Bartolinit
Bartolinit vəzisinin iltihabı ilə üzləşən qızlar və qadınlar bunun necə xoşagəməz narahatlıq yaratdığını yaxşı bilirlər. Bartolinit əlamətləri üzə çıxdıqda təhsil, iş, aktiv istirahət arxa plana keçir. Bu xəstəliyin törətdiyi problemlərin siyahısını uzatmaq da olar. Lakin yaxşısı budur ki, xəstəliyin ilə müalicəsi ilə ciddi məşğul olub, bundan canınızı birdəfəlik qurtarasınız.
Bartoliniti bir qayda olaraq, cinsi yolla keçən infeksiyalar törədir. İltihabi proses olarsa, xəstəliyə yoluxmuş flora uretra və ya uşaqlıq yolundan bartolin vəzisinə düşür. İltihablaşmış kanal tıxaclanır və bu da qısa zamanda kistanın əmələ gəlməsinə gətirib çıxarır. Əgər dərhal müalicəyə başlanmazsa, kistanın irinləməsi absessə gətirib çıxara bilər.
Xəstəliyin abseslə nəticələnməməsi üçün iltihabı vaxtında müəyyənləşdirmək lazımdır.
Yuxarıda göstərilən simptomlar müşahidə edilərsə, ilkin mərhələdə dərhal təcrübəli ginekoloqa müraciət etmək lazımdır. Adətən iltihabı müəyyələşdimək üçün cinsiyyət orqanlarının xarici və daxili müayinəsi kifayət edir. Müayinə bərkimələri aşkara çıxarmağa və onun ağrılıq dərəcəsini müəyyənləşdirməyə şərait yaradır.
Xəstəliyə səbəb olan mikroorqanizmləri müəyyənləşdirmək üçün bartolin vəzisinin sekreti müayinəyə götürülür. Həmçinin, xəstəliktörədici bakteriyaları aşkara çıxarmaq üçün uşaqlıq yolundan götürülmüş yaxma müayinə edilir.
Bartolin vəzisi kistalarının müalicəsi həm konservativ, həm də cərrahi metodlarla aparılır. Təbii ki, bir çox pasiyentlər cərrahi müdaxilədən ehtiyat edir və bunu ən son mərhələ kimi dəyərləndirirlər.
Terapiya antibiotiklərin qəbulu, dərinin yerli işlənməsi, hətta hirudoterapiya (zəli ilə müalicə) vasitəsi ilə aparıla bilər. Zərurət yaranarsa, təcrübəli ginekoloqlar pasiyenti ağrısız əməliyyat edə bilərlər. Müasir radiodalğalı və plazma cərrahiyəsi texnologiyaları prosedurları tez, dəqiq və ağırlaşmasız həyata keçirməyə imkan verir.
Mövzu ilə bağlı video:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az