Açıq vəya klassik xolesistektomiya: Bu əməliyyat zamanı qarın boşluğuna daxil olmaq üçün bir neçə fərqli kəsikdən istifadə edilə bilər. Bu kəsiklərin ortaq cəhəti öd kisəsinə müdaxilə etməyə imkan verməsi və ölçüsünun təqribən 6-10 sm olmasındadır. Yaranın böyük olması təbii ki sağalma üçün uzun zaman tələb edir. Xəstəxanada yatış müddəti üç gündən beş günə qədər davam edir. Normal həyat ritminə qayıtmaq altı – səkkiz həftə ərzində mümkündür.
Üstün cəhətləri: Etibarlıdır, ucuz başa gəlir, mütəxsis yetişdirmək nisbətən asandır, xüsusi təchizat tələb edilmir, texniki nasazlıqlar minimaldır.
Çatışmayan cəhətləri: İrinləmə, qanaxma, yırtıq əmələ gəlmə, öd sızıntısı, öd yolarının zədələnməsi kimi ağırlaşmalar nisbətən çox rast gəlir .