Hepatit C
 hekimtap.az

Hepatit C

4786
Author: Qastroenteroloq Emin Verdiyev

Published: 05.05.2018
Emin Verdiyev

Hepatit C nədir?

Hepatit C orqanizmin Hepatit C virusu (HCV) ilə yoluxması nəticəsində baş verən qaraciyərin iltihabi xəstəliyidir. Hepatit C virusunun çoxalması və qaraciyər toxumalarının zədələnmələri sayəsində patoloji proseslər inkişaf edir, qaraciyər sirrozu və xərcəng xəstəliyi riskləri yaranır. Bu forma hepatit növləri arasında ən təhlükəlisi sayılır. Təkcə orqanizmin ümumi funksiyalarını sıradan çıxardığı və əlilliyə, ya da ölümə səbəb ola biləcək xəstəlik yarada biləcəyi üçün yox, həm də xəstəliyin gedişatının xarakterinə görə. Məsələ ondadır ki, hepatit C-nin simptomları bir qayda olaraq, ifadə olunmur, infeksiya gizli inkişaf edir, virus əleyhinə peyvənd isə mövcud deyil.

Hepatit C-nin yaratdığı ağırlaşmalardan hər il 350 minə yaxın insan ölür.

Hepatit C-nin əlamətləri

Hepatit C-nin ilkin əlamətlərinin büruzə verməsi orqanizmin müqavimətindən asılıdır. Yoluxmadan ilkin simptomatikanın üzə çıxmasınadək olan müddət 2 həftədən 6 ayadək davam edə bilər. İnfeksiyadan şübhə yaranarsa, ilkin diaqnostika kimi qanın polimezar zəncir reaksiya (PZR) metodu ilə müayinəsi aparılır ki, bu da yoluxmadan 2 həftə sonra qanda virusun RNT-sinin olub-olmadığını aşkara çıxarmağa şərait yaradır.    

Hepatit C-ni “mülayim qatil” kimi xarakterizə etmək olar. Belə ki, gizli simtomatika və ifadə olunmuş ağırlaşmalar HCV-yə şübhə olmadan orqanizmin ciddi zədələnməsi ilə nəticələnir.  

Hepatit C-nin ilkin simptomlarına iş qabiliyyətinin aşağı düşməsini, astenik vəziyyəti, yorğunluq hissini aid edirlər.

Virusun orqanizmdə ifadə olunmuş yayılması mərhələsində hepatit C-nin əlamətləri ağıdakılardır:
 – İştahanın pozulması və ya olmaması;
 – Ürəkbulanma;
 – Ümumi zəiflik, asteniya, əhvalın pisləşməsi;
 – Oynaqlarda ağrı;
 – Dəri örtüyü, selikli qişa, gözlərin ağlı qişasının sarımtıl rəng alması. Belə ki, qaraciyərin zədələnməsi qanda bilirubin konsentrasiyasının artmasına səbəb olur;
 – Qaraciyər və dalağın ölçülərinin böyüməsi.

Hepatit C-nin səbəbləri, virusa yoluxma yolları

HCV virusu qan və digər bioloji ifrazatlar vasitəsilə hematogen yolla yoluxur. İnfeksion agent ən kiçik qan damcılarında belə mövcuddur və maye quruduqdan sonra otaq temperaturunda 5 gün aktiv qalır. Yoluxma HCV-li xəstənin biloji materialının invaziv prosedurlar zamanı digər orqanizmə daxil olması nəticəsində baş verir. Yoluxma, həmçinin yaralanmış dəri səthindən də (cızıqlar, çatlar, selikli qişaların zədələnməsi və s.) ola bilər.

Beləliklə, hepatit C-yə aşağıdakı hallarda yoluxmaq olar:
 – Qeyri-steril şprislərlə inyeksiya zamanı;
 – Xəstə donorun qan, plazma, orqan və toxumalarının köçürülməsində;
 – Stomatoloji klinakalarda, kosmetik və manikür salonlarında, tatu döydürülməsində və s. qeyri-steril alətlərin tətbiqi prosesində;
 – Yoluxmuş adamla cinsi akt zamanı: selikli qişada ən kiçik çatlar belə kifayət edir;
 – Hamiləlik zamanı anadan uşağa yoluxma;
 – Məişət yolu ilə yoluxma: üzqırxan cihazlar, diş fırçalarının istifadəsi zamanı (çox nadir hallarda rast gəlinir);
 – Qeyri-steril şəraitdə doğuş və əməliyyat prosedurları zamanı.

Hepatit C-nun ağırlaşmaları

Ağırlaşmaların inkişaf sürəti orqanizmin ümumi vəziyyətindən, immun sistemin antitel ifrazı qabiliyyətindən, genotipin forması və virusun mutasiya edib-etməməsindən, həmçinin insanın həyat tərzi və dietasından asılıdır. Alkohol və yağlı qidaların istifadəsi patoloji proseslərin əhəmiyyətli dərəcədə sürətlənməsinə gətirib çıxarır.

Hepatit C aşağıdakı xəstəlik və pozuntulara səbəb ola bilər:
 – Qaraciyər toxumalarının fibrozu;
 – Steatohepatit, qaraciyər toxumalarının piy toxumaları ilə əvəz olunması;
 – Qaraciyər sirrozu;
 – Hepatosellülyar karsinoma, qaraciyər toxumalarının xərçəngi;
 – Portal xarakterli hipertenziya;
 – Assit, mayenin qarın boşluğuna yığılması;
 – Daxili orqanların varikoz genişlənməsi;
 – Qaraciyər ensefalopatiyası;
 – Toxumaların dağılması və qaraciyərin normal işləməməsi syəsində orqanizmin xroniki intaksikasiyası;
 – Gizli daxili qanaxmalar.

Hepatit C-nin müalicəsi

Hepatit C nin müalicəsi orqanizmin dəstəklənməsinə, həmçinin HVC virusu ilə mübarizəyə yönəlmiş terapiyaya əsaslanır. 

Hepatit C-nin terapiya kursuna aşağıdakılar aiddir:
 – Virus əleyhinə preparatlarla dərman terapiyası;
 – Qaraciyər funksiyalarının dəstəklənməsi üçün dərmanların qəbulu;
 – Qüvvətləndirici təsirə malik preparatların, immunomodulyator və imuunitet stimulyatorlarının tətbiqi.

Medikamentoz terapiya kursu dieta qaydalarına, gündəlik rejimə əməl etmədikdə,  habelə fiziki yüklənmələri məhdudlaşdırdıqda effektli olmayacaq. Hepatit C inasanın immunitetinə və qaraciyər toxumalarına çox aqressiv təsir göstərir. Ona görə də pasiyentlərin ciddi dietaya əməl etməsi, istirahətə vaxt ayırması və digər virus və bakteriya infeksiyaları ilə təması məhdudlaşdırması vacibdir.


Mövzu iləbağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.