Autizm nədir? hekimtap.az

Autizm nədir?

8093
Author: Uşaq nevroloqu

Published: 04.07.2018
Gulnar Hasanzadeh

Autizm nədir?

Autizm spektr pozğunluğu – nevroloji və sosial inkişaf, təkrarlayan hərərkətlər və əlaqə pozğunluğu olub, uşaq yaşlarından başlayır və ömür boyu davam edir. Spektr pozğunluğu nədir? Bu uşaqların bir qrup özünəməxsus simptomları olur.

Autizmin səbəbləri nədir?

Alinlər hesab edir ki, Autizm genetik və ətraf mühit probləmləri nəticəsində meydana çıxa bilir. Son 10 ildə Autizm spektr pozğunluğu çox atrıb. Bu beynin inkişafını və hüceyrələr arası əlaqəsini təmin edən mərkəzlərin genetik pozğunluğu nəticəsində meydana çıxır.

Son zamanlar isə ana bətnində Vitamin D3 çatmamazlığının da Autizmə səbəb olması haqda fərziyələr irəli sürülür.

Müəyyən ediblər ki, genlərdəki De novo mutasiyası Autizmə səbəb ola bilir. Ayrıca yaşlı valideynlərdən doğulan uşaqlarda autizmə rastgəlmə tezliyi daha yüksəkdir.

16p.11.2 genindəki delesiya (bölünmə) və duplikasiya (ikiləşmə) də spektr pozğunluğuna səbəb olur.

Rastgəlmə tezliyinə görə oğlanlarda qızlara nisbətən daha çox görülür.

Autizmin simptomları

Autizm yüngül əlaqə, inkişaf, əqli qabiliyyət pozğunluğundan ağır variasiyalar qədər davam edə bilir. Bəzilərinin daha az, bəzilərinin isə daha çox gündəlik köməyə ehtiyacları olur.

Autizmin simptomlaı adətən 2 yaşdan kiçik dövrlərdə görülür. O dövrə qədər tamamilə normal inkişaf etmiş uşaqlar arasında da rast gəlinir. Bu yaşdan sonra isə əldə edilmiş qabiliyyətlərini itirirlər. Valideynlərin çox az qismi uşaqlarındakı pozğunluğu 1 yaşadək hiss edir. 80-90% valideynlər isə yalnız 24 aylıqkən bu dəyişiklikləri görür.

Bunu qeyd etmək vacibdir ki, hətta Autizm olmayan uşaqlar da bu simtomlardan bəzilərinə sahib ola bilərlər.

“Qırmızı bayraq “ simptomları

  • 12 ayadək uşaqlar adlarını çağıranda reaksiya vermirlər;
  • 14 ayadək əşyanı göstərmək istədikdə barmaqla göstərmirlər;
  • Oyuncaqlarla oynayərkən xəyal dünyaları olmur;
  • Göz kontaktları olmur və tək oynayırlar;
  • Yalnız öz hissləri haqda danışar, başqalarının hiss etdiklərini anlamazlar;
  • Danışıq və dil bacarıqlarında çatmamazlıq;
  • Sözləri təkrar edərlər (exolaliya);
  • Suala əlaqəsi olmayan cavab verərlər;
  • Xırda dəyişikliyə görə depresiyaya girər;
  • Obsessiv (təkrarlayan, sarmaşan) maraqların olması, əl çalmaq, bədənini dairəvi hərəkətlərlə firlatmaq;
  • Yoldakı səslərə, iyə, dada, hisslərə qarşı qeyri-adi reaksiya vermək.

Autizmli uşaqların sosial problemləri

Sosial problemləri ən çox ümumi olur, utanmaq hissi olmur.

Sosial problemlər

  • 12 ayadək  adının səslənməsinə reaksiya verməmək;
  • Göz kontaktının olmaması;
  • Tək oynamaq;
  • Maraqlarını bölüşməmək;
  • Yastı üz ifadəsi;
  • Manevralarında sərhəd tanımama;
  • Kontakta girməyə imtina etmək və ya qaçmaq;
  • Başqaları üzülən zaman təsəlli verməmək;
  • Digər insanların hisslərini başa düşməmək;
  • Ona verilən sualı təkrarlamaq.

Bəzi uşaqlar (25-30%)  12-18 ayında 5-6 söz deyərlər. Lakin 18 aydan sonra bu bacarıqlarını itirirlər. 40% heç danışa bilməz. Bəziləri isə danışar, ancaq uzun illərindən sonra. Danışıqları yastı, robot kimi və ya mahnı oxuyar tərzdə olur. Gülməli əhvalat, zarafat anlamazlar.

Emosiyaları başa düşməz, qəmgin bir hadisə danışarkən gülərlər.

Qəribə maraqlara sahib olurlar. Oyuncaqları və ya digər əşyaları bir xətt boyunca düzər, oyuncağın eyni hissəsi ilə (təkər) uzun müddət oynayarlar. Əl çalar, köynəyini dartışdırar.

Bəzən inadkarcasına bir şeyi istər. Məs: Kino və ya videoya bütün gün baxmaq kimi. İstədiyini əldə etməyəndə isə çox ciddi isterika və qəzəblə özünü göstərirlər.

Bəziləri çox impulsiv, hiperaktiv digər qismi isə hipoaktiv olur.

Bəziləri sadəcə bir qisim yemək yeyər. Digar qisim isə yeməyə həddən artıq çox aludə olur.

Ağrı sərhəddi bilməzlər.

Autizmli uşaqların bacarıqları

Autizmli uşaqlar birlikdə puzlle yiga, kompyuter oyunları oynaya bilər. Bəzi riyazi məsələləri həll edər. Çətin məsələni asandan daha tez həll edər. Uzun sözü oxuya bilərlər. Lakin ən sadə hərfi göstərmədə, insanlarla kontakta girmədə çətinlik çəkərlər.

Autizmin diaqnostikası

Autizmin diaqnostikası klinik simptomatikaya əsaslanır. Məhz bu simptomların toplusu bizə bu xəstəlik haqqında məlumat verir.

Autizmin müalicəsi

Autizmin müalicəsi kompleks şəkildə aparılır. Bura daxildir: Nevroloq, psixoloq, defektoloq, loqoped və lazım gəldikcə digər terapistlər.

Davranış problemlərinin həlli – bura daxildir sosial bacarıqların, koqnitiv davranış terapiyası, həyəcan, yatmaq, oynamaq, valideynlərin bu mühitə öyrədilməsi proqramları. Bu 12 həftədən 3 ilə qədər davam edə bilər. Həftədə 25 saat olaraq aparılmalıdı.

Təhsil və Təlim proqramı – autizmli uşaqların daha asan yolla bilik qabiliyyətlərini artırma proqramlarıdır.

Dərman terapiyası – bura daxildir: Neyrolepriklər (resperidon, aripiprazl). Antidepressanlar (Prozac, Cipramil). Hiperaktivliyi azaldan dermanlar (Ritalin,Tenex). SECRETİN – hansiki mədə bagirsaq xətəliklərində istifadə olunur, bu halda da effektivliyi oldugu söylənilir. Chelation ağır metalların xaric olmasında rol oynayır.

Digər müalicələr  

  • Musiqi terapiyasi;
  • Akupunktur;
  • Massaj;
  • Vitamin və mineral terapiyası;
  • Şəkil çəkmək;
  • Neurofeedback;
  • Yuxu terapiyası.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az