Ağciyer xəstəlikləri zamanı idman hərəkətləri
 hekimtap.az

Ağciyer xəstəlikləri zamanı idman hərəkətləri

6759
Author: Fizioterapevt Yeganə Əliyeva, 070 215-05-67

Published: 13.04.2020
Hayat Clinic

Ağciyer xəstəlikləri zamanı fiziki aktivliyi artırmaq, nəfəsalma idmanlarını etməklə çətin  nəfəsalmanı azaltmaq olar.
Ağciyər xəstəliyi olan insanlar sağlam insanlara nisbətən daha cox çalışmalıdırlar.Çünki nəfəsalmaq üçün normalda çalışan əzələlərdən də başqa boyun ve çiyin əzələləri də iştirak edir.Ağciyərdə sərtləşmə varsa  diafraqmanın daha cox çalışması lazımdır.Çox çetin olan bu durumda nəfəssizlik yaranır.Nəfəssizlik hissi ağciyər xəstəliyinin başlıca göstəricisidir. 

Ağciyərimiz havadakı oksigenin bədənimizə keçməsi  funksiyasını yerinə yetiririr. Bunun üçün ağciyər və qarın boşluğu arasında diafraqma və qabırğalararası  əzələlərdən  istifadə olunaraq nəfəs alırıq.Ağciyərdə borular və kicik hava kisəcikləri vardır.Hər bir hava kisəciklərinin ətrafı  qan damarları ilə  əhatə olunub.Ağciyərlərlə vücuda  daxil olan oksigen bu damarlar vasitəsiylə qana keçir.

Nəfəsalma idmanları

Rahat nəfəsalma: bu idman ücün oturun çiyinlərinizin və döşünüzün üst hissəsini sərbəst buraxın.Əllərinizi qarnımızın üst qisminə yerləşdirin.Qarın bölgənizin nəfəs  alırkən çölə, nəfəs verirkən  içəri hərəkəti  diafraqmanın istifadə etdiyinizi göstərir.
           
Dərin nəfəsalma

Bu nəfəsalma zamanı qarnınıza doğru burnunuzdan dərin  nəfəs alın.Nəfəsinizi 3 saniyə tutun və ağzınızdan üfləyərək
verin .Bir dəfədə 3-4 kəs nəfəs alıb verin, dincəlin. Bunu 10 dəfə tekrarlayın. Bu idmanı edərkən  mədəniz boş olmalıdır. Yemək yedikdən 2 saat sonra edə bilərsiniz. Gün ərzində bu şəkildə 3 və ya 4 dəfə edə bilərsiz.

Bu nəfəsalma idmanları:

1. Diafraqmanın gücün artırır
2. Ağciyərimizə daha cox hava girməsinə səbəb olur.
3. Bəlğəmin  evuakasiyasına səbəb olur.
4. Ağciyər və döş divarlarınızın hərəkətli qalmasına səbəb olur.
5. Nəfəs alıb vermə sıxlığını azaldır.
6. Nəfəs darlığınız olduğu zaman sakinləşmənize səbəb olur.  

Tənəffüs sistemi xəstəlikləri və idmanları.
    
Ağciyər xəstəlikləri səbəbiylə çətin nəfəsalmanız günlük hərəkətlərinizi məhdudlaşdırır. Bu səbəblədə  həftənin çox günü idman etməyiniz şərtdir. Sizin hərəkətsiz olmağınız ən kiçik bir hərəkətdə belə nəfəsdarlığı yaradır. Düzgün planlaşmış sizə uyğun idman hərəkətləri bu baxımdan sizə yardımcı ola bilər:

-Sizi gücləndirər
-Sümüklərinizin gücünü və rahat hərəkətini  qoruyar
-Əgər idman etməkdə cətinlik cəkirdinizsə, zövq aldığınız bir idman hərəkətiylə başlaya bilərsiz. İlk başlanğıcda hərəkət qısa sürürsə həvəsdən düşməyin. Hədəfiniz gedərək bunu artırmaq olmalıdır .
     
Hərəkət öncəsi belğəminizi təmizləyin. Bir necə dəqiqə rahat və dərin nəfəs alın. Ardından 3-4 dəfə dərin nəfəs alın.Nəfəs aldığınızın 2 qatı sonrası nəfəsinizi verməyə çalışın. Nəfəs alıb verərkən saymağınız sizə köməklik edə bilər. Məs: nəfəs al 1-2, nəfəs ver1-2-3-4 bu arada nəfəsinizi tutmayın.

İdmanlara, bədəninizi yavaş tempdə hərəkətlərlə isidərək başlayın. Bunun ücün uzanma və gərmə hərəkətlərindən istifadə edə bilərsiz. Bu hərəkətlər sizi hazır hala gəlmənizə yardımçı olar:                  

Bunun ücün arxası dəstəkli  bir stulda əyləşin, nəfəs alın , nəfəsinizi yavaşca verərkən gövdənizi sola doğru çevirin və qollarınızla çiyninizin gerisinə doğru uzanmağa çalışın .Bir necə dəfə gərin və dincəlin.Eyni hərəkətləri sağ tərəf ücün də edin.
Digər hərəkət qollarınızı çiyin səviyyəsinə gətirin və nəfəs alaraq yuxarı qaldırın.

Hərəkətlər zamanı nəfəsdarlığı hiss edirsinizsə bir az dincəlin. Sonra təkrar davam edin. Nəfəsdarlığını  hiss etməniz normaldır.
Hərəkət zamanı nəbzinizin artışı normaldan 20 atm yüksək olmalıdı.Əgər bu atışdan coxdursa cox yüklənməyin. Əgər azdırsa bir az da artıq hərəkət edə bilərsiz.
Bu xəstəlik zamanı yürüş etmək daha uyğundu. Əgər oksigen qəbul edirsizsə yürüyüş zamanı istifadəsin davam edin.
               
Sadə yürüyüş  proqramı ücün məsləhətlər.

1. Nəfəsdarlığınız olmadan gəzə bildiyiniz qədər  gəzə bilərsiz.Hava normaldırsa açıq havada gəzməyiniz məsləhətdir.
2. Qollarınızı və çiyninizi rahat sallayaraq yürüyün.
3. Uyğun bir yürüyüş tipi secin.
4. Hər gün bir az daha da irəliyə yürüyün.
5. Ən uyğun zaman səhər və günorta yeməyindən 2 saat sonradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az