sinif - xəstə özünə qulluq etməyi bacarır, qeyri peşəsi üzrə fəaliyyət göstərir, öz peşəsi üzrə fəaliyyəti məhduddur. 

III sinif - xəstə özünə qulluq etməyi bacarır, peşəsi və qeyri-peşəsi üzrə fəaliyyəti məhdudlaşıb. 

IV sinif – xəstə özünə qulluq etməkdə çətinlik çəkir, peşəsi və qeyri-peşəsi üzrə fəaliyyəti məhdudlaşıb. 

 
Xəstəliyin əlamətləri: 

Əllərin kiçik oynaqlarında palpasiya və hərəkət zamanı ağrı, şişkinlik, səhərlər oynaqlarda hərəkət məhdudluğu, əlləri yumruq şəklində sıxmaqda çətinlik çəkmək, hərəkət zamanı ayaqlarda ağrı, tez yorulma, ümumi halsızlıq, çəkidə azalma, bədən temperaturunun yüksəlməsi, QSİƏ preparat qəbulundan sonra vəziyyətinin yaxşılaşması, revmatoid düyünlər, əllərdə “ulnar deviasiya” (adətən xəstəlik başlandıqdan 1-5 il sonra yaranır), proksimal falanqalararası oynaqların bükülməsi və ya  «qu quşu boynu» (proksimal falanqalararası oynaqlarda açılma), diz oynaqlarında: bükücü və valqus deformasiyalar, Beyker kisti, ayaqlarda: daraq-falanqa oynaqlarında yarımçıxıq, tibial deviasiya, baş barmağın deformasiyası, onurğa sütununun boyun şöbəsində: atlas-aksial oynaqda yarımçıxıq, onurğa beyninin və onurğa arteriyasının kompressiyası, bağ aparatı və sinovial qişada: mil-bilək oynağında və əldə tendosinovit, dirsək oynağında bursit müşahidə olunur.
 
Xəstəliyin oynaqdan kənar əlamətləri:

Kardiovaskulyar və ağır infeksion ağırlaşmalar xoşagəlməz proqnozlardandır.
-Konstitusional simptomlar: ümumi zəiflik, tez yorulma, arıqlama, subfebril temperatur.
-Ürək-damar sistemi: perikardit, vaskulit, erkən ateroskleroz.
-Ağ ciyərlər: plevrit, ağ ciyərlərin interstisial xəstəlikləri, ağ ciyərlərdə revmatoid düyünlər.
-Dəri: revmatoid düyünlər, dərinin qalınlaşması və hipotrofiyası, digital arteriit, dırnaq yatağında mikroinfarkt.
-Sinir sistemi: kompression neyropatiya, simmetrik sensor-motor neyropatiya, çoxsaylı mononevrit, boyun mieliti.
-Əzələlər: generalizə olunmuş amiotrofiya.
-Gözlər: quru keratokonyuktivit, episklerit, sklerit, torlu qişanın vaskuliti, periferik xoralı keratopatiya.
-Böyrəklər: amiloidoz, vaskulit, nefrit 

Xəstəliyin diaqnostikası:

Laborator müayinələr: qanın ümumi analizi, qanın biokimyəvi analizi, sidiyin ümumi analizi, qaraciyər fermentlərinin (ALT,AST) aktivliyi, kreatinin, ümumi zülal, qanda şəkər, C reaktiv zülal, RF, Anti CCP.
İnstrumental müayinələr: oynaqların rentgenoloji müayinəsi, oynaqların USM, EKQ, Exokardioqrafiya, Ağ ciyər rentgen.

Əlavə diaqnostik müayinələr:

Laborator müayinələr: nəcisdə gizli qanın təyini, bilirubin, xolesterin, cinsi yolla keçən infeksiyaların İFA (xlamidiya), hepatit B və C, Rayt-Hedelson reaksiyası,  QİÇS, qanda ikispirallı DNT qarşı antitel (dsDNA), antinuklear autoantitellərin təyini (ANA), qanda kalsiumun, qələvi fosfatazanın təyini, sinovial mayenin analizi.
İnstrumental müayinələr: çanaq sümüklərinin və digər sümüklərin rentgeni, EQDS, qarın boşluğu orqanlarının və böyrəklərin USM, densitometriya, sutkalıq proteinuriyanın təyini, arteriyaların ultrasəs dopleroqrafiyası, qalxanvari vəzin USM, sümük-oynaq sisteminin kompüter tomoqrafiyası.

Ağırlaşmalar:

-İkincili sistem amiloidoz.
-İkincili osteoartroz
-Osteoporoz
-Osteonekroz
-Tunel sindrom.
- Atlant-aksial oynaqda yarımçıxıq.
-Ateroskleroz
 
Xəstəliyin müalicəsi:

  • Medikamentoz müalicə;
  • FDT (fotodinamik terapiya);
  • Omeloterapiya;
  • Oynaqlarda fəsadların aradan qaldırılmasına yönəlik müalicə;
  • Xəstəliyi kəskinləşdirəcək faktorlardan uzaq olmaq (infeksiya, stress və s.);
  • Siqaret və alkoqol qəbulundan imtina;
  • Bədən çəkisinin artmasının qarşısını almaq;
  • Balanslaşdırılmış pəhriz: tərkibində doymamış yağ turşuları (balıq yağı, zeytun yağı və s.), meyvə və tərəvəz;
  • Müalicəvi bədən tərbiyəsi;
  • Ortopedik vasitələr (oynaqların tipik deformasiyalarının qarşısını almaq məqsədilə);
  • Yanaşı xəstəliklərin profilaktika və müalicəsi. 
  • Cərrahi müdaxilə

    © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
    https://hekimtap.az