Əvəzləyici hormonal terapiya (ƏHT)
 hekimtap.az

Əvəzləyici hormonal terapiya (ƏHT)

4215
Author: Mama-ginekoloq Nüşabə Əlişova

Published: 30.03.2018
Nusaba Alishova

Əvəzləyici hormonal terapiya qadınlarda klimaksın mənfi nəticələrinin aradan qaldırılması üçün istifadə olunan hormonal terapiyadır. Bunun üçün progestoron və estrogen tərkibli müxtəlif preparatlar istifadə olunur. Bu terapiyanın məqsədi yumurtalıqların itirilmiş hormonal funksiyasının əvəz olunmasıdır. 

Göstərişlər:
1. Aşağıda sadalanan simptomların olması:
 – Vazamator – "isti gəlmələr" və tərləmə;
 – Uşaqlıq yolunun quruluğu və cinsi əlaqənin ağrılı olması;
 – Yuxusuzluq və emosional gərginlik;
 – Dizuriya (sidik buraxmada müəyyən patalogiyalar) və sidiyə tez-tez getmələr.

2. Vaxtından qabaq və ya induksiya olunmuş cərrahi müdaxilə nəticəsində menopauza

3. Uzun müddətli estrogenlərin defisitinin profilaktikası nəticədinə daxildir:
 – Osteoparoz və sümüklərin sınıqları – ƏHT 5 il müddətində istifafəsi 50% halda azaldır.
 – Ürək-damar xəstəlikləri, ƏHT qoruyucu təsir göstərir və infarkt keçirən xəstələrin yaşama şansını artırır.

4. Çoxmiqdarlı, qeyri-requlyar, disfunksional uşaqlıq qanaxmaları perimenopauza dövründə, anemiya ilə müşahidə olunan, histerektomiyadan imtina edənlərdə.

Əks göstərişlər: 
1. Süd vəzlərinin karsonoması;
2. Endometriyanın xərçəngi;
3. Uşaqlıq yolunun müəyyən olunmayan etiologiyalı qanaxmaları;
4. Dərin venaların aktiv fazada olan trombozları və ya anamnezdə trombozların olması.

Tövsiyələr:
 – Həyat tərzinə diqqət – diyeta (az yağlı və bol lifli qidalara üstünlük).
 – İdman (çəki artımını nəzarətdə saxlamaq), piyada gəzintilər.
 – Zərərli vərdişlərdən imtina.

Kontrasepsiya
1. Menopauza başlayana kimi ovulyasiya olur.
2. ƏHT hamiləlikdən qorumur.
3. Baryer kontrasepsiya metodlarından aybaşı kəsildikdən sonra istifadə olunmalıdır:
 – 1. 2 il müddətinə 50 yaşdan cavan qadınlarda.
 – 2. 50 yaşdan yuxarı olanlarda bir il müddətində.

Depressiya, narahatlıq və psixoemosional gərginlik: bu simptomları qiymətləndirib müştərək konsultasiya aparılmalı və medikamentoz müalicə aparmaq.
Kliniki və labarator müayinələr.
 – Hormonal müayinələr;
 – Uşaqlıq yolunun yaxması;
 – Kiçik çanaq orqanlarının müayinəsi;
 – A/T ölçülməsi və nəzarəti;
 – Endokrin orqanların müayinəsi (qalxanabənzər vəz), metabolik pozulmaların öyrənilməsi;
 – Tam qan müayinələri.

Müalicə – hər bir qadına individual yanaşma. Müalicənin effektini 3 ay sonra müəyyən etmək olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.