Əllərə qulluq
 hekimtap.az

Əllərə qulluq

2420
Author: Dr. Dermatoloq - Kosmetoloq Vüsalə Aşirova (Dr. OFF Tibb Mərkəzi)

Published: 02.12.2019
Dr. OFF Tibb Mərkəzi

Əllərin yaşlanmasının əlamətləri:


• Dəri nazik və quru olur.
• Həcmlər azalır. Yaşla, yağ toxumasının miqdarı azalır və damarlar görünməyə başlayır. Buna "skeletizasiya" deyilir.
Əllərdə piqmentli ləkələr və keratomalar ( lövhələr) əmələ gəlir.

Əllərə hansı qulluq prosedurları etmək olar:

1.Mezoterapiya.Dəri nəmlənir, hamarlaşır və kiçik qırışlar açılır. Prosedur həftədə 1 dəfə olmaqla , cəmi 6-8 prosedur aparılır. İldə 1-2 dəfə həyata keçirmək məsləhətdir.

2.Biorevitalizasiya .Dəri nəmlənir, qırışlar açılır və ləkələr aradan qaldırılır. Prosedur 2 həftədən bir  olur, cəmi 4-6 prosedur aparılır.

3.Pilinqlər. Dəri cavanlaşır, ləkələrdən azad olur və dəri hamarlaşır. Proseduru 3-4 dəfə etmək olar.

4. Hialuron turşusuyla əllərin  doldurulması.  Damarları  gizlədir, cavan və sağlam bir görünüş bərpa edir, quruluğu azaltmağa imkan verir. Effekt prosedurdan dərhal sonra görünür və 8-12 ay qalır.

5.Plazmaterapiya proseduru. Prosedur dərinizi nəmləndirməyə, hamarlaşdırmağa, məxmər etməyə imkan verir. İldə 1-2 dəfə həyata keçirmək məsləhətdir.

6.Fototerapiya: yaş ləkələrini aradan qaldırmaq və dərini hamarlamaq üçün ən təsirli prosedurdu. Təsiri ilk prosedurdan sonra görünür. Ayda bir dəfə edilməsi tövsiyə olunur , cəmi 2-3 prosedurdur .

7. Fraksion  lazerlə cavanlaşma - əllərin dərisinin solğunluğu aradan qaldırmaq olur. Bir ay aralığı ilə 2-3 prosedur kursu aparılır.

Əllərinizə qulluq etməyi unutmayaq: ev işlərini görəndə rezin əlcək geyinək və əllərimizə mütəmadi olaraq krem ​​çəkək. Yay aylarında əllər, üz kimi, SPF kremi ilə qorunmalıdır.

Bu, prosedurlar və qulluqlar mümkün qədər uzun müddət əllərin dərisini baxımlı və gözəl qalmasına imkan verəcəkdir.