Boyun fəqərələrinin degenerativ xəstəlikləri hekimtap.az

Boyun fəqərələrinin degenerativ xəstəlikləri

4892
Author: Kök Hüceyrə mütəxəssisi Reyhan Hüseynova, Əlaqə: 077 270-77-99

Published: 22.07.2020
Reyhan Hüseynova

Onurğanın servikal nahiyəsi baş beyinə gedən qan damarları və sinirlərlə əhatə olunmuş 7 fəqərədən ibarətdir. Bu hissədəki hər hansı bir patoloji pozğunluq qan dövranı və sinir sistemlərinin, həmçinin onurğa beyninin elementlərinin sıxışdırılmasına gətirib çıxarır ki, bu da bir sıra ciddi problemlərə yol aça bilər. Servikal nahiyyədə olan yırtıq, qəza və ya idman nəticəsində yaranan bir boyun bölgəsində zədələnmə, qeyri-bərabər paylanmış bir yük səbəbiylə həddindən artıq yüklənmə, onurğanın patologiyası (osteoxondroz, skolyoz və s.) və ya digər amillər səbəbindən əmələ gələn intervertebral diskə təsir edən təhlükəli bir xəstəlikdir. Yırtığın böyüməsi nəticəsində qan dövranı və bəzi orqanlarin normal fəaliyyəti pozulur, müalicə edilmədikdə ciddi fəsadlara səbəb olur. Əvvəllər bu xəstəlik 30-50 və daha yuxarı yaş dövrlərində görülürdüsə indiki zamanda bu xəstəlik daha da cavanlaşmışdır, yeniyetmə və gənc yaşlarda da rast gəlinir.

Təsnifat

Birincili

Birincili yırtıqlar, böyük fiziki güc,kompyuter arxasında uzun uzadı oturduqda, mobil telefondan  başı aşağı vəziyyətdə saatlarca istifadə etdikdə, xəsarət və ya kəskin dönüşlər nəticəsində birdən-birə yaranan, intervertebral disklərin zədələnməsinə səbəb olanlardır.

İkincili

İkinci dərəcəli yırtıqlar, lazımi qaydada müalicə olmadıqda,  ağırlaşmalara səbəb olur. Yırtıqları ortaya çıxaran onurğanın ən çox yayılmış xəstəliklərindən biri osteoxondrozdur.

 

Mərhələlər

Diskin degenerasiyası

Yaşla əlaqəli dəyişikliklər, çox sayda xəsarət, oturaq həyat tərzi və digər amillər əzələ tonusunun azalmasına və intervertebral disklərin zəifləməsinə, qurumasına və məhv olmasına gətirib çıxarır ki, bu da qonşu fəqərələrin zədələnməsinə və onların deformasiyasına səbəb olur.


Törətdiyi fəsadlar:

-başgicəllənmə;

-baş ağrısı;

-huşunu itirmə;

-qolların, əllərin və ya barmaqların uyuşması;

-qulaqlarda küy;

-hərəkət koordinasiyasının pozulması;

-ürək bulanması və qusma;

-dəridə gizilti hissi;

-əllərdə əzələ zəyifliyi;Грыжи шейного отдела позвоночника лечение, межпозвоночная грыжа ...

-yuxusuzluq;                                                   

-əsəbilik;

-depressiya;

-panik atak;

-görmənin zəyifləməsi;

-göz önündə qara nöqtələrin uçması;

-eşitmə hissinin qismən və ya tamamilə itməsi;

-oksigen çatmamazlığı;

-boyundan çiyinlərə yayılan ağrı və ağırlıq hissi;

-boyun hərəkəti məhdudluğu;

-ümumi zəiflik


Fəqərəarası yırtığın əmələ gəlmə mərhələləri

Diskin degenerasiyası

Yaşla bağlı orqanizmdə gedən dəyişikliklər, çox sayda xəsarət, oturaq həyat tərzi və digər amillər əzələ tonusunun azalmasına və fəqərəarası disklərin zəifləməsinə, qurumasına və məhv olmasına səbəb olur.

Diskin protruziyası

Fibroz həlqənin bir hissəsinin zədələnməsi ilə nüvənin bir hissəsi hüdudlardan kənara çıxır. 


Diskin ekstruziyası

Fibroz halqanın tam yırtılması baş verir, nəticədə müəyyən miqdarda pulpa nüvəsi onurğa kanalına doğru çıxır, bu zaman onurğa beyni və sinirlərin zədələnməsi baş verə bilər.


Sekvestrə olunmuş yırtıq

Bu zaman pulpa nüvəsinin diskin xaricinə sızması baş verir. Nəticədə dözülməz ağrı, əllərin uyuşması, əzələ atrofiyası, bədənin intoksikasiyası. Vaxtında diaqnoz qoyulub müalicə edilmədikdə çox ağır fəsadları , hətta yuxarı ətrafların iflicinə gətirib çıxara bilər.


Boyun fəqərəarası disk yırtığının səbəbləri;

boyun zədələnmələri;

boyunun ani hərəkəti;

boyunun daimi olaraq narahat bir vəziyyətdə olması;

gün ərzində həddən artıq kompyuter arxasında  oturmaq;

mobil telefondan istifadə zamanı başı aşağı sallamaq;

yanlış duruş;

ağırlıq qaldırma;

doğru olmayan həyat tərzi;

anadangəlmə patologiya;

irsi meyllilik;

yaş dövrü ilə əlaqədar dəyişikliklər;

artıq çəki;

onurğanın patologiyası: osteoxondroz, osteoporoz, Şmorl düyünləri və s.

boyun fəqərələrinin inkişafının anomaliyaları;

onurğanın degenerativ prosesləri;

ziyanlı vərdişlər;

onurga sütununun infeksion prosesləri;

gün ərzində lazımi qədər su qəbul etməmək;

metabolizmanın pozulması;

başı aşağı sallayaraq gəzmək vərdişi.


Müayinə:

MRT

EMQ

Laborator analizlər


Müalicə:

Proloterapiya
Neural terapiya
Biopunktura
Osteopatiya
Elektroterapiya
Reablitasiya

 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az