İMPLANT ÜSTÜ KERAMİK VƏ ZİRKONİUM QAPAQLAR hekimtap.az

İMPLANT ÜSTÜ KERAMİK VƏ ZİRKONİUM QAPAQLAR

6302
Author: Stomatoloq Rauf Məmmədov , Əlaqə:050 255 88 50

Published: 01.08.2020
Rauf Məmmədov

Dental implantasiya itirilmiş dişin süni diş kökü ilə əvəzlənməsi deməkdir. Süni dişin möhkəm əsası və görünən hissəsi - implantüstü qapağı olur. Bu qapaq görünüşü və keyfiyyətlərinə görə təbii dişə çox yaxındır. Bundan başqa, implantüstü qapaqlar həm də çeynəmə yükünü üzərinə götürə biləcək quruluşa malikdir. İmplantüstü qapaqlar materiallarına görə bir-birindən fərqlənir. Bu məqalədə keramik və zirkonium qapaqlardan danışılacaq. 

İmplantüstü keramik qapaqlar

Keramika insanın ağız boşluğu toxumaları ilə bioloji baxımdan gözəl uyuşur. Keramik qapaqların selikli qişaya heç bir neqativ təsiri yoxdur, oksidləşmir və mədə-bağırsaq traktının işində heç bir mənfi dəyişikliklər yaratmır.  Bundan başqa, keramik implantüstü qapaqlar zahirən  təbii minadan heç nə ilə fərqlənmir. Belə ki, şəffaflıq dərəcəsi və işiqkeçirmə qabiliyyətinə görə ona çox yaxındır. İmplantüstü keramik qapaqların daha bir müsbət xüsusiyyəti - onun rənginin vaxt keçdikcə dəyişməməsidir. 

Bütün bunlarla yanaşı, keramik implantüstü qapaqlarn aşağıdakı üstünlükləri var:

- uzunömürlüdürlər;
- oskidləşmədiyindən damaq xəttində göy rəngli zolaq yaratmırlar;
- keramika bioloji inert material olduğundan allergiya yaratmır və orqanizmə ziyan vuracaq maddələr ifraz etmir;
- çox yüksək estetik keyfiyyətə malikdir və s.
 
İmplantüstü zirkonium qapaqlar 

Zirkonium dioksiddən hazırlanan bu qapaqlar istənilən sayda ön və çeynəmə dişlərinin bərpası üçün münasibdir. Material keramika kimi bioloji baxımdan ağız boşluğuna uyğundur, unikal estetik görünüşü və yüksək möhkəmliyi ilə fərqlənir. Zirkonium qapaqlara demək olar ki, heç bir əks-göstəriş yoxdur və onlar vizual olaraq təbii dişlərdən fərqlənmir. 

İmplantüstü zirkonium qapaqların bir sıra başqa üstünlükləri də var:

- yüksək möhkəmlik dərəcəsinə malikdirlər, çeynəmə yükünü tam olaraq üzərinə götürə bilir və çeynəmə dişlərinin əvəzlənməsinə yararlıdırlar;
- yüngül çəkilidirlər və damaqları əlavə olaraq yükləmirlər;
- rəng və şəffaflıq baxımından təbii dişə maksimum yaxındırlar;
- istilik keçiriciliyi zəifdir;
- deşilmir, yeyilmirlər və s.

Həm keramik, həm də zirkonium implantüstü qapaqlar implanta iki üsulla bərkidilir: sementlə və vintlə.

  1. Sement fiksasiya zamanı qapaq abatmentə stomatoloji sementlə bərkidilir. Bu üsulun üstünlüyü onun sadəliyi və estetikliyindədir, implantalogiyada ən geniş yayılmış metoddur. 

  2. Vintli fiksasiya zamanı abatment qapağın karkası rolunda çıxış edir. Belə qapaqlar texnoloji dəliklərdən vintlər vasitəsilə bərkidilir, daha sonra kompozit material ilə qapadılır.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az