Kişilərdə sidik ifrazı problemi
Müxtəlif tip sidik ifrazı problemi hətta çox gənc kişiləri belə tez-tez narahat edir. Kişilərdə sidik ifrazının çətinləşməsi (stranquriya) daha çox sidik-cinsiyyət sistemindəki patologiyalar fonunda yaranır. Bu çətinliklər özünü müxtəlif cür büruzə verə bilər: sidiyin zəif, ara verə-verə və ya haçalanmış şırnaqla ifraz olunması, tez-tez sidiyə getmə, sidik ifrazı zamanı diskomfort hissi, sidiyin birdəfəlik miqdarının azalması və s. Bu problemlərlə uroloq məşğul olur və yuxarıda sadalanan simptomlar qeydə alınarsa dərhal mütəxəssisə müraciət etmək lazımdır.
Kişilərdə stranquriya bir sıra xəstəliklərin fonunda yarana bilər. Bunlara misal olaraq aşağıdakıları göstərmək olar:
Bu zaman sidik ifrazı kanalının daralması çox vaxt mexaniki səbəblərdən yaranır. Uretranın daralmasına səbəb adenoma və ya prostatda yaranmış digər şişlər səbəb ola bilər. Adenoma kimi şişlərə uretra ətrafında hüceyrələrin sürətlə bölünməsi xasdır, bu da öz növbəsində onun sıxılmasına gətirib çıxarır, nəticədə sidik ifrazı prosesi pozulur.
Kişilərdə sidik ifrazını çətinləşdırən daha bir səbəb prostatitdir. Prostat vəzinin böyüməsi sidik ifrazı problemlərinə gətirib çıxarır.
Patologiya əvvəllər keçirilmiş xəstəliklərin (qonokokk, trixomonad, xlamidiya, ureaplazma və s.) fonunda inkişaf edir və daha çox 50 yaşdan yuxarı kişilər üçün xarakterikdir.
Əgər stranquriya prostatit səbəbindən yaranıbsa, o zaman ümumi halsızlıq, erektil funksiyanın pozuntusu və uretradan spesifik axıntı ayrılması müşahidə olunur.
Əksər hallarda sidik ifrazının çətinləşməsi maddələr mübadiləsinin pozulması, qeyri-düzgün qidalanma, damar pozuntuları, çirklənmiş ekologiya fonunda yaranan sidik daşı xəstəliyi ilə əlaqədqar olur. Sidik daşı xəstəliyinə xas olan cəhət sidik kanalı və ya sidik kisəsində daşların yaranmasıdır ki,onlar da öz növbəsində sidik axarı yollarını bağlaya bilər.
Sidik ifrazı pozuntusuna gətirib çıxaran səbəblərdən çox rast gəlinəni sidik kanalı və sidik kisəsini zədələyən müxtəlif iltihablardır. Belə iltihablar arasında kişilərdə daha çox müşahidə olunanı uretritdir.
Kişilərdə sidik ifrazı nevroloji xəstəliklər zəminində də yarana bilər. Bunlar daha çox diabet, onurğa və ya baş-beyin pozuntuları fonunda yaranır.
Sidik ifrazının çətinləşməsinə cinsi infeksiyalar da səbəb ola bilər. Bunlara misal olaraq, sifilis, kandidoz, qonireya və s. göstərmək olar.
Kişi orqanizmində bu cür pozuntuların müalicəsi sidik kisəsinin boşalmasına mane olan səbəblərin aşkar edilməsi və aradan qaldırılmasına əsaslanır. Xəstəliyin etiologiyası müəyyənləşdikdən sonra həkim müvafiq müalicə taktikası seçir və lazımi təyinatlar verir. Buraya preparatlar və terapevtik prosedurlar aiddir. Bundan başqa, daha bir vacib məqam qida rasionunun korreksiya edilməsidir.
Ağır vəziyyətlərdə sidiyin xaric edilməsi üçün katetr qoyulması lazım gələ bilər. Bəzən isə cərrahi müdaxilə göstəriş ola bilər. Ona görə də yuxarıda qeyd olunan simptomlar müşahidə edilərsə, dərhal uroloqa müraciət etmək lazımdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az