Böyrək polikistozu
 hekimtap.az

Böyrək polikistozu

6721
Author: Terapevt Tural Qənbərli

Published: 20.06.2018
HekimTap Pro

Böyrək polikistozu nədir?

Böyrək polikistozu, əsasən, anadangəlmə xəstəlik olub (əldə olunmuş polikistoz formalarına nadir hallarda rast gəlinir), böyrək parenximasında seroz mayesinin (kista) toplanması ilə xarakterizə edilir. İrsi polikistozun səbəbi genetik mutasiyalardır.  Bu mutasiyalar erkən uşaq yaşlarından və ya insanın həyatı boyu (bir qayda olaraq, polikistozun ilkin əlamətləri 40 yaşınadək üzə çıxır) özünü büruzə verir. Kistaların ölçüləri fərqli olub, daim böyümə tendensiyasına malikdir.  Polikistoz bəzi hallarda digər orqanlarda (məsələn, qaraciyərdə) dəyişikliklərlə müşayiət olunur.

Böyrək polikistozunun simptomları

Polikistozun əlamətləri funsional parenximanın həcminin azalması, həmçinin, kistaların təzyiqi nəticəsində özünü göstərməyə başlayır.

Böyrək polikistozunun əsas simptomları aşağıdakılardır:
 – Arterial hipertoniya əlamətləri – baş ağrısı, baş beyin damarlarının ikincili zədələnməsi, görmədə pozuntular;
 – Beldə və qarının aşağı nahiyələrində ağrılar;
 – Böyrək daşı xəstəliyinin inkişafı və böyrək sancısı tutmaları;
 – Gematuriya – sidikdə qanın olması;
 – Böyrəklərin hormonal funksiyalarının pozulması fonunda inkişaf edən ağır anemiya (eritrositlərin sintezində iştirak edən eritropoetin hormonun azalması);
 – Böyrək çatışmazlığı zəminində yaranan, artan intoksikasiya əlamətləri;
 – Elektrolit balansının pozuntusu;
 – Polikistozun ən ciddi ağırlaşmalarından biri baş beyin damarlarının anevrizmidir – bu zaman damarların partlaması və beyindaxili qansızmanın (hemorragik insult) riski yüksəkdir.

Böyrək polikistozunun bir çox simptomları qeyri-spesifikdir və bu, xəstəliyin erkən aşkar olunmasına əhəmiyyətli dərəcədə çətinləşdirir.  

Yuxarıda sadalanan əlamətlərdən biri və ya bir neçəsi aşkar olunarsa, dərhal mütəxəssisə müraciət etmək tövsiyə olunur.

Böyrək polikistozunun diaqnostikası

Nefroloqlar xəstəlik tarixini öyrəndikdən sonra polikistozu müəyyən etmək üçün aşağıdaki müayinə metodları tətbiq olunur:
 – Böyrəklərin ultrasəs müayinəsi. Bunun vasitəsilə kistaların mövcudluğu, onların ölçüləri, həmçinin, böyrək ləyənləri və sidik ifrazı sisteminin vəzyiyyəti öyrənilir;
 – Kompüter və maqnit-rezonans tomoqrafiyası şiş əmələgəlmə prosesini istisna edir. Baş beyinin KT və MRT-si damar anevrizminin diaqnostikası üçün tətbiq olunur;
 – Göz dibinin müayinəsi arterial hipertoniya səbəindən yaranan ikincili dəyişiklikləri müəyyən etmək üçün aparılır;
 – Böyrəklərin laborator müayinəsi (kreatinin, sidik cövhəri və elektrolitlərin səviyyəs), həmçinin, anemiyanın səbəbini müəyyən etmək üçün analizlər;
 – Sidiyin müayinəsi, o cümlədən bakterioloji əkilmə;
 – Hormonal testlər;
 – Genetik testlər – xəstəliyin yaranmasına səbəb olan məlum xromosomların olub-olmamasını aşkara çıxarmaq üçün.

Böyrək polikistozunun müalicəsi

Böyrək polikistozunun müalicəsi simptomatik olub, böyrək funksiyalarının qorunmasına və ağırlaşmaların qarşısının alınmasına yönəldilir.

Böyrək polikistozunun müalicəsinə aiddir:
 – Müasir hipotenziv preparatlar vasitəsilə arterial təzyiqi nəzarətdə saxlamaq;
 – Böyrək sancıları zamanı ağrıkəsici terapiya;
 – Sidikqovucu preparatların tətbiq olunması;
 – Antibakterial terapiya;
 – Elektrolit balansı pozuntusunun korreksiyası;
 – Xüsusi dieta.

Böyrək polikistozu ətraf toxumalara əhəmiyyətli dərəcədə mexaniki təsir göstərərsə, həmçinin, geri dönməyən proseslərə səbəb olarsa, cərrahi müdaxilə göstərişdir.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az