Plasentanın patologiyaları
 hekimtap.az

Plasentanın patologiyaları

7726
Author: Mehriban Cabbarova

Published: 08.12.2017
Mehriban Cabbarova

Göbək ciyəsinin döl qişalarına birləşməsi 0,5-0,8% hallarda rast gəlinən bir patalogiyadır (insertio funiculi umbilicalis velamentoza). Normalda göbək ciyəsi ciftlə birləşir, ancaq nadir halda döl qişalarına birləşə bilir. Bu halda göbək ciyəsi damarları müəyyən bir məsafədə cift toxumasından kənarda - su və xovlu qişalar arası keçir. Əgər damarların qişalar arası yerləşməsi uşaqlığın aşağı qütbündə yerləşərsə (vaza previa) onda su qişasının yırtılması zamanı damarların tamlığı pozula bilər və qanaxma baş verir. Döl qan itirmədən tələf olur. Bu patalogiyada hətta su qişası yırtıldıqda və tamlığı saxlanılsa belə 3-cü trimestrdə dölün öndə gələn hissəsinin Varton həlməşiyi ilə qorunmayan damarları sıxması ilə yaranan kəskin hipoksiyanın dölün asfiksiyasına səbəb olması ilə dölün bətndaxili ölümü baş verir 90% hallarda. 60-70% bu patalogiyada dölün bətndaxili inkişaf ləngiməsinə rast gəlinir. Dünya çapında bu patalogiyanın aşkarlanmasında hamiləliyi 35 həftə hestasiya müddətində abdominal doğuşla başa çatdırmaq məsləhət görülür (Diri doğulma əsas götürülərək) ancaq praktikada 39-40 həftədə belə diri doğulma halının bu patalogiyada rast gəlinməsi qeyd olunur (Əlbəttə bu praktik həkimlərin subyektiv fikirləridir).

Vaza previa 2 tipdə olur:
1) VP - 1 tip uşaqlıq boynunun daxili dəlik səviyyəsində Varton həlməşiyi ilə qorunmayan açıq damarların yerləşməsi (mənim pasiyentimdə rast gəlinən tip)
2) VP - 2 tip daxili dəlik səviyyəsində plasentanın əlavə paycığı ilə körpü təşkil edən açıq damarlar.

Bu patalogiya hamiləlikdə rəngli doppler müayinəsində 20 həftədən sonra tam dəqiq aşkarlanır. Yalnız doğuşda əgər dölyanı maye axmayıbsa, hamilədə uşaqlıq boynunda açıqlıq varsa, daxili müayinədə Cor tonlara bənzər pulsasiyanın hiss olunduğu qalın konsistensiyada damarlar əllənə bilər. Bu hal həkimi ehtiyatlandırmalıdır!

İyirmi üç illik təcrüəmdə 31 yaşlı hamilə qadın (anamnezində 9 il 1-li sonsuzluq ) spontan baş vermiş hamiləliklə mənə müraciət etdi, hamiləliyin 26-cı həftəsində rəngli doppler müayinəsində hamilədə Vaza Previa (insertio funiculi umbilicalis velamentoza) aşkarlandı. Hamilə qadının hamiləliyinin Ktq, Usm müayinələri nəzarəti ilə 36 həftə + 3 gün hestasiya dövrünə çatdırıb, hamiləliyini kesar kəsiyi ilə çəkisi 2400, boyu 48 sm diri kişi cinsində uşağın doğulması ilə başa çatdırdım.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Əməliyyatdan sonra çəkilmiş foto: