Lyamblioz və digər parazitar bağırsaq xəstəlikləri
Xəstəliyin törədicisi Lamblia intestinalis adlı ibtidaidir. Bu xəstəlik 20% uşaqlarda və 3-5% böyüklərdə müşahidə olunur. İnfeksiyanın mənbəyi xəstə və ya bu xəstəliyin daşıyıcısı insandır. Yoluxma adətən çirkli su, pis yuyulmuş qida məhsulları, qab qaşıq və s. məişət əşyaları vasitəsilə olur. Xəstəlik kəskin və ya xroniki formada ola bilər.
Simptomları:
– Qarının orta hissəsində ağrılar.
– İştahanın azalması, ürək bulanma, ara bir qusma.
– Üç dörd gün ərzində sutkada dörd dəfəyə qədər davam edən kəskin qoxulu selikli nəcis ifrazı.
– Dəridə müxtəlif tipli səpkilər.
Diaqnostika:
– Nazik bağırsaq möhtəviyyatının və yə nəcisin mikroskopik müayinəsi.
– Nəcisdə Lamblia antigenin təyini.
– Qanın seroloji müayinəsi zamanı İgG, İgA, İgM antiqenlərin təyini.
Müalicə:
– Konservativ-spesifik dərmanların kompleks şəklində təyini.
Xəstəliyin törədicisi Blastocystis hominis adlı ibtidaidir. Bu xəstəlik bütün yaş qrup pasientlərdə çox geniş yayılıb. Hədəf orqanı əsasən yoğun bağırsaqdır.
Yoluxma yolları:
– Yuyulmamış gilə-meyvələr və tərəvəzlərdən istifadə.
– Blastosist ilə çirkləndirilmiş çiy suyun qəbulu.
– Blastosist ilə çirkləndirilmiş məişət əşyaların istifadəsi.
Simptomlar:
– Qarında tutma şəkilli kəskin ağrılar.
– İshall və ya qəbizlik.
– Tam iştahasızlıq.
– Bədən çəkisinin azalması.
– Vaxtaşırı ürəkbulanma və qusma.
– Uzun sürən subfebril hərarət (37.0-372.).
– Allerqik hallar – bədəndə qaşınma ilə davam edən səpkiləri və qaşınma.
– Uşaqlarda bəzən ancaq dermatolojı və allerqik simptomatika qeyd olunur.
Diaqnostika:
– Blastositoz diaqnozunu təstiqləməq üçün nəcis mikroskopik müayinə olunmalıdır.
Profilaktika:
– Suyun qaynadılması, qida məhsulların mükəmməl yuyulması və şəxsi gigiyenaya riayət olunmasından ibarətdir.
Müalicə:
– Spesifik dərmanların kompleks şəklində təyini.
Xəstəliyinin törədicisi Entamoeba hystolytica kimi ibtidayidir. Xəstəlik zamanı yoğun bağırsaqda xoralar əmələ gəlir. Bu xəstəliyə sağlam daşıyıcı və artıq amebiazla xəstə insan başqalarını yoluxtura bilər.
Yoluxma:
– Krannan gələn çiy suyun istifadəsi zamanı, çirkli əllər və əşyaların vasitəsilə baş verir. Cinsindən və yaşından asılı olmayaraq yoluxma ehtimalı insanlarda çox yüksəkdir.
Simptomlar:
– Xəstəliyin başlanğıcında sulu nəcis sutka ərzində 4-6 dəfə və güclü köpmə müşahidə olunur.
– 3-5 gün ərzində defekasiya aktının (böyuk bayra getmə) sayı dahada artır, nəcisdə selik əmələ gəlir və qarının aşağı hissələrində sağ və sol tərəfdə kəskin ağrılarla müşayət edilir.
– Beş gündən sonra artıq qan qarışığı ilə jele şəklində sutka ərzində 20 dəfəyə qədər nəcis ifrazı qeydə alınır.
– Qarın köpür, dil qalın ərplə örtülür.
– Aldadıcı böyük bayra getmə istəyi – tenezmalar yaranır.
– Amebiaz bağırsaqlardan başqa qara ciyəri, ağ ciyərləri, dərini zədələyə bilər.
Diaqnostika:
– Amebiaz diaqnozunu təstiqləməq üçün nəcis mikroskopik müayinə olunmalıdır.
Müalicə:
– Konservativ olur (xüsusi dərmanlar vasitəsilə). Müalicəsiz bu xəstəlik ölümlə nəticələnə bilər.
Profilaktika:
– Kran suyundan və başqa yoxlanılmamış çiy sulardan qəti içmək olmaz, şəxsi gigiyenaya riayət olunmalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.