Nevrologiya hekimtap.az

Nevrologiya

23215
Author: Nevroloq Jalə Qarayeva , Əlaqə: 050 363-10-02

Published: 26.10.2017
Jale Qarayeva

Nevrologiya nədir?

Nevrologiya tibbin  sinir sistemi xəstəlikləri ilə məşğul bir sahəsidir. Nevrologiya mərkəzi və periferik sinir sisteminin bütün kateqoriyaları, xəstəlikləri  ( onun alt bölümləri, avtonom sinir sistemi və somatik sinir sistem); onun qişaları, qan damarları və bütün toxumaları da daxil olmaqla məşğuldur. Nevroloji təcrübə daha çox sinir sistemini elmi cəhətdən öyrənən nevrologiya elminə əsaslanır. Nevrologiya termini iki sözün kombinasiyasından, birləşməsindən - “neuron” sinir hüceyrəsi, “logia” örənirəm mənalarından- əmələ gəlmişdir.

Beyində təxminən 100 billion neyronlar vardır, onlar öz impulslarını yaratmaq və qonşu hüceyrələrdən impulsları qəbul etmək və ötürmək qabilliyyətlərinə malikdirlər. Nevrologiya aşağıdakıları öyrənir:
 - Mərkəzi sinir sistemi, periferik sinir sistemi, avtonom sinir sistemi
 - Sinir sisteminin struktur və funksional xəstəlikləri, doğuş defektlərindən tutmuş Parkinson və ya Alzaymır kimi degenerativ xəstəliklərə kimi sadalamaq olar.

Nevrologiya həmçinin görüntüləmə və elektrik impulslarının öyrənilməsini də özündə cəmləyir. Məsələn, görüntüləmənin öyrənilməsi KT (komputer tomoqrafiyası) və MRT (maqnit-rezonans tomoqrafiyası) şəkillərinin görüntülənməsində istifadə edilir. EEQ ( elektroensefaloqramma) beynin elektrik fəallığını öyrənərək epilepsiya xəstəliyinin diaqnostikasında əhəmiyyətli rol oynayır. Eyni zamanda nevroloq beyin onurğa beyni mayesini sinir sisteminin infeksion xəstəliklərinin  diaqnostikasında istifadə edə bilər.

Nevroloq -nevrologiya üzrə ixtisaslaşmış , nevroloji xəstəliklərin diaqnozu və müalicəsi və ya kəşfləri ilə  treninq keçmiş  həkimdir. Nevroloq klinik araşdırmalara, klinik təcrübələrə və  əsas və   ya translasional tədqiqatlara da cəlb edilə bilər.Nevrologiya qeyri cərrahi ixtisasdır, onun cərrahiyyə ixtisasına neyrocərrahiyə uyğundur.

19-cu əsrdə ruhi xəstəliklər (psixiyatrik xəstəliklər) nevroloji xəstəliklər  ilə birgə ələ alınırdısa, 20-ci əsrdən etibarən psixiyatriya ayrıca bir qol olaraq ayrılmışdır.

Nevroloq ilə nevropatoloq arasındakı fərq?

Nevrolpatologiya sinir sistemi toxuması xəstəlikləri, adətən kiçik cərrahi biopsiyadan tutmüş bütov autopsiya materiallarının öyrənilməsi də daxil məşğuldur. Nevropatologiya anotomik patologiya, nevrologiya və neyrocərrahiyənin alt ixtisas qrupuna aiddir. Bu neyropatiya ilə qarışdırılmamalıdır. Neyropatiya periferik sinirlərin zədələnməsi ilə gedən xəstəliklərə deyilir.

Nevropatoloq xəstəliklərin diaqnozunu araşdırmaq məqsədi ilə baş və onurğa beynindən götürülmüş biopsiya toxumasını ətraflı müayinə edir. Biopsiya adətən radioloji müayinə zamanı aşkar edilmiş kütlə zamanı tələb edilir. Nevropatoloun işi  eləcə də  demensiyanın bir çox formalarının və sinir sistemini zədələyən digər halların ölümdən sonra (post-mortem) diaqnozunun dəqiqləşdirilməsinə də kömək edir.

Burdan aydın olur ki ölkəmizdə insanlar tərəfindən  əvvəllər geniş tendensiya almış  “nevropatoloq” termini doğru ifadə deyil.  Doğrusu “nevroloq”-dur. Nevroloq- nevroloji  xəstəlikləri olan pasiyentlərin müayinə, diaqnostikası və müalicəsi ilə məşğul olur, nevropatoloq isə baş və onurğa beynindən alınmış biopsiya və ya autopsiya materiallarını öyrənərək nevroloji xəstəliklərin diaqnozunun araşdırılması və öyrənilməsi ilə məşğuldur.

Nevrologiyanın əhatə dairəsi

Siyahıda çoxlu nevroloji xəstəliklər qeyd edilib. Bunlara mərkəzi sinir sistemi (baş və onurğa beyni), periferik sinir sistemi, avtonom sinir sistemi və əzələ sistemi zədələnməsi ilə gedən xəstəliklər aiddir.

Nevroloji simptom, sindromların və xəstəliklərin siyahısı:
A
 - Abuliya
 - Aqrafiya
 - Alkoholizm
 - Aleksiya
 - Allan-Herndon-Dudley sindromu
 - Alernativ hemiplegiya (uşaqlarda)
 - Alzaymer xəstəliyi
 - Amaurosis fugax
 - Amneziya
 - Amiotrofik lateral skleroz
 - Anevrizm
 - Angelman sindromu
 - Anozoqnoziya
 - Afaziya
 - Apraksiya
 - Araxnoidit
 - Arnold-Chiari malformasiyası
 - Asomatoqnoziya
 - Asperger sindromu
 - Ataksiya
 - ATR-16 sindromu
 - Autizm
 - Ailəvi spastik iflic

B
 - Behçet xəstəliyi
 - Bipolar xəstəlik
 - Bella iflici
 - Braxial kök zədələnməsi
 - Beyin zədələnməsi
 - Beyin şişi
 - Boş türk yəhəri sindromu
-  Bel ağrısı
- Boyun ağrısı

C
 - Canavan xəstəliyi
 - Capgras delusion
 - Carpal tunnel sindromu
 - Chiari malformasiyası
 - Coffin-Lowry sindromu

D
 - Dandy-Üalker sindromu
 - Daüson xəstəliyi
 - Dağınıq skleroz
 - De Morsier sindromu
 - Dejerin-Klumpke iflici
 - Dejerin-Sottas xəstəliyi
 - Degenerativ disk xəstəlikləri
 - Demensiya
 - Dermatomiozis
 - Diabetik neyropatiya
 - Diffuz skleroz
 - Diplopiya
 - Distal irsi hərəki neyropatiya tip5
 - Distal spinal əzələ atrofiyası tip1
 - Distal spinal əzələ atrofiyası tip2
 - Disk yırtığı
 - Disk qabarması
 - Down sindromu
 - Dravet sindromu
 - Duşenin əzələ distrofiyasıDizartriya
 - Dizavtonomiya
 - Dizkalkuliya
 - Dizfaqiya
 - Dizqrafiya
 - Diskineziya
 - Dizleksiya
 - Distoniya

E
 - Ensefalit
 - Ensefalosele
 - Ensefalotrigeminal angiomatozis
 - Enurez
 - Epilepsiya
 - Erb iflici
 - Eritromelalqiya
 - Essensial tremor

F
 - 
Fabri xəstəliyi
 - Fahr sindromu
 - Febril qıcolmalar
 - Fişer sindromu
 - Fridreyx sindromu
 - Fetal alkohol sindromu
 - Fəqərəarası disk yırtığı
 - Fragile X sindromu
 - Fragile X ilə əlaqəli tremor/ ataksiya sindromu
 - Funksional nevroloji xəstəlik
 - Fantom ağrı

G
 - 
Generelizə epilepsiya febril qıcolmalar
 - Gerstman sindromu
 - Giant cell arteritis
 - Globoid hüceyrə leykodistrofiyası
 - Guillain Barre sindromu
 - Generelizə panik xəstəlik

H
 - HTLV-1 əlaqəli mielopatiya
 - Hallervorden-Spatz sindromu
 - Hemifasial spazm
 - Herpes Zoster oticus
 - Holmes Adie sindromu
 - Holoprosensefaliya
 - Hantington xəstəliyi
 - Hidrosefaliya
 - Hidrosefalus
 - Hipoksiya
 - Hipofiz şişləri

İ
 - İrsi motor neyropatiyalar
 - İrsi spastik paraplegiya
 - İrsi miotoniya
 - İncontinentia pigmeti
 - İnfantil spazm
 - İltihabi mielopatiya
 - İntrakranial kista
 - İntrakranial hipertenziya
 - İnsult

J
 - Joubert sindromu

K
 - Kakain sindromu
 - Koma
 - Kompleks regional ağrı sindromu
 - Kəkələmə
 - Kompreeion neyropatiya
 - Kortikobazal degenerasiya
 - Kranial arteriit
 - Kraniostenozis
 - Kreçfeldt-Yakob xəstəliyi
 - Kumuliativ travma xəstəlikləri
 - Kuşinq sindromu
 - Karak sindromu
 - Kearns-Sayre sindromu
 - Kinsbourne sindromu
 - Kleine-Levin sindromu
 - Klippel Feil sindromu
 - Krabbe xəstəliyi
 - Kufor -Rakeb sindromu
 - Kugelberg–Welander disease
 - Köndələn mielit

L
 - Lafora xəstəliyi
 - Lambert Eaton miastenik sindrom
 - Landau Kleffner sindrom
 - Lateral medullar sindrom (Wallenberg)
 - Leigh xəstəliyi
 - Lennox-Gastaut sindromu
 - Leykodistrofiya
 - Leykoensefalopatiya, ağ maddənin silinməsi ilə
 - Lewy cismi demensiyası
 - Lizensefaliya
 - Locked-in sindromu
 - Lou Gehrig xəstəliyi
 - Lumbar disk xəstəliyi
 - Lumbar spinal stenoz
 - Lupus eritematozis
 - Laym xəstəliyi

M
 - Makrosefaliya
 - Makropsiya
 - Meqaloensefalik leykoensefalopatiya, subkortikal kistalar ilə
 - Melkersson- Rosenthal sindromu
 - Menyer xəstəliyi
 - Meningit
 - Menkes xəstəliyi
 - Metaxromatik leykodistrofiya
 - Mikrosefaliya
 - Mikropsiya
 - Miqren
 - Miqren botoksu
 - Miller Fişer sindromu
 - Mini insult (keçici tranzitor həmlə)
 - Mitoxondrial miopatiya
 - Mobius sindromu
 - Motor neyron xəstəliyi
 - Moyamoya xəstəliyi
 - Mukopolisaxaridozis
 - Multi infarkt demensiya
 - Multifokal mtor neyropatiya
 - Mialgik ensefalomielit
 - Miasteniya gravis
 - Mielinoklastik diffuz skleroz
 - Mioklonus
 - Miopatiya
 - Miotubulyar miopatiya

N
 - Narkolepsiya
 - Neyro-Behçet xəstəliyi
 - Neyrofibromatozis
 - Neyromiotoniya
 - Neyronal seroid lipofussinoz
 - Neyropatiya
 - Nevroz
 - Niemann-Pick  xəstəliyi
 - Narahat ayaqlar sindromu

O
 - Oksipital nevralgiya
 - Ohtahara sindromu
 - Olivopontoserebellar atrofiya
 - Opsoklonus mioklonus sindromu
 - Optik nevrit
 - Ortostatik hipotenziya
 - Otoskleroz

P
 - Palinopsiya
 - Paresteziya
 - Parkinson xəstəliyi
 - Paraneoplastik xəstəlik
 - Paroksizmal həmlələr
 - Parry-Romberg sindromu
 - Periodik iflic
 - Periferik neyropatiya
 - Pik xəstəliyi
 - Polineyropatiya
 - Polimikrogiriya
 - Polimiozit
 - Porensefaliya
 - Post-polio sindromu
 - Postherpetik nevralgiya
 - Postural hipotenziya
 - Prader-Willi sindromu
 - Prion xəstəliyi
 - Proqressiv hemifasial atrofiya
 - Proqressiv multifokal leykoensefalopatiya
 - Proqressiv supranuklear iflic
 - Protruziya
 - Prozopaqnoziya
 - Psevdotumor serebri

R
 - Refsum xəstəliyi
 - Retrovirusla əlaqəli miopatiya
 - Rett sindromu
 - Reye sindromu
 - Romberq sindromu
 - Radikulopatiya
 - Ramsey Hant sindromu tip1
 - Ramsey Hant sindromu tip2
 - Rassmusen ensefaliti

S
 - Sefalik xəstəliklər
 - Serebral anevrizm
 - Serebral ateroskleroz
 - Serebral atrofiya
 - Serebral autosomaldominant arteriopatiya, subkotrikal infarktlar və leykoensefalopatiya ilə
 - Serebral dizgeneziya-neyropatiya-ixtiozis-keratoderma sindromu
 - Serebral gigantizm
 - Serebral iflic
 - Serebral vaskulit
 - Servikal spinal stenoz
 - Septo-optik displaziya
 - Spastik sindrom
 - Spina bifida
 - Spinal və bulbar əzələ atrofiyası
 - Spinal zədələnmə
 - Spinal şişlər
 - Spinal əzələ atrofiyası
 - Spinoserabellar ataksiya
 - Sturge Weber sindromu
 - Subkortikal aterosklerotik ensefalopatiya
 - Sinkop
 - Sinesteziya
 - Sirinqomieliya

Ş
 - Şilder xəstəliyi
 - Şizensefaliya
 - Şeqren sindromu

T
 - Tarzal tunel sindromu
 - Tardiv diskineziyası
 - Tardiv disfreniyası
 - Tarlov kistası
 - Tay-Saks xəstəliyi
 - Travmatik beyin zədələnməsi
 - Temporal arteriit
 - Temporal lobe epilepsiyası
 - Tetanus
 - Tethered spinal sindrom
 - Tomson xəstəliyi
 - Tic Douloureux
 - Todd iflici
 - Tourette sindromu
 - Toksik ensefalopatiya
 - Tranzitor işemik həmlə
 - Tremor
 - Trigeminal nevralgiya
 - Tropikal spastik paraparez
 - Tuberoz skleroz

U
 - Unverricht-Lundborg xəstəliyi

V
 - Vestibulyar Şvanomma
 - Von Hippel-Lindau sindromu
 - Vallenberq sindromu
 - Vest sindromu
 - Vilson xəstəliyi

Y
 - Yeni doğulmuşların mioklonik ensefalopatiyası
 - Yuxu apnoe
 - Yuxu xəstəliyi
 - Yarımkəskin sklerozlaşan panensefalit

Z
 - Zelberq sindromu

Treninq

Bir çox nevroloqlar əlavə treninqlər keçirlər və ya nevrologiyanın hər hansı bir sahəsinə, məsələn, insult, epilepsiya, sinir-əzələ xəstəlikləri, yuxu xəstəlikləri, ağrı müalicəsi və ya hərəkət pozğunluğu xəstəliklərinə maraq göstərirlər. Bəzi nevroloqlar nevrologiyanın xüsusi bir sahəsi üzərə əlavə altixtisas kursu keçirlər, bu treninq proqramları “fellowships” adlanır və 1-2 il müddətində olur. Alt ixtisas qruplarına daxildir; kəllə-beyin travması, kliniki neyrofiziologiya, epilepsiya, polliativ tibb, nevroloji inkişaf anomaliyaları, sinir-əzələ xəstəlikləri, ağrı tibbi, yuxu tibbi, beyin- qan dövranı xəstəlikləri (insult), davranış pozğunluqları, uşaq nevrologiyası, başağrılar, dağınıq skleroz, neyro-görüntüləmə, neyroreabilitasiya və invaziv nevrologiya.

Fiziki müayinə

Nevroloji müayinə ərzində nevroloq pasiyentin şikayətlərinə uyğun olaraq diqqətlə sağlamlıq hekayəsi, anamnez toplayır. Sonra pasiyent nevroloji müayinədən keçir. Adətən, mental status, kəllə beyin sinirləri (görmə də daxil), əzələ gücü,  koordinasiya, reflekslər və hissiyat sistemi yoxlanılır. Bu məlumatlar nevroloqa sinir sistemində olan problemi və onun lokalizasiyasını aşkar etməyə kömək edir. Patoloji prosesin lokalizasiyasının aşarı nevroloqun etdiyi differensial diaqnostikadır. Diaqnozu təsdiqləmək üçün növbəti müayinələr tələb oluna bilər, bütün bunlardan sonra müalicə prinsipləri haqqında düşünülür.

Klinik təcrübə

Nevroloqlar onlara müraciət edən və ya hər hansı digər ixtisas həkimlərinin onlara istiqamətləndirdikləri istər ambulator, istərsə də stasionar  xəstələri müayinə edirlər. Nevroloq, xəstə ilə əlaqəyə ilkin olaraq ondan ətraflı anamnez toplamaqla başlayacaq, sonra isə nevroloji statusa yönəlik fizikal müayinəyə keçəcək. Nevroloji müayinəyə xəstənin ali beyin funksiyaları, kəllə-beyin sinir5ləri, əzələ gücü, hissiyat sistemi, refleksləri, koordinasiyası və müvazinəti aiddir. Bir neçə hallarda nevroloq nevroloji müayinənin nəticəsindən asılı olaraq əlavə müayinələr tələb edə bilər. Nevrologiyada ən çox istifadə edilən müayinələrə KT (komputer tomoqrafiyası), MRT (maqnit-rezonans tomoqrafiyası), baş və boyun damarlarının ulturasəs müayinəsi aiddir. Neyrofizioloji müayinələrdən EEQ (elektroensefaloqrafiya), EMQ (elektromioqrafiya), sinir keçiriciliyi müayinəsi (NCS) sadalamaq olar. Nevroloqlar tez-tez beyin onurğa beyni mayesinin xarakteristikasını öyrənmək üçün lumbar punksiya icra edirlər. Genetik analizlərdən edilən nailiyyətlər irsi sinir-əzələ xəstəliklərinin klasifikasiyasında və bir çox neyrogenetik xəstəliklərin diaqnostikasında mühüm rol oynayır.

Nevrologiya - Hekim Tap

Nevroloqlar tətəfindən ən çox  müalicə edilən hallara başağrıları, radikulopatiyalar, neyropatiyalar, insultlar, demensiya, qıcolma və epilepsiya, Alzaymer xəstəliyi, diqqət əksikliyi/ hiperaktivlik sindromu, Parkinson xəstəliyi, Turett sindromu, dağınıq skleroz, kəllə travmaları, yuxu xəstəlikləri, sinir-əzələ xəstəlikləri, vəsinir sisteminin  müxtəlif infeksion və şiş xəstəlikləri addir.

Müalicə seçimi nevroloji problemdən asılı olaraq dəyişir. Bura fizioterapiyadan  tutmuş, dərman resepti yazmağa və cərrahi müdaxiləyə qədər hərşey daxildir.

Bəzi nevroloqlar sinir sisteminin müəyyən hissələri üzrə və ya xüsusi prosedurlar üzrə ixtusaslaşırlar. Məsələn, klinik neyrofizioloqlar EEQ istifadəsi üzrə ixtisaslaşırlar. Didər nevroloqlar isə elektrodiaqnostik müayinə - iynəli EMQ və sinir keçiriciliyi müayinəsi üzrə ixtisaslaşırlar.

Klinik neyrofiziologiyaya yanaşma

Bəzi ölkələrdə, məsələn, ABŞ və Almaniya kimi ölkələrdə  klinik neyrofiziologiya üzrə alt ixtisas qrupları formalaşıb və bu sahə EEQ və ya elektrodiaqnostik sinir keçiriciliyi müayinəsi, EMQ ilə məşğuldur.

Psixiyatriya ilə uzlaşma

Baxmayaraq ki, ruhi xəstəliklərin sinir sisteminin  bir çox nevroloji xəstəlikləri səbəbindən yarandığına inanılır, adətən bunlar ayrı-ayrı klasifikasiya olunur və psixiyatrlar tərəfindən müalicə edilirlər.

Nevroloji xəstəliklər çox vaxt psixiyatrik təzahürlərlə müşayiət edilir, insultdan sonra  depressiya halları, Parkinson xəstəliyi ilə əlaqəli depressiya və demensiya, Alzaymer xəstəliyi və Hantinqton xəstəliyi zamanı ruhi və ali beyin funksiyaların pozulması kimi halları bura aid etmək olar. buna görə bioloji olaraq nevrologiya və psixatriya arasında kəskin sərhəd yoxdur.

Tarixi

Bəşəriyyətə sinir sistemi xəstəlikləri əsrlərdən bəri məlumdur. Məsələn, Parkinson xəstəliyi 1817-ci ildə  “silkələnən ifliç” (shaking palsy) kimi təsvir edilib. Yalnız 20-ci əsrin sonlarında dofamin transmitterinin çatmamazlığı  parkinson xəstəliyinin səbəbi və xəstəliyin əlamətləri tremor (əsmə) və əzələ rigidliyi kimi təsvir edildi.  Alzaymer  xəstəliyi ilk dəfə 1906-cı ildə kəşv edildi. 16-cı və 19-cu əsrlərin ortalarında Thomas Willis, Robert Whytt, Matthew Baillie, Charles Bell, Moritz Heinrich Romberg, Duchenne de Boulogne, William A. Hammond, Jean-Martin Charcot və John Hughlings Jackson kimi bir çox nevroloqların işləri və tədqiqatları ilə elmi təcrübə başlandı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.