Süd vəzi biopsiyasi nədir? hekimtap.az

Süd vəzi biopsiyasi nədir?

5936
Author: Onkoloq-mamoloq Rəna Abdullayeva

Published: 22.12.2017
Rena Abdullayeva

Biopsiyanın 4 növü var:

1) punksion biopsiya 
2) aspirasion biopsiya 
3) eksizion biopsiya 
4) insizion biopsiya 

1. Punksion biopsiya süd vəzinin şübhəli sahəsindən və ya törəmədən nazik iynə vasitəsi ilə hüceyrə kütləsinin götürülməsinə deyilir.
2. Aspirasion biopsiya süd vəzinin kistoz törəməsindən nazik iynə vasitəsilə icra edilir. Həm müayinə, həm də müalicə məqsədi daşıyır.
3. Eksizionbiopsiya cərrahiyyə yolu ilə stasionar şəraitdə ümumi anesteziya ilə icra edilir. Bu biopsiya zamanı patoloji toxuma tam çıxarılır.
4. İnsizion biopsiya patoloji toxumanın bir hissəsinin götürülməsinə deyilir. Bunu ya tru-cut biopsiya dəyilən müayinə üsulu ilə (yerli keyitmə ilə, xüsusi avtomat və ya yarım avtomat qalın iynəsi olan tapançalar ilə olunur), ya da cərrahiyyə əməliyyat yolu ilə icra edilir.

Ambulator şəraitdə icra olunan punksion, aspirasion və tru-cut biopsiya bəzən USM və ya mammoqrafiya nəzareti altında olunur. Götürülən toxuma və ya hüceyrə materialı patomorfoloji laboratoriyaya göndərilir və mikroskop altında tədqiq olunur. Biopsiya nəticələrindən təxmini  80% xəstələrdə xoş, 20% isə bəd xassəli proses aşkarlanır.

Niyə qadınlar süd vəzi biopsiyasından qorxur və çəkinir?

Bəzi insanlar “biopsiya süd vəzini zədəliyir və gələcəkdə problem yaradır” əfsanəsinə inanır, amma bu belə deyil. Biopsiya dünya üzrə qəbul olunmuş vacib müayinə metodudur. Həkim mammoloq tərəfindən müayinə, USM, mammoqrafiya, MRT müayinələri xəstəyə ilkin diaqnoz qoyulmasına kömək edir və bunlar əksər hallarda son diaqnoz qoyulması və müalicə təyin olunması üçün kifayət edir. Süd vəzidə isə şübhəli toxuma, törəmə olduqda biopsiya patomorfoloji müayinə ilə olmadıqda düzgün diaqnoz qoymaq və müalicə taktikasını təyin etmək mümkün deyil.

Təcrübəli mütəxəssis tərəfindən icra edilən süd vəzi punksion, aspirasion və ya tru-cut biopsiya ambulator şəraitdə, yerli anesteziya ilə ağrısız tam təhlükəsiz qısa vaxt ərzində icra edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.