Karpal Tunel sindromu nədir? hekimtap.az

Karpal Tunel sindromu nədir?

2148
Author: Neyrocərrah Əliosman Qədimbəyli

Published: 20.09.2019
Aliosman Kadimbeyli

Karpal tunel sindromu nədir?
Median sinir əl biləyində; taban və kənarlarını bilək sümüklərinin , tavanını isə transvers karpal ligamentindən (köndələn bilək bağı) təşkil olunmuş bir tüneldən keçir. Bilek kanalı adını alan bu tuneldə median sinir, doqquz önqol bükücü əzələ vətərləri ilə birlikdə yerləşməkdədir. Median sinirin bu kanalda sıxılması sonrası ortaya çıxan tabloya “Karpal Tünel Sindromu” adı verilməkdədir. 
 

Karpal tunel sindromunun əlamətləri nədir?

Əlamətlər adətən hər iki əldə olmaqdadır (əsasən çox ışlətdiyimiz əldə rast gəlinə bilinir). İlk öncə hissi pozuntu əlamətləri rast gəlinməkdədir belə ki;səhərlər əllərdə uyuşma ,şişkinlik ,yanma, batma,iynə sancma ,qarışqa gəzmə hissi, ağrı ilə yuxudan oyanma ortaya çıxan ilk şikayətlərdir. Günün ilərləyən saatlarinda bu şikayətlər itdiyi üçün xəstə həkimə müraciət etməz. Daha sonraları xəstə gecə yuxudan oyananda əllərində ilk üç və 4 cü barmağin iç səthində uyuşma və ağrı olur. Xəstəlik şiddətləndikcə, sinirin sixilma dərəcəsi və müddəti artdiqca əllərdəki ağrı xəstəni gecə yuxudan oyandırır və xəstə əllərindəki ağrını azaltmaq üçün məcburən əllərini sallatmak, sirkələmək, hərəkət etdirmək və ovuşdurmaq məcburiyyətində qalirki, bu hərəkətlər bir qədər xəstənin ağrısının azalmasına səbəb olur. Ağrılar əsasən əllərdə olur ancaq zaman keçdikcə bu ağrılar saidə ,bazuya və çiyinə dogru yayılır. Xəstələrin bəziləri yay aylarında bir qədər rahatladığı, qışda isə şikayətlərinin arttığı gözlənilir. Bu dönəm illərcə davam edə bilir. Sonunda xəstəni doktora gətirən tablo; ağrı-uyuşmaların çox şiddətlənməsi və/vəya buna əlavə olaraq ovuc içi bölgədə ki əzələ zəifliyi və incəlmələridir ( atrofiyasıdır) ki, buda əldə qüvvət,güc itkisinə səbəb olur. Belə ki pasient artıq çox yüngül maddələri bilə qaldıramaz, əlindən düşürür ya da cismin əlində olduğunu fərq etmir. 
Karpal tunel sindromunda ağırlaşmış hallarda ilərləyən mərhələdə əllərdə ağri ,keylik, gücsüzlüklə yanaşı xəstə isti ,soyuq kimi hissiyyatlari ayird edə bilmir və bu təhlükəli qəzalara gətirib çixara bilir.Xəstə bunu “iynə tutabilmirəm” kimi ifadə edir. 
 

Karpal Tunel Sindromu Kimlərdə Görülür ?

Karpal tunel sindromu daha çox qadınlarda və 40-60 yaş arasında daha sıx görülür. Şəkər xəstəliyi , revmatoid artrit, hipofiz vəzinin hiperfunksiyalarinda, hipotroidi, köklük , doğum kontrol tablet istifadəçilərində, menopauza dövründəki xanimlarda , gut kimi xəstəliklərdə yanaşi olaraq bu problem yarana bilməkdədir. Hamiləlik dövründə vücudda maye artması karpal tünel içində təzyiq artışına bu da keçici olaraq karpal tunel sindromu əlamətlərinin olmasına yol açır. Diqqət ;Əgər hamilə xanimlarda əllərdə uyuşma ,keylik,gücsüzlük kimi şikayətlər vardırsa erkən müddətdə həkiminizə bu haqqda məlumat verin!
 
Travma, titrəşimli alət istifadə edən ,əllərini çox işlətmək məcburiyyətində olan peşə sahiblərində, xüsusiylə əl biləyinin davamlı bükülü pozisiyada qaldığı durumlarda (dəmirçi, dülgər, daktilo, klavya istifadəçiləri vb.), siqaret,spirtli içki aludəçilərində bu sindromun yaranma ehtimali yüksəkdir. Eyni zamanda evdar xanimların gördükləri əl işi, ev işi kimi aktivliklər bu sindromun oluşma səbəbləri arasında başda yer almaqdadır.
 

Karpal Tunel Sindromunun Diaqnozu

Bu xəstəliyin araşdırılması və diaqnozunun qoyulması nevropatoloq və neyrocərrahlar tərəfindən xəstənin kliniki müayinəsi əsasinda aparılır. Bu sindromun diaqnozunun qoyulmasi üçün EMG və bilək MRT (Maqnit Rezonans Tomoqrafiy),USM istifadə olunaraq, xəstəliyin şiddəti və yaranma səbəbi araşdırılır. 

Karpal Tunel Sindromunun Mualicəsi

Xəstəliyin ağırlıq dərəcəsinə uyğun olaraq dərman müalicəsi,fizioterapiya və cərrahi müalicə icra olunur. Başlangıç dönemində əl biləyi hərəkətlərinin məhdutlaşdırılmasıvə bilək ortezi istifadə etmək tövsiyyə olunur.Dərmanlardan isə qeyri –steroid iltihab əleyhinə maddələr, vitamin B6, B12 , diüretik və steroidlər xəstəliyin simptomlarıni erkən mərhələdə yüngülləşdırır. Lazim olarsa bilək kanali içərisinə inyeksiya olunan steroidlər (diprospan,betametazon,synacort və.s) sinir etrafındaki şişlikleri (ödemi) azaltaraq semptomların yaxşılaşmasına yardımcı olabilir. Fizoterapiyalardan: ultrasəs, Tens, maqnitoterapiya və. s proseduralara erkən mərhələlərdə fayda verir. 

Karpal Tunel Sindromu Əməliyyatı Necə İcra olunur?

Bir neçə ay ərzində itməyən və konservativ müalicələrə rağmən dəvam edən karpal tunel sindromlarında əməliyyat lazim olur. Əməliyyat yerli ,lokal anesteziya ilə icra olunur. Əməliyyat təqribən 20- 30 dəq davam edir. Əməliyyatdan 3 saat sonra xəstə evə yazılır. Əməliyyat zamanı ovuc içi – əl biləyi arasindan qisa məsafədən karpal tünelə çatılır və tünelin üstünü təşkil edən transvers karpal ligament (köndələn bilək bağı) insizyona ugradilaraq karpal tünel açılır və beləliklə sıxılmaqda olan median sinir azad olunur. Gecikdirilmiş hallarda isə median sinirin qalınlaşmış sinir qilafı mikroskop altında nevroliz (sinir sərbəstləştirilməsi) olunur. Beləliklə sinir ətrafındakı təzyiq aradan qaldırılmış olur. Əməliyat sonrası şikayətlərin keçməsi həmin dəqiqə olmaz. Adətən əməliyyat sonrası ilk ay içində əməliyyata bağlı şişkinliklə (ödemlə) əlaqədar sinirdəki sıxışma davam edəcəyindən şikayetlərdə qismən artma olabilir(buna görədə xəstələrin luzumsuz olaraq narahat olmasina dəyməz). Ancaq birinci aydan sonra şikayətlərdə ciddi dərəcədə bir azalma hissedilir və xəstə rahatlaşmış olur. Tam sağalma mərhələsi əməliyyatin xəstə tərəfindən gecikdirilmə müddətində ,yəni dolayi olaraq sinir uzun müddət sixilma müddətindən asili olaraq əməliyyatdan sonra təqribən 3-6 ay arasında dəyişəbilir. Bəzən çox ağır və gecikdirilmiş xəstələrdə əməliyyatdan sonra şikayətlər əksər hissəsi azalmaqla beraber tam olaraq ortadan qalxmaya bilər.Ona görədə erkən müddətdə əməliyyat etdirmək daha faydali ola bilir.

Neyrocərrah Əliosman Qədimbəyli
Əlaqə telefonu: (055) 296 6668