Körpələrdə yemək və dərman rejimi
 hekimtap.az

Körpələrdə yemək və dərman rejimi

4985
Author: Pediatr Xəyalə Quliyeva

Published: 31.08.2018
HekimTap Pro

Uşağın səhhətinə ana bətnindən, doğulanadək, eləcə də sonrakı dövrlərdə diqqətlə yanaşmaq lazımdır ki, onun orqanizminin və immunitetinin möhkəmliyi təmin olunsun.

Uşağın sağlam inkişaf etməsi əsasən, onun qaydasında qidalanmasından, lazımi vitamin, mineral və digər elementlərin, yeri gələrsə, dərmanların  düzgün qəbul olunmasından çox asılıdır. Bu məqalədə qeyd olunan məqamlardan ətraflı danışılacaq.

Körpə doğulduğu gündən 6 yınadək

Ana südü təbii qida olub, körpə üçün lazım olan bütün elementlərlə zəngindir. İlk aylarda uşağa yalnız ana südü vermək tövsiyə olunur – 6 ayınadək digər qida və ya içkilərin əlavə olunması məsləhət deyil. Ana südü bir qayda olaraq, uşağın qidaya olan bütün tələbatını ödəyir. Döş götürməyən və ya pis götürən körpələrə dəmirlə zəngin olan uşaq qidaları verilməlidir. Lakin bunu edərkən uşaq qidasının hazırlanma qaydaları, gigyena və təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır.

Uşağın bərk qidaya hazırlıq əlamətləri

  • Uşaq dəstək göstərildikdə otura bilir.
  • Başını dayanıqlı saxlayır.
  • Qidanı ağızına yaxınlaşdırdıqda ona maraq göstərir.
  • Qidanın ağzında sərbəst olaraq hərəkət etdirə bilir.
  • Ağzına əllərini və digər əşyaları yaxınlaşdıra bilir.

Bərk qidanın əlavə olunması: nə zaman, necə və nə qədər?

  • Əvvəlcə qida kiçik porsiyalarla qaşıqda (körpələr üçün nəzərdə tutulmuş) verilməlidir. Tədricən yemək tam posrsiyayadək artırılır. Qidanın teksturası – üyüdülmüş, püre, “düyünlər”siz.
  • Uşağın çeynəmə qabiliyyətindən asılı olaraq, qidanın bərkliyini artırmaq olar.

6 aylığından və daha sonra

  • Ana südü verməyi davam etdirmək tövsiyə olunur.
  • Böyüyən uşağın qida tələbatını ödəmək üçün rasiona ailədə istifadə olunan yeməklərdən daxil edə bilər.
  • Qida seçimi edərkən onun dəmirlə zəngin olmasına diqqət yetirin. Bu məqsədlə mal əti, balıq, induşka əti verə bilərsiniz.
  • Menyuya vitamin C ilə zənginn olan qidalar əlavə etmək zəruridir.
  • 6 aydan başlayaraq, yumurta vermək olar.
  • Süd məhsulları, məsələn, pendir, qatıq, şəkərsiz yoqurtları bərk qidaya əlavə kimi istifadə edə bilərsiniz.
  • Pasterizə olunmuş, yağlılığı 3% olan inək südünü yalnız bir yaşından sonra vermək məsləhətdir.
  • Buğda unundan hazırlanmış qidaları 7 aylığa qədər vermək yaxşıdır.
  • Bir yaşa qədər uşağa bal yedizdirmək olmaz.

Maye qəbulu

  • 6 ayınadək - əsas qidanın ana südü və uşaq qidaları olan periodda suya ehtiyac yoxdur.
  • Uşaq 6 aylığında olanda qidaya içməli su əlavə etmək olar.
  • Bir yaşınadək bütün növ suları qaynatmaq lazımdır.
  • Suyun otaq temperaturunda olması vacibdir.
  • Körpənizi şirinlədirilmiş içkilərədə uzaq tutsanız yaxşıdır.

Uşağın inkişafında D vitaminin zəruliliyini xüsusi vurğulamaq istərdim.

D vitamini körpənin inkişafında böyük əhəmiyyət daşıyır. Bu vitamin orqanizmin möhkəmlənməsi üçün vacib olan kalsium və fosforun sovrulmasına kömək edir. Əgər uşaqda D vitamini defisiti əlamətləri (pis yatarsa, çox tərləyərsə, uşaq qaşınarsa və s.) təxminən 2-3  aylığında üzə çıxarsa, bunu mütləq kompensasiya etmək lazımdır.

Bu məqsədlə həkim-pediatr D vitamini damcıları təyin edir. Vitamin orqanizmdə balanslaşdıqdan sonra damcılara ehtiyac qalmır – uşağınızın açıq havada günəş şüaları qəbul etməsi D vitamini normallaşdırmaq üçün yetərlidir.

İnkişafda olan uşağın orqanizmi üçün lazım olan elementlərdən biri də kalsiumdur. Kalsium çatışmazlığı gələcəkdə müəyyən patologiyalara yol aça bilər. Kalsium defisiti sümük və dişlərədən başqa, sinir sistemi və əzələlərə neqativ təsir göstərir, ferment və hormonların ifrazına mane olur. Ona görə də pediatr bunun qarşısını almaq üçün lazımi tədbirlər görməlidir.

Kalsium defisitinin əlamətləri bunlardır:

  • Yuxunun pisləşməsi
  • Tutmalar
  • Əzələlərdə ağrı
  • Bayılmalar
  • Əsəbilik
  • Titrətmə və s.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az