Atopik dermatit nədir?
Dəridə quruluq və qaşınma ilə səciyyələnən resediv veren gedişl , dəri patologiyasıdır.
Atopik dermatitin əlamətləri
Qaşınma böyüklərdə əsasən, ətrafların bükücü nahiyələrdə, körpələrdə və uşaqlarda açıcı səthlərdə lokalizasiya olunur. Çox zaman xəstənin özündə və nəslində atopik respirator xəstəliklər belə ki,bronxial astma ,allergik rinit müşahidə olunur.
Digər əlamətlər
Bu əlamətlər 4 kateqoriyaya ayırd edilir:
Üz əlamətləri - sifət rənginin solğunlaşması, eritema, hipopiqmentasiyalı ləkələr, gözaltı çuxurlarda tündləşmə, gözaltı büküşlər (deni morq büküşləri yeni göz altında dəri büküşləri) heylit, resediv verən konyuktivit, boynun ön tərəfində büküşlər;
-Təkanverici faktorlar - emosional faktorlar, ətraf mühit faktorları, dəri qıcıqlandırıcıları;
-Ağırlaşmalar - dərinin infeksiyalara həssaslığı, hüceyrə immunitetinin pozulması, igE artması, keratokonus ön subkapsulyar katarakta. Adətən ekzema uşaqlıq dövründə meydana çıxır. Diaqnoz xəstələrin 45 %-ində ilk 6 ayda ,70 -80 % hallarda 5 yaşadək dövrdə qoyulur. 60 - 70% hallarda 15 yaşından sonra remissiya qeydə alınr. Lakin həyatın sonrakı dövrlərində resediv verməsi mümükündür və qadınlarda rastgəlmə tezliyi eynidir.
Atopik dermatitin yaranma səbəbləri
Ekzema çoxfaktorlu etialogiyaya sahib olub, genetikik həssaslıqla ətraf mühitin təsir kombinasiyasından ibarətdir. Xəstəliyin inkişafında allergenlə təmas olduqdan sonra dərinin baryer funksiyasının pozulması və immun disrequlyasiya rol oynayir. Bu nəticələr epidermisin normal differensiyasiyası, eləcə də immun sistemin tənzimlənməsində rol oynayan genlərdə mutasiyalarla əlaqələndirilir.Ekzemanın etiopatologiyasında dərinin baryer funksiyasının rol oynadığı güman edilir. Belə ki, epidermisin, buynuz qatının struktur zülalı olan filaqrinin funksiyasının itməsi rol oynayır. Filaqrinin funksiyasına səbəb olan genin mutasiyasının baş verməsi ətraf mühitə qarşı dərinin baryer funksiyasının azalmasına səbəb olur və həmin qatda dərinin təbii nəmləndirici faktorunun konsentrasiyasının azalması müşahidə edilir. Bundan əlavə, ekzemalı şəxslərdə seramidlər də daxil olmaqla, hücəyrədən kənar lipidlərin çatışmazlığı qeyd edilir. Epidermal baryerin pozulması antigenlərlə təmas və onlara qarşı sensiblizasiyaya gətirib çıxarır. Həmçinin, ekzema ilə genomun sitokinləri və ekzemada dominantlıq edən th2 imnun cavabında iştirak edən reseptorları kodlaşdıran sahələr arasında əlaqə aşkar olunur . Ekzemalı xəstələrin allergeninə ev tozu gənələri, qidalardan - əsasən, uşaqlarda yumurta və süd məhsulları, kimyəvi maddələr və s aid edilir.
Atopik dermatitin təsnifatı
Yaşa görə təsnifat:
1. Körpəlik
2.Uşaqlıq
3.Yetginlik
Körpəlik
-Doğulandan 2 yaşa qədər
-Çox vaxt yanaq və alın nahiyələrində
-Başın tüklü hissəsi ətrafları açıcı səthində;
-Vezikulyar, komponent dominantlıq edir, ödem sulanma, qabıqlama;
-Körpələrdə dişcıxarma və qidalanma başlaması zamanı intensivləşə bilər;
-Açıcı səthlərin prosesə qoşulması iməkləmə dövründə müşahidə olunur.
Uşaqlıq fazası
- 2 yaşdan pubertat dövrə qədər;
- Zədə nahiyəsində qovuqlanma nisbətən az olur, papula və ləkələrdə daimi qaşınma ilə əlaqədar daha çox dəmrova bənzər görünüş qeyd edilir;
- Əsasən, dirsək, dizaltı çuxur, bilək, əl, topuq və ayaqlar, üz hissədə - əsasən, ağızətrafında və göz ətrafında müşahidə olunur;
Yetkinlik fazası
- Həddi-buluq dövründə başlayır və yetkinlik dövrünə qədər davam edir;
- Bükük səthlərindən əlavə, kürək və qollarda, əl və ayaqların arxa səthində dəyişiklik müşahidə olunur;
- Ovuc və ayaqaltı nahiyədə də dishidrotik dəyişiklik ola bilər.
Atopik dermatitin müayinəsi
Kəskinləşmə zamanı dəridə quruluq və qabıqlama, eləcə də papula və ya qovuqlanma qeydə alınır. Zədə nahiyəsində hipo və hiperpeqmintasiya, həmçinin, daimi qaşınma ilə əlaqəli sıyıqlar müşahidə olunur. Xronik ekzemada dəri qalın və dəmrovabənzər gürüntüdə olur.
-Allergenin təyini uçun dəri prik-test və ya qanda spesifik igE;
-Ümumi IgE konsentrasiyası;
- Dəri biopsiyası;
Differensial diaqnostika
Ekzema sebariyali dermatit, qıcıqlanan kontakt dermatit, allergik kontakt dermatit, qoturluq, psoriaz, funqoid mikoz.
Atopik dermatitin müalicəsi
Müalicə xəstənin pasiyent qrupuna görə dəyişir.Ilk mərhələdə yumşaldıcı kremlər, əgər yaxşılaşma olmazsa, fasiləli yerli kortikosteroid təyini, ikincili infeksiya qoşulmuşsa, antibiotik və göbələk əleyhinə təyini və davamlı qaşınma yuxusuzluq verirsə, antihistaminlər.Bəzən daha ağır variantlarda ultrabənövşəyi şüa terapiyası və ya daş kömür qətranı istifadə edilir. Ümumiyyətlə, əgər ailədə bronxial astma, allergik rinit varsa, belə xəstələr dəridə olan ekzemalara daha diqqətli yanaşmalı və səbəbini araşdırmalıdırlar ki, gələcəkdə bronxial astma ilə nəticələnmənin qarşısı alına bilsin. 6 ayından tez başlayan və 4 yaşından sonra davam edən atopik dermatitli xəstələr də risk qrupuna aid edilir.