Üz siniri nevriti hekimtap.az

Üz siniri nevriti

4795
Author: Nevroloq Elladaq Qurbanova, Əlaqə: 050 392-54-92

Published: 15.12.2019
Ellada Qurbanova

Üz siniri nevriti nədir?

Üz sinirinin nevriti n.fasialisin iflici Bell iflici mimiki əzələlərin kəskin parezi ilə xarakterizə olunur.Rastgəlmə tezliyinə görə periferik sinir sisteminin zədələnmələrinin 2-4% ini təşkil edir. Çox vaxt birtərəfli olur.Mövsümi xarakter daşıyır. Xüsusən soyuq havalarda daha çox müşahidə olunur.

Üz sinirinin əlamətləri:

Üz siniri əsasən hərəki sinirdir və mimiki əzələləri innervasiya edir, lakin onun tərkibində hissi (dad) və parasimpatik (sekretor) liflər vardır ki onlara da müstəqil sinir kimi baxılır. Üz sinirinin hərəki nüvələrinin və ya onun kötüyünün istənilən səviyyədə zədələnməsi mimiki əzələlərin periferik iflicinə və ya parezinə səbəb olur. Bu zaman sifətin asimmetriyası meydana çıxır. Zədələnmə tərəfdə gözlərin qırpılma tezliyi azalır və ya olmur, xəstə qaşını yuxarı qaldıra bilmir, gözlərini qapamağa çalışanda göz qapaqları bir-birinə toxunmur,bu zaman kipriklər dəri büküşlərində gizlənə bilmir (kiprik simptomu) ağız bucağı sallanır, dişlərini göstərərkən raketka simptomu meydana çıxır. Mimiki əzələlərin parezi nəticəsində yanağı şişirtməyə çalışarkən yanaq yellənir və hava ağız bucağından çıxır,xəstə fit çala bilmir,şamı üfürə bilmir. Sifətin asimmetriyası əmələ gəlir.

Üz siniri nevritinin səbəbləri:

Üz sinirinin gicgah piramidinin anadangəlmə dar qıvrım kanalında (Üz siniri kanalı) yerləşən və onu müşayiət edən strukturların işemiyası ödemi və kompressiyası qan dövranının qənaətbəxş olmaması nəticəsində yaranır. Onun çox ehtimal olan səbəbi siniri qanla təchiz edən damarın əsasən soyuqlama zamanı meydana çıxan spazmı nəticəsində üz sinirinin kəskin işemiyasıdır. 

Üz sinirinin diaqnostikası-Nevroloq müayinəsi

Üz siniri nevritinin müalicəsi-medikamentoz üsulla aparılır. Sağalma müddəti ən yaxşı halda 3-21 gün ərzində baş verir.4-6 həftə ərzində sağalma yoxdursa kontraktura əlamətlərinin olması mümkündür. Müalicə prosedurları həkim tərəfindən seçilir. Elektrostimulyasiya məsləhət görülmür. İynəbatırma, nevral terapiya keçirərək qalıq əlamətləri aradan qaldırmaq mümkündür. Prosedurlar xəstəliyin ağırlıq dərəcəsinə əsasən uyğun vaxtda çox ehtiyatla 10-14 gündən sonra seçilir.