Osteoartroz
Osteoartroz-dayaq hərəkət sisteminin ən çox rast gəlinən xəstəliyidir. Osteoartroz-xroniki proqressivləşən oynaq qığırdağanın dağılması ilə müşahidə olunan xəstəlikdir. Osteoartrozda həmçinin oynağın digər komponentləri də (subxondral sümük,sinovial qişa, bağlar, oynaq
kapsulu,periartikulyar əzələlər) zədələnir. Osteoartroz-pasientlər arasında daha çox duzlaşma kimi
tanınır.
Osteoporozun növləri-Artroz 1-cili və 2-cili olur. Ümumən desək artroz dedikdə onurğanın faset
oynaqlarından tutmuş barmaq falanqaarası oynaqlarınında bu xəstəliyə məruz qalması mümkündür. (tək
bud-çanaq və diz oynağı deyil)
1-cili Artroz idiopatikdir, konkret hər hansı bir səbəb tapmaq olmur.
1.Lokal olur
2.Diz oynağı
3.Bud-çanaq oynağı
4.Onurğada faset oynaqları
5.Generalizə olunmuş (3 və daha çox oynaq eyni zamanda prosesə cəlb olunur)
6.Bilək oynaqları, bir də 1ci əl barmaq əsas falanqa-bilək oynağı bunlara atipik formada deyilir ki 2cili
artrozdan bununla fərqlənir. (sonuncuda istənilən oynaq zədələnə bilər)
2 -cili Artroz xarici və daxili faktorların təsirindən baş verir.
Daxili faktorlara-yaş, cins (qadın), skeletin inkişaf defekti irsi meyllilik.
Xarici faktorlara-travma, artıq çəki,profisional idmanda hədsiz yüklənmələr.
Osteoartrozun səbəbləri
1.Travma
2.Bud-çanaq oynağının anadangəlmə displaziyası
3.Yastı pəncəlilik, onurğa problemləri
4.Metobolik pozulmalar
5.Endokrin pozulmalar
6.Revmatik iltihabi xəstəliklər
Osteoartrozun Simptomları - Oynaqda ağrı, hərəkət məhdudluğu,oynaq daxili xırçıltı. Ağrı adətən fiziki gərginlik zamanı yəni oturaq vəziyyətdən qalxdıqda, gəzəndə, qaçanda, pilləkənləri qalxıb-enəndə yaranır və sakitlik dövründə keçib gedir. Oynaqda deformasiya artdıqca oynaqda ankiloz(hərəkətsizlik) yaranır.
Osteoartrizun diaqnostikası
-MRT
-Rentgenoqrafiya
-Laborator müayinələr
Osteoartrozun müalicəsi
-Homeosiniatriya
-Osteopatiya
-Fizioterapiya
-Reablitasiya
-PRP(plazma)
-Proloterapiya
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az