Disleksiya nədir?
Disleksiya- burada “dys” önşəkilçidir. “Normadan zəif,əksik” mənasına gəlir,leksiya isə “söz”, “ nitq” deməkdir.Disleksiyaya hadisə və isimləri xatırlamada çətinlik,öyrənilənlərin tez unudulması,bəzi oyunları oynamaqda yaşanan çətinliklər,əl və barmaqlardan yetərincə istifadə edə bilməmə aiddir.
Əsas meyarları: Əsas ayırdetmə meyarlarına aşağıdakıları daxil edə bilərik:
-Oxuda çətinlik çəkmə,səhv oxuma;
-Oxuduğunu anlamaqda çətinlik çəkmə;
-Hərfləri qarışdırma və ya yazmaqda çətinlik;
-Rəqəmləri öyrənməkdə və saymaqda çətinlik.
Daha aydın şəkildə ifadə etsək,disleksiya, zəkanın normal, akademik səviyyənin və yaşın , aldığı təlimdən geri qalmasıdır.
Disleksiyanın əlamətləri – Disleksiyanın əlamətləri 3 mərhələyə ayrılır:
1) Məktəböncəsi mərhələ.Buraya 0-6 yaş aralığı aiddir;
2)Məktəb mərhələsi.Bu mərhələ 7-11 yaş aralığını əhatə edir.
3) 12 yaş və sonrası.
Xüsusi öyrənmə çətinliyi yaşayan uşaqlarda yanaşı gedən bir sıra başqa problemlərə də rast gəlinir.Ən çox rast gəlinən problemlər isə diqqət əksikliyi və hiperaktivlikdir.
Disleksiyanın aradan qaldırılması və korreksiyası. Bəs bu uşaqlara necə kömək edilməlidir?
Hər şeydən öncə,onların duyğularını anlamaq lazımdır;
Daha sonra,cəhdləri dəyərləndirilməli, təqdir edilməlidir.
Onlara qarşı mənfi rəylər edilməməlidir(məsələn,”Sən bacarıqsızsan”kimi ifadələri işlətməkdən qaçmaq lazımdır).
Disleksiyadan əziyyət çəkən uşaqların oxusunda axıcılıq olmur.Bəs bunu necə müəyyən etməli?Kiçik bir mətn parçası seçilir və uşaqdan 1 dəqiqı müddətində həmin mətni oxumasi istənilir.Oxunan söz sayı qeydə alınır.Uşaq normalda I sinfin sonunda 60-70 söz, II sinfin sonunda 70-80 söz,III sinfin sonunda 80-90-a yaxın söz oxumalıdır.Doğru oxumanı müəyyən etmək üçün doğru oxunan söz sayı 1 dəqiqədə oxunan söz sayına bölünür.
Disleksiya müşahidə edilən uşaqlar , adətən,söz sonunu uyduraraq, hərf,heca atlayaraq,səsləri bir-birinə qarışdıraraq oxuyurlar.Yazılışı oxşar olan hərfləri qarışdıra bilirlər .Məsələn, b,d,q,p kimi hərfləri həm yazıda,həm də oxuda qarışdırma halları ilə rastlaşa bilərik.
Disleksiya , zəkanın normal olmasına,uşağın yaxşı təlim almasına baxmayaraq meydana gələ bilər.Və sonda onu da qeyd etmək istərəm ki, disleksiya əsla bir xəstəlik deyildir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az