Qalaktoreya hekimtap.az

Qalaktoreya

2494
Author: Onkoloq-mamoloq Rəna Abdullayeva

Published: 19.01.2020
Rena Abdullayeva

QALAKTOREYA NƏDİR?

Qalaktoreya gilədən görünüşünə, tərkibinə, konsistensiyasına görə südü xatırladan ifrazatın gəlməsidir. Qalaktoreya ayrılıqda xəstəlik deyil, bir neçə xəstəlikləri müşaiyət edən simptomdur.

QALAKTOREYANIN NÖVLƏRİ:

Patoloji qalaktoreya - laktasiya bitəndən ( 5 aydan tez olmamaq şərtilə) sonra gilədən südün gəlməsidir.
Fizioloji qalaktoreya - südün hamiləlik və əmizdirmə zamanı sekresiyasıdır.

PATOLOJİ QALAKTOREYANIN SƏBƏBLƏRİ:

1.Sistematik baş verən stress faktorları;
2.Bəzi preparatların qəbulu;
3.Hipotalamus, hipofiz, qalxanvari, böyrəküstü vəzilərin və yumurtalıqların hormonal pozğunluq yaradan patoloji prosesləri;
4.Palotoloji reflektor aktivlik – süd vəzilərin həddindən artıq qıcıqlanması;
5.Böyrək, qaraciyər çatmamazlığı;
6.Səbəbi bilinməyən( idiopatik);
7.Fiziki gərginlik.

QALAKTOREYANIN DİAQNOSTİKASI

1) Düzgün anamnez toplanması;
2) Baxış, süd vəzilərin palpasiyası, ifrazatın vizual olaraq qiymətləndirilməsi
(rəngi, qatılığı);
3) İfrazatın sitoloji müayinəsi;
4) Qan analizi;
5) Ultrases müayinesi, mammoqrafiya, duktoqrafiya;
6) Türk yəhərinin rentgenoqrafiyası, hipofizin MRT müayinəsi.

QALAKTOREYANIN MÜALİCƏSİ

1) Qalaktoreyanı yaradan səbəbləri aradan qaldırmaq.
2) Konservativ müalicə.