Piqmentasiya hekimtap.az

Piqmentasiya

3493
Author: Dr. Dermatoloq - Kosmetoloq Vüsalə Aşirova (Dr. OFF Tibb Mərkəzi)

Published: 16.10.2019
Dr. OFF Tibb Mərkəzi

Piqmentasiya - dəridə melanin piqmentinin düzgün istehsalı və paylanması nəticəsində əmələ gələn dəri tonunun tündləşməsidir. Pqment ləkələrin dəridə əmələ gəlməsinin əsas səbəbı dəri hüceyrələrinin melanin pigmentinin geyri düzgün və əvvəlkindən daha çox istehsalı nəticəsidir. Piqmentasiyanın özü zərərli deyil, lakin bir çox kompleks yaradır.

 

Əsas səbəblər:

- Genetik meyillik.
- Həddindən artıq UB - şualları dəri hüceyrələrini qıcıqlandırılması və nəticəsində melanin daha çox istehsalı. ⠀
- Dəri zədələri ( yanıqlar, sızanaqlar və s.) ⠀⠀
- Hormonal dəyişikliklər. ⠀⠀
- Dəri yaşlandıqca dəri daha incə olur və bəzi hissələrində melanosit hüceyrələri yaranır
- Bəzi dərmanların qəbulu
- Daxili orqanların xəstəlikləri (qaraciyər, öd kisəsi, böyrəklər və mədə-bağırsaq traktınında olan xəstəliklər və s.)
- Stress
- Bəzi vitaminlərin defisiti

Hiperpiqmentasiya ilə mübarizə:

1. Pilinqlər
Fərqli ləkələri aradan qaldırmaq üçün səthi və orta pilinqlərdən istifadə etmək olur və nəticədə "köhnə" piqmentli hüceyrələr dəri üzərindən təmizlənir.
2. Mezoterapiya .
Bu üsul, dərinin daha dərin qatlarına dərman vurmağa imkan verir, tərkibində tirozinaza fermentinin inhibitorları olan koktellər vurulur ( vitamin C, multivitamin kompleksləri, plasenta ekstraktı, emoksipin və s. dərmanlar) .
3. Biorevitalizasiya Birlikdə dəriyə hialuron turşusu və ağardıcı komponentləri vurmağa imkan verir.
4.Lazerlə müalicə
5. Ağardıcı kremlər və maskalar. Sadəcə baxım məhsullarının ancaq yüngül piqment üçün müalicə olaraq istifadə etmək olar və ya kompleks müalicədə.

Unutmayın, problem içəridən gəlirsə, yalnız xarici prosedurlar
kifayət deyil.