Burun-dodaq büküşünün korreksiyası
 hekimtap.az

Burun-dodaq büküşünün korreksiyası

1632
Author: Kosmetoloq Nuranə Bağırova, Əlaqə: 055 280-54-75

Burun-dodaq büküşünün korreksiyası nədir?    

Burun-dodaq büküşünün tam formalaşması 30 yaşadək tamamlanır və o, məhz bu dövrdən etbarən qadınları daha yaşlı göstərməyə başlayır. Bu problemi aradan qaldırmağın ən müasir və asan yolu burun-dodaq büküşünün korreksiyasıdır. 
Prosedur kifayət qədər asan həyata keçirilir və fillerləri dəri altına yeridilməkdən ibarətdir. Məhz bu filterlərin sayəsində toxumalar itirilmiş həcmini bərpa edir. Bu biogellər uzun müddət dəri altında qalır və tədricən təbii yolla bədəndən xaric olunur. 

Burun-dodaq büküşünün korreksiyası necə həyata keçirilir?

Prosedur 20 dəq.-dək davam edir, bərpa müddəti müddəti 1-3 gündür. Burun-dodaq üçbucağının görünüşünü yaxşılaşdırmaq üçün bir seans kifayət edir. Burun-dodaq büküşünün korreksiyası nəticəsində  qırışlar aradan qalxır, dəri hamar və sağlam görkəm alır. 
Əldə olunan nəticə fərdi xüsusiyyətlərdən asılı olaraq (yaş, maddələr mübadiləsinin sürəti və s.) 8 aydan - 1,5 ayadək qorunub saxlanılır. 

Burun-dodaq büküşünün korreksiyasının üstünlükləri hansılardır?

Gialuron turşusu - dərinin təbii komponentidir. Onun dəridəki miqdarı yaş ötdükcə azalır. Adıçəkilən korreksiya vasitəsilə  gialuron maddəsi ehtiyatları bərpa olunur, dəri cavanlaşır və nəmlənir.

Digər üstünlüklər:

- Nəticə dərhal nəzərə çarpır;
- Heç bir yan təsiri yoxdur;
- Dəriyə müdaxilənin izləri qalmır;
- Digər prosedurlarla (məsələn, botulinoterapiya) yanaşı həyata keçirmək mümkündür;
- Xüsusi hazırlıq tələb etmir;
- Yaşa bağlı defektləri aradan qaldırır.

Burun-dodaq büküşünün korreksiyasına göstərişlər 

- Burun-dodaq büküşündə qırışlar;
- Dərinin kövşəkliyi, bu nahiyədə elastikliyin itirilməsi;
- Burun-dodaq büküşünün böyüməsi;
- Üz konturunun düz olmaması, cizgilərdəki harmoniyanın pozulması.

Burun-dodaq büküşünün korreksiyasına əks-göstərişlər

- Fillerlərə qarşı aşırı həssaslıq; 
- Hamiləlik;
- Laktasiya;
- Onkoloji xəstəliklər;
- Qan laxtalanması problemləri.