Daban şporu (Daban mahmızı)
 hekimtap.az

Daban şporu (Daban mahmızı)

19903
Author: Fizioterapevt Aynurə Haşımova

Published: 26.05.2018
Aynur Hashimova

Daban şporu nədir?

Pəncə, demək olar ki, bütün gün ərzində çox güclü yüklənmələrə məruz qalır. Pəncə daim 50, 70, hətta 100 kq çəki "daşıyır".  Məhz bu səbəbdən pəncənin alt hissəsində olan bağlarda bəzi mənfi fakrorların təsirindən çox asanlıqla kiçik yırtıqlar əmələ gələ bilər. Adətən belə mikroyırtıqlar öz özüə bitişir. Lakin bəzən bu baş vermir və bu yerdə və ətraf toxumalarda iltihab yaranır. Daban sümüyü bu iltihaba cavab olaraq böyüməyə başlayır, sümükdə iti çıxıntı əmələ gəlir. Bu çıxıntıya "daban şporu" deyilir. Daban şporu həm bir, həm də hər iki pəncədə əmələ gələ bilər.

Daban Şporu kimlərdə rast gəlinir?

Bu kifayət qədər yayılmış pozulmadır. Adətən daban şporu 40 yaşından sonra əmələ gəlməyə başlayır. Qadınlarda bu pozulmaya kişilərlə müqayisədə daha tez-tez təsadüf edilir.

Daban Şporlarının yaranma səbəbləri nələrdir?

Tibbdə bu pozulmanın səbəbləri məlum deyil.

Lakin mütəxəssislər bu pozulmanın bəzi risk faktorlarını ayırd edirlər:
 – Yastıpəncəlik;
 – Artıq çəki;
 – Podaqra;
 – Ayaq oynaqlarının xəstəlikləri və iltihabları (artroz, osteoartroz, artrit və s.);
 – Travmalar (xüsusilə daban sümüyü travmaları);
 – Maddələr mübadiləsi pozulmaları;
 – Ayaqlarda qan dövranı pozulmaları ilə müşayiət olunan xəstəliklər (şəkərli diabet və s.);
 – Həddən artıq yükləmələr (adətən idmançılarda);
 – Bəzi onurğa xəstəlikləri.

Daban Şporlarının əsas əlamətləri nələrdir?

 – Daban şporların əsas simptomu hərəkər və fiziki yükləmə zamanı dabanda olan güclü ağrılar. Belə ağrılar həmçinin insan uzun müddət ərzində uzandıqdan və ya oturduqdan sonra yeriməyə başladıqda əmələ gəlir. (bunlara "start ağrılar" deyilir).
 – Ağrılar çox kəskin olur və əsasən günün birinci yarısında daha çox hiss olunur.

Daban Şporlarının diaqnozu necə qoyulur?

Daban şporu diaqnozun qoyulması üçün həkim xəstədə pəncəni müayinə edir və xəstəni rentgen müayinəsinə göndərir. Rentgen şəklində daban sümüyündə olan iti çıxıntı görünür. Məhz bu çıxıntı xəstədə ağrılara səbəb olur.

Daban Şporu necə müalicə olunur?

Daban şporu kompleks şəklində müalicə olunur :

1. Dərmanlar  vasitəsilə
 – Ağrıkəsicilər
 – İltihabəleyhinə preparatlar,

2. Xüsusi ortopedik vasitələrin istifadəsi
 – Ortopedik ayaqqabı içlikləri-supinatorlar
 – Daban altına qoyulan xüsusi yumşaq içliklər

3. Fizioterapiya
 – Lazeroterapiya
 – Ultrasəs terapiyası
 – Zərbə-dalğa terapiyası
 – Manual-terapiya   

4. Müalicəvi ayaq məşqləri və ayaq əzələlərinin dartınma məşqləri

5. Çox nadir hallarda daban şporu zamanı cərrahi müalicə tətbiq oluna bilər.

Daban Şporlarının yaranmasından necə qorunmaq olar?

 – Ayaqqabı seçərkən ayağa uyğununa və rahatlığına önəm verilməlidir.
 – Xüsusilə sərt sethlərdə ayaqyalın qacışdan və gəzintidən uzaq durmaq lazımdır.
 – Dabansız və ayaq tağını itirən ayaqqabılardan uzun müddətli istfadə edilməməlidir.
 – Həddindən artıq bədən çəkisindən və piylənmədən qorunmaq lazımdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az